Penitensiar Tarix Muzeyi Xidmətin zəngin və şərəfli tarixinin öyrənilməsində
və təbliğində
mühüm rol oynayır
Son illər
Azərbaycanda cəza-icra
siyasəti sahəsində
həyata keçirilən
ardıcıl və məqsədyönlü tədbirlər
Penitensiar Xidmətdə
çalışan kadrların
peşəkarlıqlarının artırılması, cəzaçəkmə
müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması,
azadlıqdan məhrum edilmiş şəxslərə
göstərilən tibbi
xidmətin və psixoloji yardımın yüksəldilməsi, məhkumların
hüquq və azadlıqlarının təminatı,
onların təhsilə
cəlb olunması, bu sahədə qanunvericilik bazasının
təkmilləşdirilməsi, infrastrukturun müasirləşdirilməsi
və digər istiqamətlərdə
mühüm uğurların
əldə edilməsi
ilə nəticələnib.
Azərbaycan Prezidenti İlham
Əliyevin 2017-ci il fevralın 10-da imzaladığı
“Penitensiar sahədə
fəaliyyətin təkmilləşdirilməsi,
cəza siyasətinin humanistləşdirilməsi və
cəmiyyətdən təcridetmə
ilə əlaqədar
olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin
genişləndirilməsi barədə”
Sərəncamı
qurumun fəaliyyətinin
təkmilləşdirilməsi istiqamətində qarşıya
yeni vəzifələr
qoyur.
AZƏRTAC xəbər
verir ki, öz fəaliyyətini insan və vətəndaş
hüquqları və
azadlıqlarına hörmət,
qanunçuluq və humanizm prinsipləri əsasında quran Penitensiar Xidmətin çətin, lakin şərəfli və zəngin tarixini öyrənmək, həbs
olunmuş şəxslərin
və məhkumların
hüquq və qanuni mənafelərinin qorunması sahəsində
müsbət fəaliyyətini
indiki və gələcək nəsillərə
çatdırmaq, bu sahənin yaxşı ənənələrini qoruyub
saxlamaqla varisliyi təmin etmək, kadrların gənc nəslini bu sistemin qabaqcıl ənənələri ruhunda
tərbiyə etmək
baxımından
Penitensiar Tarix Muzeyi mühüm əhəmiyyət kəsb
edir.
Ədliyyə nazirinin müvafiq
əmri ilə yaradılan muzey neçə illərdir fəaliyyət göstərir.
Ən maraqlısı
odur ki, bu muzey hər
hansı mütəxəssislər
tərəfindən deyil,
Penitensiar Xidmətin bir qrup əməkdaşı
tərəfindən yaradılıb.
Yeddi bölmədən
ibarət muzeyin ekspozisiyasına yüzlərlə
müxtəlif sənəd,
məhkumların hazırladıqları
əşya, orden-medal
və digər materiallar, eləcə də çoxsaylı fotoşəkillər daxildir.
Muzeyin sahəsinə
görə ən böyük olan birinci bölməsi Ümummilli lider Heydər Əliyevin mənalı həyatına
və çoxşaxəli
siyasi fəaliyyətinə
həsr edilib. Mərkəzdə Ulu öndərin abidəsi diqqəti cəlb edir. Zalda Heydər
Əliyevin həyatının uşaqlıq, gənclik və sonrakı dövrlərini, o cümlədən
dahi şəxsiyyətin
respublikaya rəhbərlik
etdiyi, dövlət təhlükəsizlik orqanlarında
çalışdığı illəri əks etdirən fotoşəkil və sənədlərdən
ibarət eksponatlar, ədliyyə sistemi ilə əlaqədar
fərman və sərəncamlarının surətləri
nümayiş olunur.
Penitensiar Tarix Muzeyinin
ikinci bölməsi Ümummilli lider Heydər Əliyevin və Onun layiqli
davamçısı Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin fəaliyyətini əks etdirən əsas stenddən, eləcə də Ədliyyə Nazirliyinin, Penitensiar Xidmətin rəhbərliyinin
müxtəlif tədbir
və görüşlərinə
dair fotoşəkillərdən
ibarətdir. Bu zalda, həmçinin muzeyin fəxri qonaqlarının öz təəssüratlarını qeyd etmələri üçün xatirə
kitabı da qoyulub.
Muzeydə diqqəti
ən çox cəlb edən bölmələrdən biri
də “Tariximizin qan yaddaşı” adlanır. Bu bölmə keçən
əsrin 30-cu illərinin
repressiyalarından, erməni
terrorunun qurbanları olan azərbaycanlı və türk diplomatlardan, 20 Yanvar və Xocalı faciələrindən, Bakı
metrosunda törədilən
terror aktından, Dağlıq Qarabağ dəhşətlərindən bəhs
edən eksponatlardan ibarətdir. Zalın
mərkəzində xilaskar
türk əsgərinə
və Xocalı faciəsinə həsr olunmuş abidə var. Bölmədə türk dünyasının
böyük öndərləri
Heydər Əliyevin və Mustafa Kamal Atatürkün büstləri və onların sitatlarının
yazıldığı lövhələr
də böyük maraq doğurur.
Penitensiar Xidmətin veteranlarına
həsr olunan dördüncü bölmədə
vaxtilə bu qurumun rəisi olmuş Sovet İttifaqı Qəhrəmanı,
general-mayor Səlahəddin
Kazımovun, mühafizə
alayının komandiri
vəzifəsində xidmət
etmiş Nəsib Əliyevin və bu xidmət sahəsinin bir sıra veteranlarının
həyat və fəaliyyəti haqqında
materiallar, onlara məxsus xüsusi geyim formaları və digər şəxsi əşyalar
nümayiş olunur.
Ekspozisiyasının zənginliyinə görə diqqəti cəlb edən digər bölmədə
müxtəlif dövrlərdə
Penitensiar Xidmətin strukturu, əməkdaşların
idman nailiyyətlərini,
Mühafizə Alayının,
Konvoy Taborunun, müəssisələrin fəaliyyətini
əks etdirən yazı və şəkillərdən ibarət
stendlər, məhkumların
əl işləri olan suvenirlər, müxtəlif dövrlərdə
qüvvədə olan
əmr və təlimatların nümunələri,
ədalət ilahəsinin
mərkəzdə yerləşdirilmiş
heykəli və s. diqqəti cəlb edir. Zalda Ədliyyə
Nazirliyinin futbol komandasının bayrağını,
komandanın müxtəlif
dövrlərdəki heyətlərinin
fotoşəkillərini də
görmək mümkündür.
Muzeyin altıncı bölməsi
1918-1920-ci illərdə Azərbaycan
Xalq Cümhuriyyəti
dövründə ədliyyə
sisteminə dair sənədlərdən, o dövrün
pul əsginaslarından,
sovet hakimiyyəti illərində cəzaçəkmə
sisteminə aid sənəd və şəkillərdən, xüsusi
kontingentin geyim forması nümunələrindən,
cəzaçəkmə müəssisələrində
istehsal olunan əşyaların nümunələrindən,
həbsxana kamerasının
və cəzaçəkmə
müəssisələrinin nəfis şəkildə
və dəqiqliklə
işlənmiş maketlərindən
ibarətdir. Gəncədə
inşa olunan qarışıq rejimli cəzaçəkmə müəssisəsinin,
Qobustan həbsxanasının
maketləri də diqqəti cəlb edir.
Sonuncu - yeddinci bölmə
qədim zamanlarda və orta əsrlərdə
həyata keçirilən
cəza növlərini
əks etdirən maketlərdən, Bayıl
həbsxanasının yüksək
dəqiqliklə işlənmiş
maketindən, sovet dövründə və ondan əvvəl Azərbaycanın müxtəlif
bölgələrində
yerləşən həbsxanaların
qalıqlarına dair fotoşəkillərdən ibarətdir.
Bir sözlə,
muzey Penitensiar Xidmətin çətin, lakin şərəfli və zəngin tarixini öyrənmək üçün çox əhəmiyyətlidir. Bu
baxımdan muzey üçün tarixi əhəmiyyət kəsb
edən sənəd və materialların toplanması işi daim davam etdirilir.
Penitensiar Tarix Muzeyinin
bu qurumun zəngin irsinin təbliğində önəmi
nəzərə alınaraq
Penitensiar Xidmətə
işə qəbul olunan orta və
kiçik rəis heyətinin, tədris mərkəzində kurs keçən müxtəlif
xidmət sahələrinin
əməkdaşları da
tədris proqramı çərçivəsində muzeylə tanış edilirlər.
Yeni Azərbaycan.-
2018.- 11 yanvar.- S.7.