Xarici İşlər Nazirliyinin əməkdaşları Cocuq Mərcanlıda

 

Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin mənafeyinə uyğun nizama salınması Azərbaycanın xarici siyasətində prioritet istiqamətdir

Aprelin 4-də Xarici İşlər Nazirliyinin rəhbər heyəti Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib. Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyinin qeyd olunduğu cari ildə həyata keçirilən səfərin əsas məqsədi 2016-cı ilin Aprel döyüşlərinin ildönümündə düşmən işğalından azad edilmiş ərazilərimizə baş çəkmək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgər zabit heyəti ilə görüşmək, eləcə Cocuq Mərcanlı kəndində aparılmış abadlıq işləri təmin edilmiş təhlükəsizliklə yaxından tanış olmaqdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nazir müavinləri Ramiz Həsənov Nadir Hüseynovun rəhbərliyi altında xüsusi tapşırıqlar üzrə səfirlərdən struktur bölmə rəhbərlərindən ibarət nümayəndə heyəti əvvəlcə Horadiz şəhərindəAprel şəhidlərinə xatirəabidəsini ziyarət edərək, önünə əklil tər çiçəklər qoyub, respublikamızın ərazi bütövlüyü uğrunda həlak olan Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər. Sonra Cocuq Mərcanlıya gedən yolun kənarına Aprel zəfərinin ildönümü ilə əlaqədar şəhidlərimizin xatirəsinə ağac əkilib.

Cocuq Mərcanlıya gələn nümayəndə heyəti klub icma mərkəzində Cəbrayıl Rayon İcra Hakimiyyətinin rəhbərliyi kənd sakinləri ilə görüşüb. Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Cocuq Mərcanlı kəndi haqqında məlumat verib. Bildirib ki, Cəbrayıl rayonunun digər yaşayış məntəqələri kimi Cocuq Mərcanlı kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərək yandırılıb, dağıdılıb. Azərbaycan Ordusunun 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı kənd erməni işğalından azad olunub. 2016-cı ilin Aprel döyüşlərinə qədər Lələtəpə strateji yüksəkliyi Ermənistan ordusunun işğalı altında olduğundan Cocuq Mərcanlı kəndində yaşayış qeyri-mümkün idi. Azərbaycan Silahlı Qüvvələrinin 2016-cı ilin aprel ayında erməni təxribatına cavab olaraq keçirdiyi əks hücum əməliyyatı nəticəsində yüksəkliyi azad etməsindən sonra kənddə təhlükəsiz yaşamaq mümkün olub.

İşğalçı Ermənistan ordusu tərəfindən tamamilə dağıdılan Cocuq Mərcanlıda Prezident İlham Əliyevin sərəncamları ilə 150 fərdi yaşayış evinin, məktəb binasının, uşaq bağçasının, tibb məntəqəsi, poçt klub-icma mərkəzi üçün binaların, Şuşa məscidinin bənzərinin digər zəruri infrastruktur obyektlərinin tikintisi həyata keçirilib, “Qayıdışparkı salınıb. Cocuq Mərcanlı sakinləri 24 illik köçkünlük həyatından sonra öz doğma yurdlarına dönüblər. Kənddə sakinlərin məşğulluğu kənd təsərrüfatı ilə məşğul olmaları üçün şərait yaradılıb. Azərbaycan Ordusunun Aprel döyüşlərindəki qələbəsi, Cocuq Mərcanlının yenidən qurulması kənd sakinlərinin yurda qayıdışı onu göstərir ki, biz öz torpaqlarımızı işğal altında qalmasına razı olmayacağıq azad ediləcək bütün yaşayış məntəqələrini Cocuq Mərcanlı kimi bərpa edəcəyik.

Xarici işlər nazirinin müavini Ramiz Həsənov bildirib ki, respublikamızın ən böyük problemi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir. Bu münaqişənin ölkəmizin mənafeyinə uyğun nizama salınması Azərbaycanın xarici siyasətində prioritet istiqamətdir.

Diqqətə çatdırılıb ki, ölkəmizin Silahlı Qüvvələrinin ön cəbhədə nümayiş etdirdiyi qəhrəmanlıq şücaət Azərbaycan əsgərinin Vətənə bağlılığını, qətiyyətini göstərir. Bu, hər bir azərbaycanlını sevindirir. Azərbaycanlı deputatlar da öz növbəsində, ölkəmizin maraqlarının beynəlxalq müstəvidə layiqincə qorunması istiqamətində davamlı addımlar atırlar.

Daha sonra Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin müəllim şagirdləri ilə görüş keçirilib. Qonaqlar Cocuq Mərcanlıda salınanQayıdışparkında Şuşa məscidinin bənzəri olan məscidə olub, burada şəhidlərin ruhuna dua oxuyublar.

Nümayəndə heyəti ön xətdə xidmət edən əsgər zabitlərin xidmət məişət şəraiti ilə tanış olub, işğal altındakı Azərbaycan ərazilərini müşahidə ediblər. Sonra N saylı hərbi hissədə əsgərlərlə birgə nahar olub.

 

Yeni Azərbaycan.- 2019.- 5 aprel.- S.6.