Azərbaycanlı sənətçilər dünyanın ən nüfuzlu səhnələrində
çıxış etməyə
hazırlaşırlar
“Məhəbbət əfsanəsi”
baleti isə Başqırdıstanda və
Sankt-Peterburqda nümayiş
etdiriləcək
Azərbaycanın mədəniyyət və
incəsənət nümayəndələri
ölkə xaricində
tamaşaçıların qarşısına çıxmağı
planlaşdırırlar. Verilən
məlumata görə,
həmyerlilərimiz dünyanın
bir sıra nüfuzlu mədəniyyət
ocaqlarında çıxış
edəcək, müsabiqələrə
qatılaraq ölkəmizi
təmsil edəcəklər.
Qeyd edək ki, ölkəmizdən kənarda gənc ifaçıların çıxışları
ilə yanaşı, şah əsərlərimizin
nüfuzlu səhnələrdə
nümayişi də gözlənilir.
Həmyerlimiz Sankt-Peterburq səhnəsində
çıxış edəcək
Beləliklə, yanvarın 31-də Sankt-Peterburq
Dövlət Akademik Mariya Teatrının
“Mariya-2” səhnəsində balet axşamı keçiriləcək. Qurumun
mariinsky.ru saytının verdiyi
məlumata görə,
gecədə təqdim
ediləcək Karen Le Frakın “Pavlovsk” adlı birpərdəli baletinin ifaçıları sırasında
həmvətənimiz Fuad
Məmmədov da yer alıb.
Bundan başqa,
sənətçinin fevralın
13-də nümayiş olunacaq
“Bağçasaray fontanı”
baletində də rol alacağı gözlənilir. Həmin baletdə Fuad gənc knyaz Vatslav obrazını canlandıracaq. Tearın
235-ci mövsümündə nümayiş olunacaq səhnə əsərinin
müəllifi Boris Asafyevdir.
Məlumat üçün
bildirək ki, F.Məmmədov Bakı Xoreoqrafiya Məktəbini
(indiki Bakı Xoreoqrafiya Akademiyası) bitirib. Taras Şevçenko adına Ukrayna Milli Operasının
artisti olub. 2013-cü ildən Mariya Teatrında çalışır.
Yeri gəlmişkən, görkəmli bəstəkar,
Azərbaycanın və
keçmiş SSRİ-nin
Xalq artisti Arif Məlikovun 26 yaşında ikən yazdığı “Məhəbbət
əfsanəsi” baletinin
istər ölkə daxilində, istərsə
də xaricdə böyük coşqu ilə qarşılandığı
məlumdur. Onu da qeyd edək ki, bu günə
kimi dünyanın
60-dan çox ölkəsinin
səhnəsində tamaşaçılara
təqdim olunan “Məhəbbət əfsanəsi”
baleti fevralın 14-də
Rusiya Federasiyası Başqırdıstan Dövlət
Opera və Balet Teatrında nümayiş etdiriləcək.
Səhnə əsərinin
quruluşçu dirijoru
Başqırdıstanın Əməkdar incəsənət
xadimi German Kimdir.
Məlumat üçün bildirək ki, “Məhəbbət əfsanəsi”
baletinin dünya premyerası 1961-ci il martın 23-də Leninqrad Opera və Balet
Teatrında (indiki Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrı) reallaşıb.
Şah əsər daha sonra 15-16 fevral tarixlərində Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında səhnələşdiriləcək.
Gənc
vokalist Emil Qədirov Tümen Filarmoniyasında və “Vegas City Hall” zalında
solo konsert verəcək
Moskvada yaşayan
həmvətənimiz, Rusiya
Televiziyasının Birinci
kanalının “Qolos”
layihəsinin dördüncü
mövsümünün iştirakçısı
gənc vokalçı
və gitaraçı
Emil Qədirov (bariton)
fevralın 27-də Tümen
Filarmoniyasında solo konsert
proqramı ilə çıxış edəcək. Konsert dünya
şöhrətli müğənni
və bəstəkar Müslüm Maqomayevin xatirəsinə həsr olunacaq.
Emil həmçinin martın 2-də
şəhərin “Vegas City Hall” konsert zalında “Qəlbimin səsi” adı solo proqramla çıxış etməyə
hazırlaşır. Sənətçini Rusiyanın Əməkdar artisti Andrey Kapralovun dirijorluğu ilə Rusiya Federal Təhlükəsizlik Xidmətinin
mərkəzi sərhəd
orkestri müşayiət
edəcək. Verilən məlumata
görə, soydaşımız
konsertin birinci hissəsində Müslüm
Maqomayevin, Andrea Boçellinin
repertuarından əsərlər
ifa edəcək, opera
ulduzları ilə duetlər oxuyacaq. İkinci hissədə isə E.Qədirov müəllif mahnılarını və
“FlameBand” qrupunun müşayiəti ilə
Latın Amerikası kompozisiyalarını
səsləndirəcək.
Kreml Sarayında, İttifaqlar Evinin sütunlu salonunda, Moskva Musiqi Evində, Mərkəzi Alimlər Evində, Xilaskar İsa Məbədində solo konsert
proqramları ilə çıxış edən
E.Qədirov hazırda
“Qradski Holl” teatrının solistidir. Həmvətənimizin repertuarına
dünya klassik operalarından ariyalar, müxtəlif ölkələrin
bəstəkarlarının romansları və estrada mahnıları
daxildir.
Əməkdar artist Yusif Eyvazov
Kral Opera Teatrının
səhnəsində çıxış
edəcək
“Dünyanın ən
yaxşı tenorları”
kitabına adını
yazdıran Azərbaycanın
Əməkdar artisti Yusif Eyvazov (tenor) da növbəti uğura imza atmağa hazırlaşır. Belə ki, London Kral
Opera Teatrında nümayiş
olunacaq C.Verdinin “Maqbet” operasında həmyerlimiz də rol alacaq. Sənətçi martın 25-dən aprelin 10-dək
operada Makdufun partiyasını ifa edəcək.
Karyerasına İtaliyanın teatr və konsert zallarında başlamış
Y.Eyvazov 2008-ci ildə
Milanda Opera Müğənniləri
Beynəlxalq Müsabiqəsinin
Qran-Pri mükafatına
layiq görülüb. O, 2012-ci ildə
Bakıda Vokalçıların
Bülbül adına VI Beynəlxalq
müsabiqəsinin qalibi
olub. Qeyd etdiyimiz kimi,
Y.Eyvazovun adı “Dünyanın ən yaxşı tenorları” kitabına daxil edilib.
Azərbaycanı “Riga Jazz Stage 2018” müsabiqəsində
Nərmin Məmmədli
təmsil edəcək
Bu yaz mövsümünün
ən parlaq caz tədbiri sayılan “Riga Jazz Stage 2018” müsabiqəsində
Azərbaycanı gənc
ifaçı Nərmin
Məmmədli təmsil
edəcək. 2004-cü ildən fəaliyyət göstərən dünyaca
məşhur müsabiqədə
bu günə qədər 31 ölkədən
200-dən çox gənc
ifaçı iştirak
edib. Müsabiqənin növbəti mövsümü
isə aprelin 5-7-də
Riqanın “Splendid Palace” kinoteatrında
baş tutacaq.
Xatırladaq ki, dünyanın 22 ölkəsindən 65 musiqiçinin
iştirak edəcəyi
bu müsabiqə gənc caz istedadları
üçün nüfuz
qazanmaq və özünü beynəlxalq
səviyyədə nümayiş
etdirmək üçün
səmərəli fürsətdir.
Müsabiqə “Caz vokalı” və “Caz bası” adlı iki kateqoriyada
təşkil olunacaq. Beynəlxalq münsiflər
heyəti Litva, Estoniya, Türkiyə, Böyük Britaniya, Finlandiya, Almaniya, İtaliya, ABŞ, Çin,
Braziliya və digər ölkələrin
peşəkar musiqiçilərindən
ibarət olacaq.
Məlumat üçün
bildirək ki, Nərmin Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin tələbəsidir.
O, həmçinin 2016-cı və 2017-ci illərdə
keçirilən Bakı
Caz Festivalının iştirakçısıdır.
Rusiya teatrında
azərbaycanlı musiqiçilərin
iştirakı ilə
“İolanta” operası
oynanılacaq
Aprelin 28-29-da Rusiya Dövlət Akademik Böyük Teatrında P.Çaykovskinin
“İolanta” operası
təqdim olunacaq.
Aprelin 29-da səhnə
əsərində İolantanı
Azərbaycanın Əməkdar
artisti Dinara Əliyeva (soprano), Mavritaniya həkimi İbn Hakia obrazını isə Əməkdar artist Elçin Əzizov canlandıracaq. Elçin Əzizov həmçinin aprelin 28-də İbn Hakianın partiyasını
ifa edəcək.
Məlumat üçün
bildirək ki, Dinara Əliyeva 2009-cu ildən Rusiya Böyük Teatrının
solistidir. O, dünyanın
məşhur opera teatrı səhnələrində
və konsert zallarında çıxış
edib. İfaçının
2010-cu ildə Bakıda
məşhur tenor Plasido Dominqo ilə birgə konserti olub. Onun C.Verdinin anadan olmasının 200 illiyi münasibətilə
Fransanın Kolmar və Çexiyanın Praqa şəhərlərində
“Qala Verdi” adlı solo konsertləri böyük uğurla keçib.
2008-ci ildən
Böyük Teatrın
solisti olan Elçin Əzizov isə P.Çaykovskinin “İolanta” və “Qaratoxmaq qadın”, S.Prokofyevin “Üç portağal sevgisi”, N.A.Rimski-Korsakovun “Çar
gəlini”, J.Bizenin “Karmen”, M.Musorqskinin “Boris Qodunov”, C.Verdinin “Traviata”, “Don Karlos”, A.Borodinin
“Knyaz İqor” operalarında yaddaqalan obrazlar yaradıb.
Müşfiqə BAYRAMLI
Yeni Azərbaycan.-
2018.- 27 yanvar.- S.7.