Əli Həsənovun
kitabı Daşkənddə
dörd dildə çap olunub
Daşkənddə Azərbaycan Respublikası
Prezidentinin ictimai-siyasi
məsələlər üzrə
köməkçisi Əli
Həsənovun Bakıda
səkkiz dildə nəşr edilən “Azərbaycanlılara qarşı
etnik təmizləmə
və soyqırımı
siyasətinin mərhələləri”
və “Xocalı soyqırımı: səbəbləri,
nəticələri
və beynəlxalq aləmdə tanınması”
kitabları əsasında
“Azərbaycanlılara qarşı
etnik təmizləmə
və soyqırımı
siyasəti və Xocalı soyqırımı”
kitabı çap olunub.
AZƏRTAC xəbər
verir ki, Azərbaycanın Özbəkistandakı
səfirliyi nəzdindəki
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
və Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC) birgə
layihəsi çərçivəsində
Daşkənddəki “İstiqlol
nuri” nəşriyyatında
çap edilən kitabda mətnlər dörd dildə - özbək, Azərbaycan,
rus və ingilis dillərində verilib.
Birinci fəsildə son
iki əsrdə azərbaycanlılara qarşı
erməni millətçiləri
tərəfindən məqsədyönlü
şəkildə həyata
keçirilən etnik
təmizləmə, soyqırımı
və təcavüzkarlıq
siyasətinin ayrı-ayrı
mərhələləri araşdırılır.
Erməni millətçilərinin təcavüzkar siyasəti
nəticəsində XX əsrdə
azərbaycanlıların dörd
dəfə - 1905-1906-cı, 1918-1920-ci,
1948-1953-cü və 1988-1993-cü illərdə soyqırımına
və etnik təmizləmələrə məruz
qalması mənbələrə
əsasən təhlil
edilir. Bu fəsildə 1918-1920-ci illərdə ermənilər
tərəfindən törədilən
soyqırımlarının Bakı, Quba, Şamaxı ilə yanaşı Şuşa, İrəvan quberniyası,
Zəngəzur, Naxçıvan,
Şərur, Ordubad, Qars və başqa
bölgələrdə də
davam etdirilməsi nəticəsində minlərlə
azərbaycanlının qətlə yetirilməsi faktlara əsasən təhqiq olunur.İkinci fəsildə
isə son iki əsrdə azərbaycanlılara qarşı
erməni millətçiləri
tərəfindən məqsədyönlü
şəkildə həyata
keçirilən etnik
təmizləmə, soyqırımı
və təcavüzkarlıq
siyasəti təhlil edilir. XX əsrin
80-ci illərinin ikinci
yarısından başlayaraq
Ermənistanın Azərbaycana
qarşı ərazi iddiaları və işğalçılıq siyasəti,
o cümlədən 1988-1993-cü illərdə azərbaycanlılara
qarşı etnik təmizləmə və soyqırımı siyasəti
elmi mənbələrə
əsasən araşdırılır,
xüsusilə XX əsrin
sonunda ermənilərin
Xocalıda törətdikləri
soyqırımı aktı
bütün insanlığa
və bəşəriyyətə
qarşı yönəldilmiş
ən ağır cinayətlərdən biri
kimi qiymətləndirilir.
Bu hissədə
1992-ci il fevralın
26-da Ermənistan silahlı
qüvvələri tərəfindən
Xocalı şəhərinin
işğalı zamanı
törədilən cinayətlər,
xüsusilə dinc əhaliyə qarşı
vandalizm aktları xarici mənbələrə
əsasən geniş
təhlil edilir.
Kitabda mövzularla
bağlı müxtəlif
tarixi sənədlər,
xəritə və şəkillər də verilib.
Qulu Kəngərli
Yeni Azərbaycan.-
2018.- 5 yanvar.- S.2.