Nərimanov rayonunda İkinci
Dünya müharibəsinin
iştirakçısı İvan
Timçenko 100 illik yubileyi münasibəti ilə ziyarət olunub
Nərimanov rayon
İcra Hakimiyyəti və Yeni Azərbaycan
Partiyası (YAP) Nərimanov
rayon təşkilatının
birgə təşkilatçılığı
ilə İkinci Dünya müharibəsinin
iştirakçısı, Krımın azad edilməsində xüsusi
xidmətləri olmuş
təyyarəçi-podpolkovnik İvan İvanoviç Timçenko 100 illik yubileyi münasibəti ilə ziyarət olunub. Nərimanov rayon İcra Hakimiyyəti başçısının
müavini İradə
Mahmudova, YAP Nərimanov
rayon təşkilatının
sədri Təmraz Tağıyev, Respublika Veteranlar Təşkilatının
sədr müavini, polkovnik Cəlil Xəlilov yubilyarı yaşadığı evdə
ziyarət edərək
təbriklərini çatdırıblar.
Nərimanov rayon İcra
Hakimiyyəti başçısının
müavini İradə
Mahmudova, YAP Nərimanov
rayon təşkilatının
sədri Təmraz Tağıyev yubilyarı təbrik edərək qeyd ediblər ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Böyük Vətən müharibəsi iştirakçılarına
daim qayğı
ilə yanaşır,
onların sosial məsələlərinin və
problemlərinin həllini
diqqət mərkəzində
saxlayır. Veteranların
sosial təminatı yüksək səviyyədə
həll olunur, onların yubileyləri qeyd edilir. Bunu
əsas tutaraq Nərimanov rayonunda ənənəvi olaraq müharibə, əmək
və silahlı qüvvələr veteranları
hər zaman diqqət mərkəzində
saxlanılır.
Ziyarət zamanı
İvan İvanoviç
Timçenkonun xidmətləri
vurğulanıb və
ona göstərdiyi şücaətlərə görə
rayon rəhbərliyi öz təşəkkürünü
bildirib. Daha sonra İradə Mahmudova Nərimanov rayon İcra Hakimiyyətinin başçısı
Abdin Fərzəliyevin
adından olan hədiyyəni yubilyara təqdim edib.
İ.İ.Timçenkonun oğlu Aleksandr
İvanoviç göstərilən
bu diqqətə görə Nərimanov rayon İcra Hakimiyyətinin və YAP Nərimanov rayon təşkilatının rəhbərliyinə
minnətdarlığını bildirib. Ümummilli liderimiz Heydər Əliyevin veteranlara göstərdiyi xüsusi diqqət və qayğıdan danışan
A.Timçenko bu gün Azərbaycan Prezidenti İlham Əliyevin veteranlara göstərdiyi qayğını yüksək
dəyərləndirib.
Sonda yubilyar
və onun ailəsi ilə xatirə şəkli çəkilib.
Yeni Azərbaycan.-
2018.- 17 yanvar.- S.5.