Şərqdə ilk demokratik
respublikanın parlamentinin 100 illiyi təntənəli qeyd
olundu
İclası
açan Milli Məclisin sədriOqtay ƏsədovAzərbaycan
parlamentinin yaradılmasının 100 illiyi
münasibətilə hər kəsi təbrik edib. Sədr
təntənəli iclasda iştirak etdiklərinə
görə xarici ölkələrin parlamentlərinin və
beynəlxalq təşkilatların
nümayəndələrinə
minnətdarlığını bildirib.
Milli
Məclisin sədri qeyd edib ki, 1918-ci ildə Azərbaycan Xalq
Cümhuriyyətinin və onun parlamentinin yaradılması
xalqımızın dövlətçilik potensialının
yeni tarixi şəraitdə təzahür etməsi və
müstəqillik arzusunun reallaşması idi. Parlamentli
respublika sisteminin tətbiq edilməsi, demokratik və dünyəvi
dövlətçilik yolunda atılan inamlı addımlar
təkcə Azərbaycanın deyil, bütün
müsəlman Şərqinin siyasi həyatında yeni
səhifə açdı.
Oqtay Əsədov bildirib ki, Azərbaycan Xalq
Cümhuriyyəti parlamentinin siyasi, iqtisadi, sosial, mədəni
və hərbi sahələrdə qəbul etdiyi
mütərəqqi qanunvericilik aktları bu dövlətin
səmərəli fəaliyyətinə şərait
yaradıb. "Şərq aləmində ilk dəfə olaraq
Azərbaycan Xalq Cümhuriyyətində
kişilərə və qadınlara bərabər seçki
hüququ təsbit edilib. Azərbaycan parlamenti öz
fəaliyyətini demokratik prinsiplər əsasında
qurmuşdu. Ölkədə mövcud olan bütün siyasi
qüvvələr və cərəyanlar, müxtəlif
millətlərin nümayəndələri bu qanunvericilik
orqanında təmsil olunub. Azərbaycan Xalq Cümhuriyyəti
parlamenti ölkəmizdə dövlətçilik
məfkurəsinin və siyasi mədəniyyətin
inkişafında mühüm rol oynayıb. Bu parlamentin
uğurlu fəaliyyəti sübut etdi ki, Azərbaycan xalqı
demokratik prinsiplərə əsaslanan milli dövlət
qurmağa qadirdir”, - deyə Milli Məclisin sədri
vurğulayıb.
Oqtay Əsədov qeyd edib ki, 1991-ci ildə
dövlət müstəqilliyini bərpa etdikdən sonra
xalqımız böyük böhran və sarsıntılar,
erməni işğalı və vətəndaş
müharibəsi təhlükəsi ilə üzləşmişdi.
1993-cu ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə
qayıdışı ilə müstəqil dövlətimiz
məhv olmaq təhlükəsindən qurtuldu. "Qeyd etmək lazımdır ki, Ümummilli Lider
Prezident seçilənədək dörd ay bu parlamentə
rəhbərlik edib. 1995-ci ildə onun rəhbərliyi ilə
hazırlanmış Konstitusiya parlamentin formalaşmasına,
müasir standartlara uyğun mexanizmlərin yaranmasına
dəstək oldu. Demokratiya şəraitində Milli
Məclisə indiyədək beş dəfə
keçirilmiş azad, ədalətli və şəffaf
seçkilər Azərbaycanın demokratik inkişafında
mühüm rol oynayıb”, - deyə sədr vurğulayıb.
Oqtay
Əsədov diqqətə çatdırıb ki, artıq 23
ilə yaxındır Azərbaycan Milli Məclisi qanunvericilik
hakimiyyəti səlahiyyətlərini uğurla həyata
keçirir. Parlament ölkədə aparılan hüquqi,
demokratik, dünyəvi dövlət quruculuğunun
möhkəm hüquqi bazasını yaradıb və
təkmilləşdirib. Parlament beynəlxalq
əlaqələrini də çox sürətlə
inkişaf etdirir. Milli Məclis on beynəlxalq
təşkilatın üzvüdür. Milli Məclisdə
80-dən çox ölkənin parlamentləri ilə dostluq
qrupları fəaliyyət göstərir. Parlament Konstitusiyada
nəzərdə tutulan nəzarət funksiyasını
çox uğurla həyata keçirir. Həmçinin Milli
Məclis Azərbaycan həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılması
məsələsini daim diqqət mərkəzində
saxlayır. Azərbaycanda dövlət hakimiyyətinin
müxtəlif qolları arasında səmərəli
əməkdaşlıq münasibətləri bərqərar
olub.
Bildirilib
ki, Prezident İlham Əliyev Konstitusiyada təsbit edilmiş
qanunvericilik təşəbbüsü hüququna
əsaslanaraq, müasir dünya standartlarına uyğun
layihələri hazırlayır və parlamentə təqdim
olunmasını təmin edir. Milli Məclisin sədri deyib:
"Prezident İlham Əliyev birinci və ikinci
çağırış Milli Məclisin deputatı olub və
Avropa Şurası Parlament Assambleyasında nümayəndə
heyətinə rəhbərlik edib. O, Milli Məclisin
fəaliyyəti ilə bağlı məsələləri
dərindən bildiyinə görə qanunverici orqana çox
böyük diqqət və dəstək göstərir.
Parlamentə bu münasibətinə görə Prezident
İlham Əliyevə dərin
minnətdarlığımızı bildiririk.
Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban Əliyeva da 12 ilə yaxın
müddətdə Milli Məclisin üzvü olub, qanunvericilik
bazasının möhkəmləndirilməsində, parlamentin
beynəlxalq əlaqələrinin inkişafında yaxından
iştirak edib. Onun təklifi və dəstəyi ilə
dörd amnistiya aktı qəbul olunub”.
Vurğulanıb
ki, gündəlik fəaliyyətində Milli Məclis icra
və məhkəmə hakimiyyəti orqanları, elm,
təhsil və yaradıcılıq mərkəzləri
ilə sıx əlaqələr saxlayır. Parlament
hakimiyyətin müxtəlif qolları arasında iş
birliyini, ölkəmizin strateji inkişaf xəttinin uğurla
həyata keçirilməsini təmin edir. Azərbaycan
Respublikası XX əsrin əvvəllərində mövcud
olmuş Xalq Cümhuriyyətinin, Milli Məclis isə Xalq
Cümhuriyyəti parlamentinin varisidir. Azərbaycan
parlamentinin 100 illik yubileyi münasibətilə bu gün
keçirilən tədbirlər zamanlar arasında canlı
əlaqəni təcəssüm etdirir. İnamla
söyləmək olar ki, Azərbaycan Xalq Cümhuriyyəti
qurucularının yaratdıqları dövlətçilik
və parlament ənənələri indiki Azərbaycan dövlətinin
və parlamentinin fəaliyyətinə layiqincə
dəstək olub.
Bolqarıstan
Milli Assambleyasının sədri xanımTsveta
Karayançevaçıxış edərək deyib ki,
Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət
ərzində fəaliyyət göstərib, lakin buna baxmayaraq
Azərbaycanın sonrakı tarixində mühüm rola malik
olub. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman
Şərqində ilk dəfə kişilərə və
qadınlara bərabər seçki hüququ verib və bu kimi
bir sıra mühüm mütərəqqi addımlar atıb.
"Sevindiricidir ki, 100 il sonra müstəqil
Azərbaycan öz demokratik inkişaf yolunu davam etdirir,
müasir dövlət kimi inkişaf edir”, - deyən Tsveta
Karayançeva qeyd edib ki, Bolqarıstan Azərbaycan ilə
əlaqələrə xüsusi önəm verir.
Ölkələrimiz arasında müxtəlif
sahələrdə əməkdaşlıq
əlaqələri qurulub. Azərbaycan və Bolqarıstan
parlamentləri arasında qarşılıqlı
hörmətə əsaslanan əlaqələr mövcuddur.
Sədr
bildirib ki, Azərbaycan və Bolqarıstan beynəlxalq
təşkilatlar çərçivəsində də
səmərəli əməkdaşlıq edirlər.
Bolqarıstan Azərbaycan və Avropa İttifaqı
arasında aparılan danışıqlara öz müsbət
töhfəsini verir.
Azərbaycanın
Avropanın, o cümlədən Bolqarıstanın enerji
təhlükəsizliyində mühüm rol
oynadığını söyləyən Tsveta
Karayançeva deyib: "Həmçinin qeyd etməliyəm
ki, iki ölkə arasında əməkdaşlığın
daha da genişləndirilməsi üçün kifayət
qədər geniş potensial mövcuddur. Hesab edirəm ki,
ölkələrimiz arasında strateji
tərəfdaşlıq haqqında Birgə Bəyannamənin
imzalanması əməkdaşlığımızın
genişləndirilməsi üçün əlverişli
zəmin yaradır. Biz enerji, kənd təsərrüfatı,
ticarət və digər sahələrdə
əməkdaşlığımızı
genişləndirə bilərik”.
Türkiyə
Böyük Millət Məclisinin sədri Binəli
Yıldırım iclasda çıxış edərək
deyib: "Biz eyni millətin övladlarıyıq.
Azadlığımız, əmin-amanlığımız
bir-birinə bağlıdır. Sevincimizi və
kədərimizi birgə bölüşürük.
Ümidlərimiz, xəyallarımız, ideallarımız
eynidir. Eyni dildə danışırıq, fikirlərimiz eyni
nöqtələrdə birləşir. Biz əcnəbi
dövlətlərin adlarını sayanda Azərbaycanı o
kateqoriyaya daxil etmirik. Çünki Türkiyə
Azərbaycandır, Azərbaycan Türkiyədir”.
Binəli
Yıldırım bildirib ki, Azərbaycan və Türkiyə
100 il əvvəl tarix səhnəsindən silinməmək
üçün böyük bir mübarizə aparıblar.
Yüz il əvvəl Azərbaycan Xalq Cümhuriyyəti
yaradılıb. Azərbaycan parlamenti 100 il əvvəl vacib
bir vəzifəni icra edib. Bu gün də Azərbaycanın
qazandığı uğurlarda parlamentin böyük rolu var.
Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan
böyük inkişaf yolu keçib və iqtisadi
nailiyyətlər əldə edib. Bakı
küçələrində gəzərkən bu
inkişafı görmək mümkündür. Ulu
öndər Heydər Əliyevin
müəyyənləşdirdiyi yolla və Prezident İlham
Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük
uğurlara imza atıb, bölgədə sülh və
sabitliyə mühüm töhfə verib. Türkiyə
hər zaman Azərbaycanın yanında olub, onun müstəqilliyini
dəstəkləyib. Azərbaycan və Türkiyə
bölgədə əməkdaşlığın
möhkəmləndirilməsinə xidmət edən
mühüm layihələri birgə reallaşdırıblar.
Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, Bakı-Tbilisi-Qars
dəmir yolu xəttinin tikintisi və bu kimi digər
təşəbbüslər əməkdaşlığın
dərinləşdirilməsinə xidmət edir.
Pakistan
İslam Respublikası Senatının
sədriMəhəmməd Sadiq Səncariçıxış
edərək bu cür tarixi tədbirdə iştirak
etməkdən şərəf hissi duyduğunu deyib. O,
Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan
ilk dövlətlərdən olduğunu xatırladıb,
parlamentlərarası əlaqələrin indiki
səviyyəsini yüksək qiymətləndirib.
Vurğulayıb ki, Azərbaycan daim Pakistanın yanında
olduğu kimi, Pakistan da daim Azərbaycanın yanında olacaq,
onu dəstəkləyəcək. O, Azərbaycan ilə
Pakistan arasında bir çox sahələrdə həyata
keçirilən əməkdaşlığın
yüksək qiymətləndirildiyini diqqətə
çatdırıb.
Belarus
Nümayəndələr Palatasının sədriVladimir
Andreyçenkodeyib ki, bu təntənəli tədbir
Azərbaycan xalqının öz Vətəninin tarixinə
olan böyük sevgisinin təsdiqidir. Bu
tədbir öz həyatlarını Vətənin
müstəqilliyinə və inkişafına həsr etmiş
Azərbaycanın sadiq oğul və qızlarının,
ümummilli lider Heydər Əliyevlə birgə öz
xalqını, ölkəsini parçalanmadan xilas edən,
milli iqtisadiyyatı və dövlətçiliyi canlandıran
insanların silinməz yaddaşının
sübutudur. Bu insanların adına təkcə Azərbaycanda
deyil, onun hüdudlarından uzaqda, o cümlədən Belarusda
da küçələr, təşkilatlar var. Onlar hər
zaman bizim qəlbimizdə yaşayacaqlar. Bu insanlara və
onların davamçılarına görə Azərbaycan
müstəqil və güclü olub. Bu gün Azərbaycan
sabit və dinamik inkişaf edən, yüksək
sürətli iqtisadi inkişafı olan dövlətdir.
Azərbaycan Avropanın ən vacib enerji və nəqliyyat
mərkəzlərindən biridir, dünya ictimaiyyətinin
nüfuzlu və bərabərhüquqlu üzvüdür. Azərbaycan
Xalq Cümhuriyyəti illərində müəyyən
edilən prinsiplərə və görkəmli dövlət
xadimi Heydər Əliyevin strategiyasına əsasən Prezident
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
demokratik yolla əminliklə gedir. Milli Məclisin
səmərəli qanunvericilik işi, onun hökumətin digər
sahələri ilə məhsuldar qarşılıqlı
əlaqəsi bunun üçün vacib hüquqi bazanın
yaradılmasını təmin edib. Parlament Azərbaycanın
maraqlarını beynəlxalq arenada da uğurla təmsil edir.
Belarus dost Azərbaycanın uğurlarına sevinir. Belarus
və Azərbaycanın ikitərəfli və
çoxtərəfli qarşılıqlı əlaqəsi
göstərir ki, bizim ölkələrimizin maraqları
ümumilikdə üst-üstə düşür.
Küveyt
Millət Məclisinin sədriMərzuq Əli
əl-ĞanimAzərbaycan xalqını parlamentin
yaradılmasının 100 illiyi münasibətilə
Küveyt xalqı adından təbrik edərək deyib:
"Biz Azərbaycanın müstəqilliyini bərpa
etdikdən sonra beynəlxalq təşkilatlar
çərçivəsində daim Küveytin
hüquqlarını dəstəkləyən mövqedən
çıxış etməsini heç vaxt
unutmayacağıq. Azərbaycan hər zaman prinsipial mövqe
tutaraq bizi dəstəkləyib. Bunun bariz nümunəsi kimi,
BMT Təhlükəsizlik Şurasına
üzvlüyümüzü dəstəkləməsini
göstərmək olar. Buna görə də hazırda
qardaşlarımızın və dostlarımızın
əhatəsində olmaqdan şərəf duyuruq.
İki
ölkə arasındakı əlaqələrdən
danışan Küveyt Millət Məclisinin sədri qeyd edib
ki, Azərbaycan ilə Küveyt arasında son illər siyasi,
iqtisadi və mədəni sahələrdə mühüm
nailiyyətlər əldə olunub. Ancaq əlaqələrin
daha da genişləndirilməsi üçün böyük
imkanlar var. "Biz həssas və müstəsna coğrafi
mövqeyə malik, Şərq ilə Qərb arasında
iqtisadi və mədəni körpü rolunu oynayan
Azərbaycan kimi mühüm ölkə ilə
əlaqələrin inkişaf etdirilməsində
maraqlıyıq. Azərbaycan kimi mühüm
dövlətlə əlaqələrin inkişafı
müstəsna əhəmiyyət kəsb edir. Hər
şeydən öncə Azərbaycan bir çox
sahələrdə mühüm nailiyyətlər əldə
edən dövlətdir. Sevindirici haldır ki, keçən il
Azərbaycana 20 min küveytli səfər edib. Lakin biz bu
rəqəmin iki dəfə artırılması
əzmindəyik. Bu, iki ölkə arasında ticarət
dövriyyəsinə və investisiya qoyuluşuna müsbət
təsir göstərəcək. Eyni zamanda, iki ölkə
arasında mədəniyyət sahəsində
əməkdaşlığın intensivləşdirilməsi
əzmindəyik. Bundan başqa, gənclər və idman
sahəsində əməkdaşlıq etməkdə
maraqlıyıq”, - deyə Küveyt Millət Məclisinin
sədri vurğulayıb. O qeyd edib ki,
Küveyt Millət Məclisi Azərbaycan Milli Məclisi
ilə əməkdaşlığı
gücləndirməkdə maraqlıdır. İstər
beynəlxalq parlament təşkilatları
çərçivəsində, istərsə də
parlamentlərarası dostluq qrupları müstəvisində
əməkdaşlıq üçün yaxşı imkanlar
mövcuddur.
Qırğız
Respublikası parlamentinin sədriDastanbek Cumabekovbildirib ki,
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması yalnız
Azərbaycan xalqının deyil, bütövlükdə
regionun həyatında əhəmiyyətli hadisədir.
Yüz il bundan əvvəl Azərbaycan xalqı parlamentini
yaratmaqla demokratik prinsiplərə sadiqliyini nümayiş
etdirib. Yüz il bundan əvvəl Azərbaycanda yaradılan
parlament müasir parlamentarizm modeli əsasında
fəaliyyət göstərirdi. O deyib:
"Təəssüflər olsun ki, Azərbaycan Xalq
Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərdi.
1920-ci ildə Azərbaycan xalqı öz müstəqilliyini
itirdi. Lakin Sovet İttifaqı
dağıldıqdan sonra Azərbaycan xalqı öz
dövlətçilik ənənələrinə sadiq qalaraq
müstəqil dövlət yarada bildi. Əlbəttə ki,
Azərbaycan xalqının ümummilli lideri, uzaqgörən
siyasətçi Heydər Əliyevin ölkənin
müstəqilliyinin qorunub saxlanmasında, inkişafında
rolu əvəzsizdir. Məhz onun
səyləri nəticəsində Azərbaycan
dövlətçiliyi möhkəmləndirildi, ölkə
inkişaf yoluna qədəm qoydu, Konstitusiya qəbul olundu,
milli ideologiya formalaşdırıldı, müxtəlif
sahələrdə geniş və dərin islahatlar həyata
keçirildi. Bütün islahatlarda parlament də
fəal rol oynayıb. Belə ki, fəaliyyətini demokratik
və qanunun aliliyi prinsipləri əsasında həyata
keçirən parlament tərəfindən qəbul olunan
qanunlar Azərbaycanın demokratik inkişafı
üçün əsaslı zəmin yaradıb”.
Dastanbek
Cumabekov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti ilə
bağlı ölkə daxilində və xaricdə
müxtəlif tədbirlərin keçirilməsi xalqın
öz tarixinə verdiyi dəyərin göstəricisidir. Bu
gün Azərbaycan xalqı öz ölkəsi və
rəhbərliyi ilə fəxr edir, siyasi və iqtisadi
müstəqilliyini yüksək dəyərləndirir.
Azərbaycanın turizm cəhətdən cəlbedici
olması, səhiyyə və təhsil sahələrində
inkişaf etməsi və beynəlxalq aləmdəki
mövqelərinin möhkəmlənməsi ölkənin
inkişafının göstəriciləridir.
Azərbaycan
Milli Məclisinin parlamentlərarası
əməkdaşlığa önəm verdiyini deyən
sədr vurğulayıb ki, Milli Məclis bir çox parlament
təşkilatları ilə uğurlu əməkdaşlıq
edir.
Qırğızıstan ilə
Azərbaycanı ümumi köklərin, dini və
mədəni eyniliklərin birləşdirdiyini deyən
Dastanbek Cumabekov qeyd edib ki, tarixən xalqlarımız arasında
dostluq əlaqələri mövcud olub və bu
münasibətlər bu gün də var.
Bəhreyn
Nümayəndələr Şurasının
sədriƏhməd bin İbrahim
Əl-Mullaçıxış edərək Azərbaycan
xalqını ölkəsinin rəhbərliyi adından
təbrik edib. O, ölkələrimiz arasında
əlaqələrin möhkəmləndirilməsində
qarşılıqlı səfərlərin,
parlamentlərarası münasibətlərin,
təcrübə mübadiləsinin əhəmiyyətini qeyd
edib. Nümayəndələr Şurasının sədri
Azərbaycanda həyata keçirilən milli birliyə
əsaslanan siyasəti yüksək qiymətləndirib və
ölkəsində də eyni siyasətin həyata
keçirildiyini deyib. Vurğulayıb ki, Bəhreyn
Azərbaycan ilə hər sahədə əlaqələrin
daha da inkişaf etdirilməsində maraqlıdır.
Sədr,
həmçinin beynəlxalq və regional
münaqişələrin həlli istiqamətində, o
cümlədən terrora qarşı mübarizədə
Azərbaycan ilə Bəhreyn arasında münasibətlərin
dərinləşdirilməsinin vacibliyini qeyd edib.
Cibuti Milli
Assambleyasının sədriMəhəmməd Əli
HumədAzərbaycan Xalq Cümhuriyyəti parlamentinin demokratik
dəyərlər üzərində qurulduğunu qeyd edib. O
vurğulayıb ki, parlamentdə ölkədəki
bütün xalqların nümayəndələri təmsil
olunublar. Bu parlamentdə çox mühüm qərarlar
qəbul edilib.
Son
illər Azərbaycanın müxtəlif sahələrdə
böyük uğurlar qazandığını bildirən
Cibuti Milli Assambleyasının sədri qeyd edib ki, Azərbaycan
qloballaşan dünyada məğrur addımlarla
irəliləyir. Tarixin çətin sınaqlarından
çıxan Azərbaycan bir çox dövlətlər
üçün, o cümlədən Cibuti kimi gənc
ölkə üçün nümunədir. "Bir il bundan
əvvəl mənim ölkəm Azərbaycan
vətəndaşlarının Xocalıda
soyqırımına məruz qalması ilə bağlı
qətnamə qəbul etdi. Biz qəti şəkildə dost
Azərbaycan xalqının sivil əhalisinə qarşı bu
qətliamı pislədik. Fikirləşirik
ki, hər hansı bir ərazinin silah gücünə
tutulması BMT-nin Nizamnaməsinə ziddir. Əminəm ki,
Azərbaycan qısa müddətdə ərazi
bütövlüyünü bərpa edəcək və bu da
beynəlxalq hüququn bütün prinsiplərinə uyğun
olacaq”, - deyə Cibuti Milli Assambleyasının sədri
vurğulayıb.
Sudan Milli
Assambleyasının sədriİbrahim Əhməd
Ömərqeyd edib ki, Azərbaycan parlamentinin 100 illiyinin
təntənəli şəkildə qeyd olunması
böyük məna kəsb edir. Parlament azadlıq, demokratiya,
ədalət prinsipləri və insanlar arasında
bərabərliyin gücləndirilməsi istiqamətində
böyük rola malikdir. Parlament demokratik quruculuğun əsas
sütunlarından biridir. Qanunverici orqan, həmçinin
dövlət və cəmiyyət arasında əlaqələri
müəyyən edən strukturdur. Hesab edirəm ki,
Azərbaycanın bu tarixi təntənəli qeyd etməsi qanunverici
orqana verilən yüksək qiymət kimi
dəyərləndirilməlidir.
Sudanın Azərbaycan ilə yüksək
səviyyəli əlaqələrə malik olduğunu
söyləyən sədr deyib: "Ölkəmiz
müstəqil Azərbaycan Respublikasını tanıyan
və paytaxt Bakıda 1993-cü ildə səfirlik açan
ilk dövlətlərdən olub. Sudan Azərbaycan ilə əməkdaşlıq
əlaqələrini inkişaf etdirmək əzmindədir.
Ölkələrimizin rəhbərləri arasında
təşəkkül tapmış yüksək
səviyyəli siyasi dialoq parlamentlərarası
əməkdaşlığın layiqli müstəviyə
çatdırılmasına müsbət təsir
göstərir. Bu tədbirdə iştirakımız
parlamentlərarası əlaqələrin inkişafına olan
marağımızın və ölkələrimiz
arasında əlaqələrin gücləndirilməsində
parlamentlərin rolunun vacibliyinin bariz nümunəsidir. Parlament
diplomatiyası xarici siyasətin ən vacib istiqamətlərindən
biri olaraq rəsmi diplomatiyanın güclü
yardımçısına çevrilib”.
Sudan Milli
Assambleyasının sədri qeyd edib ki, son illərdə
ölkələrimiz arasında əlaqələr
yüksələn xətt üzrə inkişaf edir.
Müxtəlif sahələrdə 16 saziş imzalanıb.
Regional və beynəlxalq müstəvidə
əməkdaşlığımızı
genişləndirmək üçün yaxşı imkanlar
var.
ATƏT
Parlament Assambleyasının sədriGeorgi
Tsereteliçıxış edərək deyib:
"Azərbaycanda ilk parlament 100 il bundan əvvəl
yaradılıb. Bu tarix Azərbaycan xalqının inkişafa,
çiçəklənməyə nə qədər sadiq
olduğunu nümayiş etdirir. Biz bu tarixi nəzərdən
keçirərkən görürük ki, bu, yalnız tarixi
nöqteyi-nəzərdən deyil, gələcək
üçün çox böyük əhəmiyyət
kəsb edir. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması
müasir Azərbaycanın yaranmasına, onun
güclənməsinə, ölkədə müxtəlif
sahələrin inkişafına, ölkənin iqtisadi və
maddi suverenliyinin möhkəmləndirilməsinə öz
töhfəsini verib.
Bu
müasir "Alov qüllələri”nin kölgəsində
dayandığımız zaman biz Azərbaycan irsini artıq
hiss edə, Azərbaycanın müstəqillik tarixində
əldə etdiyi nailiyyətləri görə bilərik.
Müasir Azərbaycan parlamenti öz sələfinin izi ilə
gedərək ölkənin iqtisadi
nöqteyi-nəzərdən inkişaf edib regionda vacib bir
ölkəyə çevrilməsinə öz töhfəsini
verib”.
Rusiya
Dövlət Duması sədrinin müaviniSergey Neverovçıxış
edərək Dumanın deputatları adından Azərbaycan
parlamentinin 100 illik yubileyi münasibətilə
təbriklərini çatdırıb. Bildirib ki, Azərbaycan
və Rusiya parlamentləri arasında dostluğun qədim
tarixi var. Bu dostluq 1906-cı ildə Rusiya parlamentində başlayıb.
Orada Əlimərdan bəy Topçubaşovun
rəhbərliyi ilə müsəlman fraksiyası
fəaliyyət göstərirdi. S.Nevorov vurğulayıb ki,
müasir dövrdə ölkələrimizin parlamentləri
arasında sıx əlaqələr var və bu
münasibətlər uğurla inkişaf edir.
Parlamentlərimiz arasında dostluq və strateji
tərəfdaşlıq barədə sənədlər
də imzalanıb.
Dumanın
sədr müavini qeyd edib ki, Azərbaycan və Rusiya
prezidentləri parlamentlərarası əlaqələrə
böyük önəm verirlər. Parlamentarilərimiz də
bu dostluğun inkişafına töhfə verirlər. S.Nevorov
Azərbaycan və Rusiya deputatlarının müxtəlif
sahələrdə, o cümlədən siyasi, iqtisadi,
mədəni sahələrdə ikitərəfli və
çoxtərəfli formatlarda uğurla
əməkdaşlıq etdiklərini bildirib.
Misir Nümayəndələr Palatası
sədrinin birinci müaviniMahmud Əhməd Şərifbelə
bir təntənəli tədbirdə iştirak
etməsindən məmnunluğunu ifadə edərək deyib
ki, Azərbaycan Xalq Cümhuriyyəti qadınlara seçki
hüququ verən ilk müsəlman ölkəsi olub. Həmçinin 100 il bundan
əvvəl yaradılan parlamentdə müxtəlif dini və
etnik azlıqların nümayəndələri təmsil
olunublar. Bu, Azərbaycan Xalq Cümhuriyyətinin demokratik
dəyərlərə verdiyi önəmin
göstəricisidir.
Azərbaycan
ilə Misir arasındakı əlaqələrdən
danışan Mahmud Əhməd Şərif qeyd edib ki,
xalqlarımız arasında müştərək
mədəni dəyərlər, adət-ənənələr
var. Azərbaycan 1991-ci ildə öz
müstəqilliyini bərpa etdikdən sonra
ölkələrimiz arasında əlaqələr yeni
mərhələyə qədəm qoydu. İki ölkə
arasında indiyə qədər 50 sənəd imzalanıb,
yüksək səviyyəli qarşılıqlı
səfərlər olub. Misir parlamentində
Azərbaycanla dostluq qrupu fəaliyyət göstərir.
Qazaxıstan
Senatı sədrinin müaviniBektas BeknazarovAzərbaycan
parlamentinin 100 illiyinin qeyd olunmasını tarixi hadisə kimi
dəyərləndirib, bu münasibətlə
təbriklərini çatdırıb.
Azərbaycanın Qazaxıstanın
Cənubi Qafqaz regionunda əsas tərəfdaşlarından
olduğunu söyləyən Bektas Beknazarov deyib ki, bu
yaxınlarda iki ölkə arasında diplomatik
münasibətlərin qurulmasının 26 illiyi qeyd olunub.
İki ölkə arasında münasibətlər inkişaf
edir.Qazaxıstan Prezidentinin Azərbaycana
2017-ci ildə rəsmi səfəri zamanı bir sıra
sənədlər imzalanıb. Qardaş ölkələrimiz
arasında növbəti inkişaf mərhələsinin
təməli qoyulub. Azərbaycan və Qazaxıstan
parlamentlərarası münasibətləri də uzun
illərdir formalaşıb. 2014-cü ildə Bakıda
imzalanmış parlamentlərarası saziş
əlaqələrimizin inkişafında xüsusi rola malikdir.
Çexiya
Deputatlar Palatası sədrinin müaviniVoytex Filipbildirib ki,
1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti,
eyni zamanda, müsəlman Şərqində ilk demokratik
dövlətin qurulması kimi xarakterizə olunur. Bu hadisə
çox böyük əhəmiyyətə malikdir.
Bu gün
Azərbaycan Respublikası ilə Çex Respublikası
arasında münasibətlər strateji xarakter
daşıyır. Qarşılıqlı
münasibətlər bütün sahələrdə
dayanıqlı şəkildə inkişaf etməkdədir.
Eyni zamanda, biz yüksək səviyyəli
əməkdaşlığımızı beynəlxalq
təşkilatlar səviyyəsində də davam etdiririk.
Tacikistan
Nümayəndələr Palatası sədrinin birinci
müaviniAziz Abducabborbildirib ki, Azərbaycan Xalq
Cümhuriyyətinin və onun parlamentinin yaradılması
böyük tarixi hadisə idi. İslam dünyasında ilk
dəfə bu parlament qadınlara səsvermə hüququ
verib. Hazırkı Milli Məclis 100 il bundan əvvəl
əsası qoyulan prinsiplərə sadiq olduğunu
göstərir.
Ümummilli lider Heydər Əliyevin
Azərbaycan dövlətinin və parlamentinin
inkişafında mühüm xidmətlərinin olduğunu
qeyd edən Tacikistan Nümayəndələr Palatası
sədrinin birinci müavini vurğulayıb ki, Azərbaycan
hazırda iqtisadi, sosial, siyasi və digər sahələrdə
böyük irəliləyişlər
əldə etməklə dünyada layiqli yer tutub.
Azərbaycanın
bu gün sürətlə inkişaf etdiyini qeyd edən
Macarıstan Milli Assambleyasının sədr müaviniKsaba
Hendebildirib ki, Azərbaycan ilə Macarıstan arasında
ikitərəfli əlaqələr yüksək səviyyədədir.
Xalqlarımız arasında tarixi köklərə malik
əlaqələr mövcuddur. Sədr müavini,
həmçinin Azərbaycan və Macarıstan parlamentləri
arasında yaxşı əlaqələrin də olduğunu
bildirib.
Monteneqro parlamentinin sədr müavini,
parlamentin Azərbaycan ilə dostluq qrupunun rəhbəriGenci
Nimanbequçıxış edərək 100 il əvvəl
yaradılan Azərbaycan Xalq Cümhuriyyəti
dövründə atılan mütərəqqi
addımları, o cümlədən qadınlara
səsvermə hüququnun verilməsini yüksək qiymətləndirib. Vurğulayıb ki, bu
gün Azərbaycanda mövcud olan tolerantlıq, multikultural
mühit bir çox ölkələr üçün
örnəkdir. Burada müxtəlif dinlərin, xalqların
nümayəndələri sülh şəraitində birgə
yaşayırlar. Sədr müavini Azərbaycanın
bütün sahələrdə sürətlə inkişaf
etdiyini vurğulayıb, ölkələrimiz və
xalqlarımız arasında dostluğun daimi olacağına
əmin olduğunu bildirib.
Özbəkistan
Parlamenti Məclisinin sədr müaviniSarvar
OtamuratovAzərbaycan parlamentinin 100 illiyi münasibətilə
təbriklərini çatdıraraq qeyd edib ki, Azərbaycan
Xalq Cümhuriyyəti demokratik, dünyəvi dövlətin
nümunəsi olub. Bildirib ki, Azərbaycan Xalq
Cümhuriyyəti dövründə əsası qoyulan
prinsiplər ölkənin bugünkü inkişafına da
mühüm töhfələr verir. Bu gün Azərbaycanda
irqindən, dinindən asılı olmayaraq bütün insanlar
birgə mehriban şəraitdə yaşayırlar.
Böyük
Britaniya parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəriBob
Bləkmənqeyd edib ki, Azərbaycan parlamentinin 100 illik
yubileyinin qeyd edilməsi böyük tarixi
əhəmiyyətə malik hadisədir. Azərbaycanda 100 il
əvvəl qadınlara seçki hüququ verilib. Təəssüf
ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü qısa
oldu, lakin Azərbaycan xalqı 70 ildən sonra öz
müstəqilliyini bərpa etdi.
Böyük
Britaniyanın Azərbaycan ilə
əməkdaşlığın səviyyəsindən
məmnun olduğunu vurğulayan Bob Bləkmən deyib ki,
Britaniya Azərbaycan iqtisadiyyatında yaxından iştirak
edir. Bu gün Azərbaycan-Britaniya əlaqələri
müxtəlif sahələrdə genişlənir.
Keçirilən yüksək səviyyəli görüşlər
də əlaqələrimizin möhkəmlənməsində
mühüm rol oynayır.
"Bu gün demokratik inkişaf
nəticəsində Azərbaycan dünyaya açılan bir
ölkəyə çevrilib. Ölkə mühüm
beynəlxalq tədbirlərə, o cümlədən
"Eurovision” mahnı müsabiqəsinə, Avropa Oyunlarına,
Formula 1 yarışlarına uğurla ev sahibliyi edib. Mən son 8 il ərzində
Azərbaycanda 6 dəfə olmuşam və ölkədəki
inkişafın canlı şahidiyəm”, - deyə Bob
Bləkmən vurğulayıb.
BMT
Təhlükəsizlik Şurasının
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı
qətnamələrinin yerinə yetirilməsinin vacibliyini ifadə
edən Böyük Britaniya parlamentinin deputatı deyib:
"Uzun müddətdir davam edən bu münaqişə
qısa müddətdə həll olunmalı,
Azərbaycanın ərazi bütövlüyü bərpa
edilməlidir”.
"Yüz
il əvvəl Azərbaycan Xalq Cümhuriyyəti
dövründə parlamentin yaradılması mühüm
addım idi. Müsəlman aləmində
ilk demokratik dövlət yaratmaqla Azərbaycan həm də
müxtəlif dinlərin, xalqların
nümayəndələrinin bir yerdə
yaşamalarının nə qədər önəmli
olduğunu nümayiş etdirdi”, - deyən Fransa-Azərbaycan
Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel
vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyəti
dövründə parlament 300-dən çox sənədi, o
cümlədən qadınlara səsvermə hüququ
verilməsinə dair qərarı təsdiq edib. Bu,
bütün dünyaya bir nümunə olub.
Azərbaycan
Xalq Cümhuriyyətinin tarixinə toxunan Jan-Fransua Mansel bu
dövrdə parlamentin ilk sədri Əlimərdan bəy Topçubaşovun
misilsiz xidmətlərindən söhbət açıb. O,
Fransa-Azərbaycan əlaqələrinin inkişafında
parlamentlərarası münasibətlərin xüsusi rol oynadığını
vurğulayıb.
İndoneziya Nümayəndələr
Palatası sədrinin müaviniAqus Hermanto, Polşa Senatı
sədrinin müaviniAdam Bielan, Serbiya parlamenti sədrinin
müaviniVeloyub Arsiç, Vyetnam Milli Assambleyası sədrinin
müaviniUong Chu Luu, Avstriya Milli Şurasının
üzvü, Avstriya-Azərbaycan parlamentlərarası dostluq
qrupunun rəhbəriBarbara Krenn, Sloveniya Milli Assambleyasının
xarici əlaqələr komitəsinin sədriMatyaz Nemek,
Parlamentlərarası İttifaqda Malta parlamenti
nümayəndə heyətinin rəhbəriByron Camilleri,
Slovakiya parlamentində Azərbaycan ilə dostluq qrupunun rəhbəriPeter
Marçek, Litva Seyminin sosial işlər və əmək komitəsinin
sədriRimante Salaseviute, Livan Milli Assambleyasının
üzvü, Livan-Azərbaycan parlamentlərarası dostluq
qrupunun üzvüAyoub Hmayed,
Birləşmiş Ərəb Əmirlikləri parlamentinin
üzvüJamal Al Hai, İordaniya parlamentinin deputatıFavzi
Daoud, Hindistan parlamentinin deputatı Kambadahally Hanumappa Muniyappa,
Avropa Parlamentinin üzvüSajjad Kərim, İslam
Əməkdaşlıq Təşkilatı Parlament
İttifaqının baş katibiMəhəmməd
Xouraiçi Niass, Qara Dəniz İqtisadi
Əməkdaşlıq Təşkilatı Parlament Məclisində
Türkiyə nümayəndə heyətinin
rəhbəriCemal Öztürk, İtaliya Deputatlar
Palatasının üzvüGiovanni Russoçıxış
edərək Azərbaycan parlamentinin 100 illiyi
münasibətilə təbriklərini
çatdırıblar.
Yeni
Azərbaycan.- 25 sentyabr.- S.7