Müasir cəmiyyətdə sağlam ailənin qorunmasımövzusunda tədbirdə ailə dəyərlərinin əhəmiyyətindən danışılıb

 

Aprelin 4-də Nəsimi Rayon İcra HakimiyyətindəModern İnkişaf Ailəİctimai Birliyinin təşkilatçılığı iləMüasir cəmiyyətdə sağlam ailənin qorunmasımövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, Ulu Öndər Heydər Əliyevin siyasətinin əsasını milli-mənəvi dəyərlərin qorunması təşkil edirdi. Ümummilli Liderin əsasını qoyduğu bu ənənə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müasir müstəqil Azərbaycanda həyata keçirilən dövlət ailə siyasəti milli-mənəvi dəyərlərdən qaynaqlanır bilavasitə onun təcəssümüdür. Bu da ölkəmizdə ailəyə verilən qiymətin bariz ifadəsidir.

Modern İnkişaf Ailəİctimai Birliyinin sədri Zərifə Quliyeva çıxışında milli-mənəvi dəyərlərin qorunmasının cəmiyyətimizin ən mühüm vəzifəsi olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan Respublikasında sosial sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən birini məhz ailə siyasəti təşkil edir. Bu gerçəkliyi daim nəzərə alan Ulu Öndər Heydər Əliyev ölkəmizdə ailə siyasətinin formalaşdırılması məsələlərinə böyük diqqət yetirib, həmin sahədə mövcud olan problemlərin həlli istiqamətində ardıcıl məqsədyönlü fəaliyyət göstərib. Tarixə nəzər salsaq görərik ki, xalqımızın yaşaması, öz mənliyini, qürurunu qoruması üçün ailə dəyərləri, milli dəyərlər əvəzolunmaz rol oynayıb. Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksəklərdə olmalıdır. Bu gün dövlətimiz gənclərə böyük imkanlar yaradıb. Onlar bu imkanlardan istifadə edib mənəvi dəyərlərimizin qorunması işini gücləndirməlidirlər.

Zərifə Quliyeva vurğulayıb ki, bu gün Prezident İlham Əliyev, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva milli-mənəvi dəyərlərimizin qorunması, təbliği istiqamətində mühüm işlər görürlər. Heydər Əliyev Fondu bununla bağlı mühüm layihələr həyata keçirib.

Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, ailə dəyərlərimizin qorunması üçün hüquqi bazamız mövcuddur. O, gənclər arasında milli-mənəvi ailə dəyərlərimizin qorunması ilə bağlı təbliğat işinin daha da gücləndirilməsinin önəmini qeyd edib. Əlavə edib ki, Dövlət Komitəsi Azərbaycanın müxtəlif bölgələrində bu mövzuda tədbirlər keçirir.

Milli Məclisin Ailə, qadın uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı vurğulayıb ki, Azərbaycanda ailə dəyərləri mühüm yer tutur. O, Azərbaycan ailəsinin, hər şeydən əvvəl, milli adət-ənənələrimizi özündə yaşatmasının əhəmiyyətini qeyd edib. Vurğulayıb ki, ölkəmizdə ailə dəyərlərinin möhkəm olması özünü Aprel döyüşlərində göstərdi. Vətən uğrunda şəhid qazi olan Azərbaycan oğulları analarımızın yetişdirdikləri qəhrəman övladlardır.

Milli Məclisin deputatı Elmira Axundova bildirib ki, milli-mənəvi dəyərlərimiz təbliğat yolu ilə gənclərimizə aşılanmalıdır bu prosesdə kütləvi informasiya vasitələrinin üzərinə böyük vəzifə düşür. KİV-lər nümunəvi Azərbaycan ailələrindən yazılar yazmalı, reportajlar yaymalıdırlar. Bu, gənclərimizin milli ruhda tərbiyəsinə təsir edər. Ailələrlə, analarla bağlı məxsusi günlər təyin olunmalıdır. Bu cəmiyyətdə ailə dəyərlərinin önəmli yerə malik olduğunu təsdiqləyər.

Mövzu ilə bağlı çıxış edən QHT nümayəndələri, fəal qadınlar dövlət ailə siyasətinin həyata keçirilməsi istiqamətində milli-mənəvi dəyərlərə söykənən ailə institutunun qorunub saxlanılması möhkəmləndirilməsi üçün görülən kompleks tədbirlərin əhəmiyyətindən danışıblar.

Yeni Azərbaycan.- 2019.- 5 aprel.- S.5.