Gənc Tamaşaçılar Teatrı ötən il 14 ölkədə qastrol beynəlxalq festivallarda çıxış edib

 

Ötən il Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti üçün məhsuldar, unudulmaz səfərlər premyeralarla əlamətdar il kimi yadda qalıb. İl ərzində teatr yeni səhnə əsərləri, premyeralarla tamaşaçıların görüşünə gəlib.

AZƏRTAC-a teatrın mətbuat xidmətindən verilən məlumata görə, görkəmli italyan uşaq yazıçısı Canni Rodarinin eyniadlı əsəri əsasında ərsəyə gələnÇipollino”, Əməkdar artist Lətifə Əliyevanın anadan olmasının 70 illik yubileyi münasibətilə hazırlananVurğuna vurğun gəlin”, Məhəmməd Füzulinin məşhurLeyli Məcnunpoeması əsasında ilk dəfə olaraq dramatik janrda hazırlanan eyniadlı səhnə əsəri, “Məlikməmmədnağılı əsasında hazırlanan eyniadlı tamaşa, İsveçin ölkəmizdəki səfirliyi Azərcellşirkətinin birgə layihəsi əsasında hazırlananUzuncorab Pippi”, Əli ƏmirlininÜnvansız qatar”, teatrın iki qocaman sənətkarı, Xalq artistləri Ağaxan Salmanlının 75, Yasin Qarayevin anadan olmasının 70 illik yubileylərinə hazırlananAçarını itirənlər”, Aprel döyüşlərində şəhid olan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsinin məzunu Samir Kaçayevin xatirəsinə həsr olunmuşYarımçıq qalmış...”, yazıçı-dramaturq T.VəliyevanınXəyanətpovesti əsasındaCəzaadlı mono-tamaşa, Bakı Yunus Əmrə İnstitutu ilə birgə layihəEşqi-Nigar” (“Koroğludastanı əsasında), Conatan Sviftin məşhurQulliver Cırtdanlar ölkəsindəəsəri əsasında eyniadlı tamaşa, R.HovardınQrinç”, H.AnderseninQar kraliçası Sten LininHörümçək adamtamaşaları teatrsevərlər tərəfindən maraqla qarşılanıb.

Teatrın kollektivi aprelin 19-dan 30-dək Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar, Vladiqafqaz Dövlət Gənc Tamaşaçılar Çeçenistan Respublikası Dövlət Gənc Tamaşaçılar Teatrında qastrol səfərində olub. Səfər çərçivəsində gənc yazar PərvininDəcəl keçiəsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdirilib. Qastrol çərçivəsində teatrın direktoru, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti, Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov Gürcüstan Rusiya ASSİTEJ Milli mərkəzlərinin rəhbərləri ilə görüşüb. Qarşılıqlı səfərlərin şərtlərinə əsasən cari ilin mayın 5-dən 7-dək Çeçenistan Dövlət Gənc Tamaşaçılar Teatrı A.AxmatovanınSkazka o zolotom skakune”, 19-dan 21-dək isə Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrının kollektivi L.Titova A.StarotorjskiyinKorolevskaə korovatamaşası ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qonağı olaraq Bakı tamaşaçılarını sevindiriblər. Bundan əlavə, teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov mayın 26-dan 31-dək Moskvada Teatr Rejissorları Gildiyasının II Assambleyasında iştirak edib. Yaradıcı heyət iyunun 27-dən iyulun 3-dək Belarusun Bobruysk şəhərində keçirilən XIV “Dostluq çələngiadı Beynəlxalq Xalq Yaradıcılığı Festivalında iştirak edib. Aprelin 20-dən 27-dək Kineşmada keçirilənHərarətli ürək” II Beynəlxalq teatr festivalı, iyunun 12-dən 18-dək AstanadaSəhnədən salam” V Beynəlxalq teatr festivalı, sentyabrın 7-dən 14-dək Rusiya Federasiyası Başqırdıstan Respublikasının Ufa şəhərində türkdilli xalqların VI “TuqanlıqBeynəlxalq teatr festivalı, oktyabrın 1-dən 5-dək Rusiyanın Elista şəhərində (Kalmıkiya Respublikası) “Keyedauşaq yeniyetmələr üçün I Beynəlxalq teatr festivalında, oktyabrın 3-dən 9-dək UkraynadaMariyaadlı Beynəlxalq mono-tamaşalar oktyabrın 25-dən 28-dək Rusiyanın Nijnevartovsk şəhərindəŞimal görüşləri” V Beynəlxalq teatr festivalında uğurla iştirak edərək Azərbaycan teatrını layiqincə təmsil təbliğ ediblər. Ümumilikdə, teatrın kollektivi ötən il 14 ölkədə qastrol beynəlxalq festivallarda çıxış edib.

Yeni Azərbaycan.- 2018.- 9 yanvar.- S.7.