Üzeyir Hacıbəyli X Beynəlxalq
Musiqi Festivalının
təntənəli açılış
mərasimi olub
Tədbirdə SSRİ Xalq artisti,
görkəmli bəstəkar
Arif Məlikova “Şöhrət” ordeni təqdim edilib
Sentyabrın 18-də Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin
təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli X
Beynəlxalq Musiqi Festivalının təntənəli
açılış mərasimi
olub.
AZƏRTAC xəbər verir ki, festivalın
açılışı SSRİ Xalq artisti, görkəmli
bəstəkar Arif Məlikovun 85 illiyinə həsr edilib.
Açılış mərasimində mədəniyyət
naziri Əbülfəs
Qarayev çıxış
edərək tədbir
iştirakçılarını musiqi bayramı münasibətilə təbrik
edib. Diqqətə çatdırıb ki, Üzeyir Hacıbəyli göstərdiyi xidmətlərlə
öz adını Azərbaycanın musiqi tarixinə əbədi olaraq həkk edib. Böyük bəstəkarın doğum gününün
musiqi bayramı kimi qeyd edilməsi
ənənəsi Ulu öndər Heydər Əliyev tərəfindən
qoyulub. Ümummilli liderin 1995-ci ildə - bəstəkarın 110 illik
yubileyi münasibətilə
imzaladığı Fərmanla
hər il sentyabrın 18-i ölkəmizdə
Milli Musiqi Günü kimi qeyd olunur. Böyük
bəstəkar Azərbaycan
xalqının tarixində
silinməz iz qoyub. Təsadüfi deyil ki, Üzeyir
bəy həm də bu il
100 illiyini təntənə
ilə qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin ictimai-mədəni həyatında
yaxından iştirak etmiş böyük şəxsiyyətlərimizdəndir.
Nazir vurğulayıb
ki, bu gün
də Üzeyir bəy ənənələri
davam edir. Azərbaycan musiqisi dünyanın hər bir yerində səslənir. Musiqimiz həmişə xalqımızla
bərabər yaşayacaq,
hüdudları aşaraq
dünya miqyasında öz şöhrətini qazanmaqda davam edəcək. Bildiyiniz kimi musiqi günü
artıq 10 ildir ki, təkcə musiqi bayramı olaraq deyil, həm
də daha geniş miqyasda beynəlxalq musiqi festivalı kimi musiqisevərlərin görüşünə
gəlir. Azərbaycan
musiqisi bu gün beynəlxalq aləmdə təbliğ
edilir. Musiqi kollektivlərimiz beynəlxalq
müsabiqələrdə çıxış
edərək Azərbaycan
xalqının musiqi yaradıcılığı qüdrətini
nümayiş etdirir. Heydər Əliyev Fondunun təşkilatçılığı,
Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti nəticəsində
Azərbaycan musiqisinin
tarixi ənənələri
UNESCO tərəfindən qorunmaqdadır.
Bu gün musiqi ictimaiyyətimizin nümayəndələri Fəxri
xiyabanı ziyarət edərək Üzeyir Hacıbəyli, eyni zamanda, Müslüm Maqomayev və digər görkəmli bəstəkarlarımızın xatirəsini yad edib. Musiqi günü
münasibətilə Azərbaycanın
bütün bölgələrində
tədbirlər həyata
keçirilir. Bundan əlavə
builki X beynəlxalq musiqi festivalı çərçivəsində paytaxtın bütün mədəniyyət müəssisələrində
musiqi bayramı əhvalı hökm sürəcək, tanınmış
musiqiçilərin əsərləri
səslənəcək, görkəmli
ifaçılar konsert
proqramı ilə çıxış edəcəklər.
Bildirilib ki, festivalda
Rusiya, ABŞ, Türkiyə,
İtaliya və Slovakiyadan tanınmış
musiqiçi və kollektivlər - T.Dokşitser
adına “New life brass” kvinteti,
“Dədə Qorqud” kamera orkestri, Murad Kajlayev, Murad Annamamedov, Sergey Roldugin, Pavel Milyukov, Azər Dəmirov, Fərhad Aşumov və başqalarının
iştirakı ilə
30-a yaxın tədbir
keçiriləcək. Festivalın
açılışında isə müxtəlif müəlliflərin əsərləri
səslənəcək. Bu
əsərlərin sırasında
xüsusilə vurğulamaq
istərdim ki, Azərbaycanın böyük
bəstəkarı, Üzeyir
bəy və Qara Qarayev məktəbinin
layiqli davamçısı
Xalq artisti Arif Məlikovun da əsəri yer alır. Bu il bəstəkarın
85 illik yubileyidir. Bəstəkarın yubileyi
silsilə tədbirlərlə
qeyd edilməkdədir.
Nazir dövlətimizin
başçısı İlham
Əliyevin Azərbaycan
musiqi mədəniyyətinin
inkişafında xidmətlərinə
görə Arif Məlikovun “Şöhrət”
ordeni ilə təltif edilməsi haqqında Sərəncamını
oxuyaraq ali mükafatı yubilyara təqdim edib.
Festivalının ilk günü
tamaşaçılara tanınmış
kollektivlər - Üzeyir
Hacıbəyli adına
Azərbaycan Dövlət
Simfonik Orkestri (dirijor Fəxrəddin Kərimov) və Azərbaycan Dövlət Xor Kapellasının (bədii rəhbər Gülbacı İmanova) müşayiəti ilə
solist Murad Adıgözəlzadənin
ifasında geniş və rəngarəng konsert proqramı təqdim olunub. İlk olaraq gecədə Üzeyir Hacıbəylinin “Koroğlu”
operasından uvertüra
səslənib.
Festival sentyabrın
28-dək davam edəcək.
Yeni Azərbaycan.-
2018.- 19 sentyabr.- S.5.