2018-ci ilinAzərbaycan Xalq Cümhuriyyəti İlielan edilməsi dövlətçilik tariximizə verilən dəyərin göstəricisidir

 Ekspertlərin fikrincə, müsəlman Şərqinin ilk demokratik respublikasının tarixinin araşdırılması vacibdir

Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2018-ci il ölkəmizdəAzərbaycan Xalq Cümhuriyyəti İlielan edilib. Müsəlman Şərqində ilk demokratik respublika olan cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyəti tariximizin ən əhəmiyyətli səhifələrindən biridir. Bu səbəbdəndir ki, Xalq Cümhuriyyətinin tarixi xalqımız tərəfindən öyrənilir, dəyərləndirilir. Ümummilli lider Heydər Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinə xüsusi ehtiram göstərib Cümhuriyyət tarixinin, irsinin öyrənilməsini vacib sayıb. Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Xalq Cümhuriyyəti irsinə xüsusi hörmət ehtiram nümayiş etdirir. Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bu məqama toxunan dövlət başçısı bildirib ki, biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik bu ənənələri yaşadırıq”.

Beləliklə, sözügedən iclasda cari iliAzərbaycan Xalq Cümhuriyyəti İlielan edən dövlət başçısı vurğulayıb ki, il ərzində həm ölkəmizdə, həm xaricdə bununla əlaqədar bir çox tədbirlər keçiriləcək.

Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov 2018-ci ilin Prezident İlham Əliyev tərəfindən ölkəmizdəAzərbaycan Xalq Cümhuriyyəti İlielan olunmasını çox böyük tarixi əhəmiyyətə malik bir qərar adlandırıb. Millət vəkili bildirib ki, Azərbaycan xalqı haqlı olaraq öz tarixi ilə fəxr edir: “Həmin dövrdə cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti çox tarixi bir missiyanı yerinə yetirdi, o dövrdə hətta bir sıra Qərb dövlətlərindən əvvəl demokratik islahatlar həyata keçirdi. Azərbaycan Xalq Cümhuriyyəti qadınlara seçib-seçilmək hüququ verərək bu məsələdə bir çox dövlətlərə öncüllük etdi”.

2018-ci il ərzindəAzərbaycan Xalq Cümhuriyyəti İliçərçivəsində mühüm tədbirlərin keçiriləcəyini deyən millət vəkili A.Hüseynov bildirib ki, bu tədbirlər Azərbaycanın dövlətçilik tarixinin, xalqımızın ənənələrinin öyrənilməsi təbliğ olunmasına, o cümlədən gənc nəslin dövlətçilik şüurunun möhkəmlənməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunması işinə töhfə verəcək.

Aydın Hüseynov onu da deyib ki, Ulu öndər Heydər Əliyev Xalq Cümhuriyyətinin fəaliyyətini daim yüksək qiymətləndirərək bəyan edib ki, müasir müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. “Xatırlatmaq istərdim ki, Cümhuriyyətin 80 illiyinin dövlət tərəfindən yüksək səviyyədə qeyd olunması ilə bağlı Ümummilli liderin sərəncamları çox mühüm tarixi əhəmiyyətə malik idi. Hazırda isə Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətinə, fəaliyyətinə çox yüksək qiymət verir. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini Azərbaycan dövləti xalqı yüksək qiymətləndirir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin demokratik ənənələrinə sadiq olduğunu bu ənənələri uğurla yaşatdığını, demokratik inkişaf yolunda əmin addımlarla irəlilədiyini sübut edib”, - deyə Aydın Hüseynov qeyd edib.

Milli Məclisin üzvü Sevinc Hüseynova da bildirib ki, 2018-ci ilinAzərbaycan Xalq Cümhuriyyəti İlielan edilməsi olduqca mühüm bir tarixi hadisədir. Millət vəkili qeyd edib ki, bu Sərəncamın imzalanması Xalq Cümhuriyyətinin 100 illiyinin təntənəli şəkildə keçirilməsi Azərbaycan dövlətinin tarixinə bağlılığını bu tarixə yüksək dəyər verdiyini ortaya qoyur. Onun sözlərinə görə, Ulu öndər Heydər Əliyev hər zaman müasir Azərbaycan dövlətini Xalq Cümhuriyyətinin varisi sayıb bu mənada imzalanan Sərəncam həm tariximizə sahib çıxılmasıdır: “Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika olub. Bu mənada AXC-nin keçdiyi dövlətçilik yolu olduqca maraqlıdır bu yolun araşdırılmağa ehtiyacı var. Şanlı Cümhuriyyət tarixi hər birimizin fəxarətidir. 1991-ci ildə dövlət müstəqilliyimiz bərpa edildikdə, xüsusilə 1993-cü il 15 iyundan - Ulu öndər Heydər Əliyev hakimiyyə qayıdandan sonra Azərbaycan həmin dövrün tarixini dərindən öyrənməyə, o dövrdə atılan demokratik addımların müasir dövrdə davam etdirilməsinə başladı Azərbaycançılığın əbədi yaşaması üçün müstəqil dövlətin möhkəmlənməsini əsas götürdü”.

Pərviz SADAYOĞLU

Yeni Azərbaycan.- 2018.- 16 yanvar.- S.6.