FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı
olub
Sentyabrın 25-də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının
(FAO) Romadakı baş
ofisində “Azərbaycan
otağı”nın açılışı
olub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatının xoşməramlı
səfiri Leyla Əliyeva açılışda
iştirak edib.
BMT-nin Ərzaq
və Kənd Təsərrüfatı Təşkilatının
baş direktorunun müavini Laurent Tomas Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı qarşılayıb.
Əvvəlcə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının
baş direktorunun müavini Laurent Tomas ilə görüşü olub.
Görüşdə Heydər Əliyev
Fondunun və IDEA İctimai Birliyinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı
ilə əməkdaşlığı
yüksək qiymətləndirilib,
əlaqələrin daha
da genişləndirilməsi
ilə bağlı müzakirələr aparılıb.
Baş direktorun
müavininə IDEA, FAO və
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin birgə həyata keçirdiyi layihə çərçivəsində
Azərbaycanın 11 rayonunda
aztəminatlı ailələr
üçün salınmış
meyvə bağları
barədə məlumat
verilib.
Söhbət zamanı “Sıfır
aclıq” Konsepsiyasının
icra vəziyyəti ilə bağlı, həmçinin münaqişədən
əziyyət çəkən
ölkələrdə və
Afrika ölkələrində
aclığın aradan
qaldırılması üçün
mümkün əməkdaşlığa
dair fikir mübadiləsi aparılıb.
Dünyada 870 milyon insanın hələ də aclıq və azqidalanmadan əziyyət çəkdiyi
bir vaxtda ərzaq məhsullarının
üçdəbir hissəsinin
tullantıya getməsinin
qəbuledilməz olduğu
vurğulanıb.
Sonra “Azərbaycan
otağı”nın açılışı
olub.
Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyeva və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatının baş
direktorunun müavini Laurent Tomas otağın
rəmzi açılışını
bildirən lenti kəsiblər.
FAO ilə Azərbaycanın birgə
layihəsi olan bu gözəl otaqda təşkilatın fəaliyyəti üçün
bütün şəraitin
mövcud olduğunu deyən Laurent Tomas bildirib ki, burada təşkilatın
əməkdaşları ən
müasir imkanlardan istifadə edə biləcəklər. “Otaqda
ən qabaqcıl texnoloji avadanlıqla yanaşı, Azərbaycanın
qədim mədəniyyətini
əks etdirən əşyalar da var. Bu mənada otağın
alov formalı divarları Odlar diyarını təcəssüm
etdirir”, - deyən Laurent Tomas otaqda
buta naxışını
xatırladan dizaynı
da qeyd edib.
İclas otaqlarından
gözəl mənzərənin
açıldığını, mədəni və bədii nöqteyi-nəzərdən
otağın çox
cəlbedici olmaqla
yanaşı, həm də çox praktiki olduğunu söyləyən Laurent Tomas vurğulayıb ki, otaq BMT binaları
üçün tətbiq
olunan ən yüksək təhlükəsizlik
tədbirlərinə cavab
verir. Laurent Tomas FAO-nun baş
direktoru adından təşkilatın öz
əhəmiyyətli məqsədlərinə
çatması istiqamətində
səmərəli fəaliyyət
göstərməsi üçün
bu faydalı töhfəyə görə
Azərbaycan hökumətinə
minnətdarlığını bildirib.
Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyeva deyib: “Hörmətli baş direktorun müavini Laurent Tomas.
Yaratdığınız bu fürsətə görə sizə təşəkkürümü bildirmək istəyirəm.
Biz açılış
lentini kəsəndə
mən bunun yeni və xüsusi
bir başlanğıc
olduğunu düşündüm.
İnanıram ki, bu açılış
FAO ilə münasibətlərimizin
yeni mərhələyə
qədəm qoymasını
təcəssüm edir.
FAO-nun baş
ofisində bir parça Azərbaycanın
olması, burada Azərbaycanın mədəniyyətinin
və milli ruhunun əks etdirilməsi, şübhəsiz,
buraya gələn insanları bizim gözəl ölkəmizi,
qonaqpərvər xalqımızı
ziyarət etməyə
sövq edəcək.
Əminəm ki, bu ofis dünyamıza
çoxlu müsbət
dəyişikliklər gətirəcəkdir.
Çox sağ olun”.
* * *
Məlumat verilib
ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatının Romadakı
baş ofisində “Azərbaycan otağı” Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə təsis edilib. FAO-nun ofisində müxtəlif ölkələrin
otaqları mövcuddur.
Burada MDB ölkələri
arasında ilk dəfə məhz Azərbaycanın adını
daşıyan otaq yaradılıb. Otağın
tərtibatında Azərbaycanın
milli ornamentlərindən,
musiqi alətlərindən,
xalçalarından istifadə
olunub. Qədim tariximizin, zəngin mədəni irsimizin, ümumilikdə, ölkəmizin
təbliği baxımından
bu cür layihələr mühüm
əhəmiyyət kəsb
edir.
Qeyd edək
ki, Azərbaycan 1995-ci
ildən FAO-nun üzvüdür. Ölkəmizdə
qurumun layihə əlaqələndirmə ofisi
2007-ci ildən fəaliyyət
göstərir. Azərbaycanda
təşkilatın ilk
əlaqələndirmə və
tərəfdaşlıq ofisi
də var.
Xatırladaq ki, Leyla Əliyeva
humanitar və ekologiya sahəsindəki fəaliyyətinə görə
FAO-nun xoşməramlı
səfiri adına layiq görülüb. Bu qurum dünyada aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin
təmin olunması, kənd təsərrüfatı,
meşə və balıqçılıq təsərrüfatının
səmərəliliyinin artırılması,
sağlam ərzaq sistemlərini yaratmaq kimi vəzifələri qarşısına məqsəd
qoyub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyəti
isə bu məqsədlərə nail
olmağa töhfə
verir.
Yeni Azərbaycan.-
2018.- 26 sentyabr.- S.5.