Bakıda Azərbaycan-Rusiya Sənaye
Əməkdaşlığı Forumu keçirilib
Aprelin 4-də Bakıda aidiyyəti dövlət qurumlarının
nümayəndələrinin və sahibkarların iştirakı ilə Azərbaycan-Rusiya Sənaye
Əməkdaşlığı Forumu keçirilib.
AZƏRTAC xəbər
verir ki, forumda çıxış
edən iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan və Rusiya prezidentlərinin siyasi iradəsi və birgə səylərinin ölkələrimiz arasında
iqtisadi əməkdaşlığın
genişlənməsi üçün
möhkəm zəmin
yaratdığını, bütün
sahələrdə yüksələn xətt üzrə inkişaf edən Azərbaycan və Rusiya arasında əlaqələrin
strateji səviyyədə
olduğunu deyib. Qeyd edib ki,
təkcə ötən
il ərzində Azərbaycan və Rusiya prezidentləri 6 dəfə görüşüb.
Prezident İlham Əliyev Rusiyaya 3 səfər edib, Rusiya Prezidenti Vladimir Putin IX Azərbaycan-Rusiya Regionlararası
Forumunda iştirak edib. Bu görüşlərdə
iqtisadiyyatın müxtəlif
sahələrində əməkdaşlığın
genişləndirilməsi, layihələrin
və təşəbbüslərin
həyata keçirilməsi
müzakirə edilib, bir sıra mühüm
sənədlər imzalanıb.
Dövlət rəsmilərinin
və iş adamlarının çoxsaylı
səfərləri də
qarşılıqlı əməkdaşlığa
verilən böyük
önəmin göstəricisidir.
Azərbaycan Respublikası
ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq
məsələləri üzrə
Hökumətlərarası Dövlət Komissiyası
ikitərəfli əməkdaşlığın
inkişafında önəmli
rol oynayır.
Nazir diqqətə çatdırıb
ki, dövlət başçılarının ötən
il Soçidə keçirilmiş görüşü
zamanı Azərbaycan
Respublikası İqtisadiyyat
Nazirliyi və Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyi arasında sənaye sahəsində əməkdaşlığın
inkişafı barədə
saziş imzalanıb.
Ş.Mustafayev bu gün (dünən - red.) keçirilən Azərbaycan-Rusiya Sənaye
Əməkdaşlığı Forumunun iqtisadi-ticarət əlaqələrinin inkişafı
baxımından önəmini
qeyd edib.
Vurğulayıb ki, Azərbaycan-Rusiya əməkdaşlığının vacib istiqamətlərindən
biri ticarət əlaqələridir. Rusiya
Azərbaycanın əsas
ticarət tərəfdaşlarındandır
və qeyri-neft məhsullarının ixracına
görə birinci yeri tutur. Təkcə
2018-ci ildə Rusiya ilə ticarət dövriyyəsi əvvəlki
illə müqayisədə
20 faiz artaraq 2,5 milyard dollardan çox olub. Artım tendensiyası bu il də
davam edib. Hazırda qarşılıqlı
ticarət əlaqələrinin
daha da artırılması
və şaxələndirilməsi
üçün tədbirlər
görülür: “Rusiyada Azərbaycanın ticarət nümayəndəliyi
fəaliyyət göstərir,
ticarət evləri mexanizmi tətbiq olunur. İşgüzar əlaqələrin genişləndirilməsində
Azərbaycan-Rusiya və
Rusiya-Azərbaycan işgüzar
şuralarının səmərəli
fəaliyyəti mühüm
rol oynayır”.
İqtisadiyyat naziri əlaqələrin inkişafında Bakıda
açılmış Rusiya
İxrac Mərkəzinin
nümayəndəliyinin fəaliyyətini,
bu ilin martında
“Qazprombank”ın Azərbaycana
investisiya imkanlarına
dair biznes seminar keçirildiyini bildirib.
İnvestisiya qoyuluşu sahəsində
ölkələrimizin uğurlu
əməkdaşlıq etdiyini
qeyd edən nazir hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, xidmət, bank, sığorta, İKT, nəqliyyat,
kənd təsərrüfatı
və sair sahələrdə 700-dək Rusiya
kapitalı müəssisənin
fəaliyyət göstərdiyini
diqqətə çatdırıb.
İndiyədək Rusiya
tərəfi Azərbaycan
iqtisadiyyatına 4,4 milyard
dollar investisiya qoyub. Azərbaycanın Rusiyaya yatırdığı
investisiyaların həcmi
1,2 milyard dollardan çoxdur: “Ölkəmiz
Rusiya ilə sənaye sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə
böyük önəm
verir. “SOCAR Polymer”
layihəsi, Pirallahı
Sənaye Parkında əczaçılıq müəssisəsinin
yaradılması, Gəncə
Avtomobil Zavodunun Rusiyanın “Kamaz” və “Ural” zavodları ilə əməkdaşlığı, “Azərmaş” və “QAZ” şirkətləri arasında
birgə layihələrin
reallaşdırılması qarşılıqlı investisiya
qoyuluşu sahəsində
önəmli layihələrdən sayılır.
Rusiyanın sənaye və
ticarət naziri Denis Manturov Azərbaycan və ölkəsinin strateji tərəfdaşlar olduğunu,
iki ölkə prezidentlərinin ölkələrimiz
arasında əməkdaşlığın
daha da genişləndirilməsinə
böyük önəm
verdiklərini, yüksək
səviyyəli intensiv
qarşılıqlı səfərlərin bunun bariz nümunəsi olduğunu vurğulayıb.
D.Manturov Rusiya
tərəfdən 60-dan çox
şirkətin iştirakı
ilə keçirilən
sənaye əməkdaşlığı
forumunun, aparılan müzakirələrin iqtisadi
sferada qarşılıqlı
faydalı birgə fəaliyyət baxımından
əhəmiyyətini diqqətə
çatdırıb.
Rusiyalı nazir
ötən ilin ölkələrimiz arasında
iqtisadi əlaqələrin
inkişafı baxımından
uğurlu olduğunu və Rusiya-Azərbaycan tərəfdaşlığının daha da güclənəcəyinə
əminliyini bildirib. D.Manturov bir sıra sahələrdə,
o cümlədən ticarət
və investisiya sahəsində müsbət
dinamikanın olduğunu
qeyd edərək, bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
Qeyd edib ki, ölkələrimiz arasında neft-qaz maşınqayırması, İKT, kənd təsərrüfatı,
nəqliyyat və sair sahələrdə əməkdaşlığın inkişafı üçün
böyük potensial var.
Azərbaycan-Rusiya İşguzar Şurasının
sədri Səməd Qurbanov Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının
uğurla inkişaf etdiyini vurğulayıb və Azərbaycan-Rusiya İşgüzar Şurasının
bu istiqamətdə fəaliyyəti barədə
məlumat verib. Qeyd edib ki,
Azərbaycan və Rusiya arasında iqtisadi və investisiya qoyuluşu sahəsində əlaqələrin,
iş adamları arasında əməkdaşlığın
daha da genişləndirilməsi
məqsədilə Rusiya-Azərbaycan
İşgüzar Şurası
ilə yaxından əməkdaşlıq edilir.
S.Qurbanov diqqətə çatdırıb
ki, Azərbaycan-Rusiya İşguzar Şurasının
əsas prioritetlərindən
biri Rusiya şirkətləri ilə
Azərbaycanda birgə
müəssisələrin yaradılması
və istehsal olunacaq məhsulların yerli bazarda satışının
və üçüncü
ölkələrə ixracının
təşkilidir və
bu istiqamətdə tədbirlər həyata keçirilir.
Rusiya İxrac
Mərkəzinin direktoru
Andrey Slepnev iş adamları arasında əlaqələrin
genişləndirilməsinin, bu istiqamətdə yüksək texnologiyaların
tətbiqinin önəmini
diqqətə çatdırıb.
Qeyd edib ki, Rusiya iş
adamları azərbaycanlı
tərəfdaşlarla əməkdaşlığın
inkişafında maraqlıdır.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi
Fondunun (AZPROMO) rəhbəri
vəzifəsini icra edən Yusif Abdullayev Azərbaycanın
biznes və investisiya imkanları barədə məlumat verib.
Forum çərçivəsində
Sumqayıt Texnologiyalar
Parkı ilə “Rostselmaş” kombayn zavodu arasında əməkdaşlıq və
münasibətlərin təşkili
sazişi, Sumqayıt Texnologiyalar Parkı və “Transmaşholdinq” arasında əməkdaşlıq
haqqında memorandum, “AzOkso” ilə “ServiceInvest” arasında hasarlama sistemlərinin qurulmasına dair memorandum imzalanıb.
Forum öz
işini “Rəqəmsal
texnologiyalar”, “Neft maşınqayırması” və
“Kənd təsərrüfatı
maşınqayırması” mövzularında sessiyalarla
davam etdirib.
Həmin gün
iqtisadiyyat naziri Ş.Mustafayev Rusiyanın sənaye və ticarət naziri D.Manturovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə
ölkələrimizin sənaye
potensialı, bu sahədə fəaliyyət
göstərən müəssisələr
arasında əməkdaşlıq
və birgə layihələrin həyata
keçirilməsi məsələləri
müzakirə olunub.
Ş.Mustafayev Azərbaycanda uğurla həyata keçirilən
sənayeləşmə siyasəti,
ölkəmizin sənaye
potensialı, yaradılmış
sənaye parkları və məhəllələri,
birgə layihələr
və əməkdaşlığın
genişləndirilməsi imkanları
barədə məlumat
verib.
D.Manturov ölkəsinin
Azərbaycanla əlaqələrin
genişləndirilməsində maraqlı olduğunu qeyd edib, Rusiya-Azərbaycan
iqtisadi əməkdaşlığının
inkişafı perspektivləri
barədə fikirlərini
bölüşüb.
Görüşdə maşınqayırma, nəqliyyat, kənd təsərrüfatı texnikası
istehsalı, gəmiqayırma,
kimya sənayesi və əczaçılıq,
aqrar məhsul istehsalı və digər sahələrdə
əməkdaşlığın daha da genişləndirilməsi,
müxtəlif sahələrdə
birgə müəssisələrin
təşkili, Azərbaycan sənaye məhsullarının ixracının
artırılması, nəqliyyat
sahəsində əməkdaşlığın
gücləndirilməsi və
sair məsələlər
müzakirə edilib.
Görüşdə qarşılıqlı maraq
doğuran digər məsələlərə dair
fikir mübadiləsi də aparılıb.
Yeni Azərbaycan.-
2019.- 5 aprel.- S.4.