Bacarıqlı pedaqoq, fəal vətəndaş, yorulmaz
tədqiqatçı: Professor
Nizami Xudiyev
Bəzən elmdə, ictimai-publisistik mühitdə ciddi imzası olan, habelə cəmiyyətdə
özünəməxsus yolu,
mövqeyi ilə seçilən, şəxsən
tanıdığımız və tanımadığımız
adamlar haqqında söz demək ehtiyacı duyursan; lakin hansı səbəblərdənsə bu
cür yazılar ya gecikir, ya
da vaxtında yazılmadığından daim
səninçün narahatçılıq
yaradır. Bu cür yazıları yazmaqda bəzən gecikirik, bəzən də hansısa bir münasibət (məsələn, yubiley) gözləyirik.
Professor Nizami Xudiyevin
bütün fəaliyyəti
boyu yazdıqları (həm elmi, həm də ictimai publisistik) əslində onun yaşadığı şərəfli
ömrün yalnız
kiçik bir hissəsidir və biz də burada
həyatda və fəaliyyətində son dərəcə səmimi
olan ziyalımızın,
alimimizin əsərləri
üzərində, demək
olar ki, dayanmadıq. İndiyədək
onun 60-dək irili-xırdalı
əsəri, 300-dək məqaləsi
olduğunu bilirik. Bizə yalnız onu demək qalır ki, Nizami müəllimin yaradıcılığı çağdaş
və gələcək
oxucular üçün
dəyərli bir mənbədir. Yaxşı haldır ki,
bu elmi-mənəvi sərvətin sahibi bizim, demək olar ki, hər
həftə qarşılaşdığımız,
iş yerində və tədbirlərdə
rastlaşdığımız, özünə və yaradıcılığına dərin
hörmət bəslədiyimiz
həmkarımızdır. Onun elmi-pedaqoji fəaliyyəti kimi xarakteri də safdır, təmizdir.
Nizami müəllim
hər şeydən öncə müəllimdir,
bu, onun bioqrafiyasının ümdə
prioritetidir. Bu sahə ona son
dərəcə doğma
olduğu kimi, həm də təbiətinə uyğun
gələn bir sahədir. N.Xudiyev həm də ziyalı vətəndaşdır.
Şübhəsiz, onun elmi-pedaqoji
fəaliyyətinin çoxşaxəli
istiqamətlərinin siyahısını
uzatmaq, bu yaradıcılıq istiqamətlərinin
hər birinin ayrıntıları üzərində
geniş dayanmaq, araşdırmalarının məzmununa
nəzər yetirmək
də məqsədəuyğun
olardı. Belə ki, professor Nizami
Xudiyevin özü ilə sözü, ziyalılığı
ilə kimliyi tam bir vəhdətdədir.
Onun pedaqoji elmi fəaliyyətini səciyyələndirən amillərdən
biri məhz budur; bəzi hallarda ziyalılarda bu vəhdətin qabarıq nəzərə
çarpmadığının az şahidi olmamışıq. O, həyatda
olduğu kimi, elmi fəaliyyətində,
publisistik və pedaqoji elmi yaradıcılığında
da eyni dərəcədə
səmimidir, təvazökardır.
Birincisi, Əməkdar
elm xadimi, filologiya elmləri doktoru, professor kimi yüksək elmi dərəcə və adı daşıyan müəllimimiz
layiqli ziyalıların
yetirməsidir. Bu zaman üç nəfəri xüsusi qeyd etməliyəm. Zəif, təmkinli səslə mühazirələr
deyən Abbasqulu Məhərrəmov qədim
türk dilinin xiridarlarından biri olaraq onun sevimli
müəllimi idi. Onun alim kimi püxtələşməsində
kafedra müdiri, professor, görkəmli dilçi-alim mərhum Əbdüləzəl Dəmirçizadəni
də unutmaq olmaz. İctimai-elmi fəaliyyətində o vaxtlar
fakültəmizin dekanı,
sonralar rektor işləmiş mərhum
akademik Afat Qurbanovun da böyük
əməyini minnətdarlıqla
yad etmək lazımdır.
İkincisi, geniş
yaradıcılıq diapazonuna
malik bu tədqiqatçı alim klassiklərimizdən tutmuş
müasirlərimizədək, filoloji problemləri əzm və ehtirasla gündəmdə
saxlayan, ictimai-elmi fəaliyyətində sıx
əməkdaşlıqdan yorulmayan
elm sahiblərindəndir.
Üçüncüsü, peşəkar təhsil
təşkilatçısı kimi onun fəaliyyəti
də Vətənə
ləyaqətlə xidmət
nümunəsidir və
elə ikinci cəhətlə bağlılıq
təşkil edən bir xüsusiyyət, müstəqillik dövründə
universitetimizdə geniş
vüsət almış
türkologiya istiqamətinə, milli ədəbi
dilin tədrisinə Nizami müəllimin verdiyi töhfədir. O, bu fənni tədris
etməklə bərabər,
həm də kurs üzrə proqram və dərs vəsaitlərinin
yazılmasında yaxından
iştirak edir.
Dördüncüsü, bir alim və insan kimi
Nizami müəllimi səciyyələndirən ən
ümdə cəhətlərdən
biri də onun öz həmkarlarının,
xüsusilə magistrant
və doktorantların
elmi, elmi-pedaqoji fəaliyyətinə biganəlikdən
uzaq olması, elmi rəhbər kimi elmi diskussiya
və müzakirələrə xeyirxahlığa söykənən meyilliliyidir.
Həm alim, həm də təhsil təşkilatçısı
kimi xeyirxahlığı
ilə seçilən
ziyalıdır.
Beşincisi, həm Milli
Məclisin deputatı,
həm universitet rektoru, həm Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü
kimi çalışdığı
bütün işlərdə
Ulu Öndər və Onun layiqli
davamçısı olaraq
Prezident İlham Əliyevin müstəqil dövlət quruculuğu ilə bağlı tarixi fəaliyyətlərini
daim təbliğ və təqdir etməsi sahəsində ictimai fəallığı
da xüsusi qeyd edilməlidir.
Həyat Nizami
Xudiyevi çox sınaqlara çəkib...
Amma o, bütün bunlara sinə gərib, ürəyində
kin, qəzəb gəzdirməyib, müəllim,
ziyalı, pedaqoq adlarını həmişə
uca tutub.
Onun uzunillik
elmi-pedaqoji fəaliyyətində
diqqəti çəkən
mühüm amillərdən
biri də müəllifin tədqiqatlarında
özünü göstərən
tarixi-xronoloji ardıcıllığa
bir pedaqoq kimi əməl etməsidir. Belə ki, kitabda müəllif ədəbi
dilin özünəməxsus
etnogenezisində özünü
göstərən, mahiyyəti,
məzmunu, məqsədi
təhlil etməklə
kifayətlənmir, eyni
zamanda onun varislik ənənələrinin
qorunub saxlanıldığını
ədəbiyyatın bu
dövrlərdə yaradıcı
surətdə necə
davam etdirildiyini elmi cəhətdən
sübut edir. Bütün bunlar Nizami Xudiyevin bir peşəkar dilçi-tədqiqatçı olmaqla, öz soy-kökünə bağlılığının,
ona ehtiramının nəticəsidir. Başqa
türksoylu xalqların
etnik tarixinə olan məhəbbət də məhz bundan qaynaqlanır. Çünki Nizami müəllim öz soy-kökünə, mənəvi
dəyərlərinə bağlı
və onu sevən bir mütəxəssis - vətəndaşdır.
Deyirlər, öz qədrini bilməyən başqasının qədrini
heç bilməz. Nizami müəllimin soy-kökündən
gələn səsləri,
bir tərəfdən
sözlərə, cümlələrə,
əsərlərə çevirərək
gənc nəslə çatdırmaq istəyi
öz millətinə
sevgi və etiramı ilə bağlıdırsa, digər
tərəfdən gənclərə
türksoylu xalqların bir kökdən olduğunu anlatmaq, onları birliyə səsləmək
məqsədindən qaynaqlandığını
göstərməkdir. Bu
mənada onun aşağıdakı iri
həcmli əsərlərini
xüsusi qeyd etmək istəyirəm:
* Azərbaycan antroponimlərinin təşəkkülü
və inkişafı.-
Bakı: Azərnəşr,
2005.- 160 s.
* Azərbaycan ədəbi dili tarixi: ali məktəblər
üçün dərslik.-
Bakı: Maarif,
1995.- 496 s.
* Azərbaycan ədəbi dili tarixi - Ankara, 1997 - 491
s.
* Azərbaycan ədəbi dilinin sovet dövrü
ali məktəblər
üçün dərs
vəsaiti.- Bakı: Maarif, 1989.- 400,
[3] s.
* Xalqın tarixi haqqı: dilimiz, varlığımız.- Bakı: Azərbaycan,
2003.- 336 s.
* Zamanın axarı ilə: Məqalələr,
rəylər, müsahibələr,
xatirələr, çıxışlar,
ssenarilər. - Bakı:
Azərnəşr, 2004.-
744s.
İti müşahidə
qabiliyyəti, analitik və məntiqi təfəkkürü, faktları
ümumiləşdirmə bacarığı,
intuisiyası Nizami müəllimi çoxlarından
fərqləndirir. Elmdə cəsarətlilik
hər bir alim üçün hünər sayılır.
O, irəli sürdüyü
ideyanın tutumunu da, təsir gücünü də, sabah
üçün faydasını
da əvvəlcədən görməyi
bacaran alimdir. Onun ədəbi-ictimai məqalələri
buna sübutdur.
Bu baxımdan onun fikirlərindəki orijinallıq
hamılıqla bəyənilir...
Bir sözlə, professor Nizami Xudiyev tanınmış ziyalı
və fəal vətəndaş olaraq hər cür ehtirama layiqdir.
Həsən Bayramov
Yeni Azərbaycan.- 2019.- 6 aprel.- S.7