Milli Musiqi Günü münasibətilə
ilk konsert Milli Konservatoriyada olub
Azərbaycan Milli Konservatoriyasında 18
sentyabr - Milli Musiqi Günü münasibətilə konsert
proqramı təqdim olunub.
AZƏRTAC xəbər verir ki, konsertdən
əvvəl çıxış
edən konservatoriyanın
rektoru, Xalq artisti Siyavuş Kərimi Milli Musiqi Gününün əhəmiyyətindən söz
açıb.
O, bu günün dahi bəstəkar Üzeyir Hacıbəylinin
adı ilə bağlı olduğunu söyləyib. Görkəmli bəstəkarın zəngin həyat və yaradıcılığından
danışmaqla yanaşı,
onun milli Azərbaycan musiqisinin inkişafındakı xidmətlərini
xüsusi qeyd edib.
S.Kərimi bütün musiqiçilərə
bu ənənələrə
sadiq qalmağı tövsiyə edib.
Mədəniyyət naziri Əbülfəs Qarayev bayram münasibətilə musiqisevərləri
təbrik edib, Üzeyir Hacıbəyli X
Beynəlxalq Musiqi Festivalının əhəmiyyətindən,
bu tədbirin ölkəmizin dünyada musiqi diyarı kimi tanınmasındakı
rolundan bəhs edib. Bildirilib ki, Üzeyir
Hacıbəyli, həm
də pedaqoji fəaliyyətlə də
məşğul olub.
O, musiqi irsimizin tədqiqi ilə yanaşı, gənc milli kadrların yetişməsinə, irəli
çəkilməsinə xüsusi
önəm verib. Bir sözlə, onun milli musiqimizin inkişafındakı xidmətləri
əvəzsizdir.
Sonra Azərbaycan
Milli Konservatoriyasının
tələbə orkestri
və tələbə
xoru konsert proqramı ilə çıxış edib.
Yeni Azərbaycan.- 2018.- 19 sentyabr.- S.5