Son bir il ərzində Prezident İlham Əliyevin sosial sahə ilə bağlı verdiyi qərarlar həqiqətən də inqilabi xarakter daşıyır
Milli Məclisin
Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli
www.yap.org.az saytına müsahibə
verib:
- Hadi müəllim,
məlum olduğu kimi, aprelin 11-də Azərbaycan Prezidenti İlham Əliyevin yenidən dövlət başçısı seçilməsinin
bir ili tamam
olur. Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin əhəmiyyəti
haqqında nə deyə bilərsiniz?
- Ötən il ölkəmizdə aprelin 11-də keçirilən
prezident seçkiləri
xalqımızın dövlətimizin
başçısı İlham
Əliyevə sonsuz inam və etimadını
bir daha təsdiqlədi. Bu seçkilərdə parlaq
qələbə qazanan
cənab İlham Əliyev seçkilərdən
keçən bir il ərzindəki fəaliyyəti ilə hər bir azərbaycanlının
Prezidenti olduğunu bir daha sübut
etdi. Bir il ərzində Azərbaycan bütün sahələrdə inkişaf
edib, ölkəmizin daha da güclənməsi
üçün uğurlu
daxili və xarici siyasət həyata keçirilib.
Məhz Prezident İlham
Əliyevin siyasəti
nəticəsində bu
gün Azərbaycan sosial-iqtisadi sferada sürətli inkişaf yoluna qədəm qoyaraq gələcəyə
doğru inamla addımlayır. Əməkhaqları,
pensiya təminatı sahəsində aparılan
ciddi islahatlar, qaçqın və məcburi köçkünlərin
yaşayış
şəraitinin yaxşılaşdırılması
üçün həyata
keçirilən geniş
proqramlar, sosial sahə ilə bağlı qəbul olunan çoxsaylı qanunlar və s. cəmiyyətin rifah halının yaxşılaşmasına
yönəlmiş tədbirlərdir.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi sosial siyasəti uğurla davam etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafın Azərbaycan
modeli formalaşıb
və sosial inkişaf məsələləri
də dövlət siyasətinin prioritetləri
sırasındadır. Dövlət
başçısının vurğuladığı kimi,
bizim siyasətimizin mərkəzində Azərbaycan
vətəndaşı dayanır.
- Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində
dövlət başçısı
tərəfindən mühüm
Fərman və sərəncamlar imzalanıb.
Bütün bunlar konkret olaraq faktlarda özünün əksini necə tapır?
- Həqiqətən də, son bir
il ərzində Prezident İlham Əliyevin sosial sahə ilə bağlı qərarları,
Fərman və sərəncamları inqilabi
xarakter daşıyır.
Bu istiqamətdə atılan addımlar müqayisəyəgəlməzdir. Bilirsiniz ki, seçkilərdə qələbə qazandıqdan
sonra Prezident cənab İlham Əliyevin imzaladığı
ilk Fərmanın -
2018-ci il 19 aprel tarixli Fərmanın şəhid vərəsələrinə
birdəfəlik ödəmənin
(11 min manat) verilməsi ilə bağlı olması həssas qrupların sosial müdafiəsinin gücləndirilməsinin Onun növbəti
prezidentlik dövründə
də siyasətinin başlıca istiqamətlərindən
olduğunu təsdiq etdi. 2019-cu il 28 yanvar tarixli Fərman isə birdəfəlik ödəmə
verilməsi nəzərdə
tutulan şəhid vərəsələrinin əhatə
dairəsinin genişlənməsinə
səbəb oldu.
Bütövlükdə, ötən bir il ərzində şəhid ailələrinin,
Qarabağ müharibəsi
əlillərinin və
veteranlarının sosial
müdafiəsinin gücləndirilməsi
istiqamətində vacib
qərarlar verilib.
Belə ki, şəhid
ailələri üçün
verilən Prezident təqaüdü artırılıb,
bu kateqoriyaya aid olan insanların
mənzillərlə və
avtomobillərlə təminatı
daha da yaxşılaşdırılıb,
eləcə də qaçqın və məcburi köçkünlər
üçün aylıq
sosial müavinət artırılıb, yeni şəhərciklər
inşa edilərək
istifadəyə verilib.
Bütün bunlarla yanaşı bu ilin əvvəlindən
minimum pensiyanın, minimum əməkhaqqının
artırılması da
vacib məqamlardan biridir. Fevralın 25-də dövlət başçısının imzaladığı
“Əhalinin sosial müdafiəsinin gücləndirilməsi
sahəsində əlavə
tədbirlər haqqında”
Sərəncamı nəticəsində
aprelin 1-dən bir sıra ödəmələr
əhəmiyyətli dərəcədə
artırılıb. Problemli
kreditlərin həlli
ilə bağlı dövlət başçısının
verdiyi qərar və s. addımlar da bir daha
təsdiqləyir ki, dövlət siyasətinin
əsasında vətəndaş
amili dayanır.
“2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından
başqa illərdən
fərqlənən il
olacaqdır”, - deyə
bəyan edən cənab Prezidentin bu fikirləri Onun uğurlu sosial islahatlar paketinin nailiyyətləri
kimi əhalinin rifah halının yaxşılaşdırılması sahəsində cari ilin ötən dövründə ciddi addımların atılması
ilə real təsdiqini tapıb. Bütövlükdə, sosial
paketin 3 milyona qədər insanı əhatə etməsi çox yüksək göstəricidir.
- Bəs əhalinin
məşğulluğunun artırılması
istiqamətində hansı
tədbirlər həyata
keçirilir?
- Əhalinin rifahının yaxşılaşması
istiqamətində görülən
işlər yalnız
maaşların, pensiya
və müavinətlərin
artması ilə yekunlaşmır. Respublikamızda aparılan sosial siyasətin məzmunu vətəndaşların sosial
vəziyyətinin yaxşılaşması
ilə bərabər,
onların məşğulluğunun
artırılması, daha
yaxşı yaşamaları
üçün əlavə
pul gəlirləri əldə etməsindən
ibarətdir. Ötən
dövrdə bu istiqamətdə atılan
bütün addımlar konkret olaraq cəmiyyətin sosial qayğılarının
təmin olunmasına əhəmiyyətli baza formalaşdırıb. Regionların
sosial-iqtisadi inkişafına
dair Dövlət proqramları davamlı iqtisadi inkişafı təmin etməklə, sosial sahədə qarşıda duran problemlərin həlli üçün etibarlı
zəmin yaradıb. Son 15 ildə 2 milyona qədər iş yerinin açılması da ölkə Prezidentinin bu sahədə uğurlu siyasətinin əyani göstəricisidir.
Hazırda da
əhalinin məşğulluğunun
təmin olunması yönündə işlər
daha da dinamik
xarakter alıb. Belə ki, ötən
il oktabrın 30-da Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “2019-2030-cu illər
üçün Azərbaycan
Respublikasının Məşğulluq
Strategiyası”nın təsdiq
olunması haqqında
Sərəncamın imzalanması
bu baxımdan mühüm addımdır.
Onu da qeyd
edim ki, İşsizlikdən Sığorta
Fondunun 2019-cu il üçün nəzərdə
tutulan 83 milyon 450 min manat məbləğindəki
büdcəsinin 42 milyon
manatı məhz özünüməşğulluq tədbirlərinə həsr
olunub.
- Hadi müəllim,
ölkəmizdə uşaqların
sosial müdafiəsinin
gücləndirilməsi yönündə
görülən işlər
haqqında da fikirlərinizi bilmək istərdik...
- Bu günlərdə
Azərbaycanın 10 milyonuncu
sakini dünyaya gəldi. Beləliklə, ölkəmizin əhalisinin
sayı 10 milyon nəfərə çatdı
və bu hadisə respublikamızın
hər yerində bayram əhval-ruhiyyəsi ilə qeyd olunur.
Ümumiyyətlə, Azərbaycanda uşaqlar dövlət qayğısı
ilə tam təmin olunublar. Prezident İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində
ölkəmizdə daim
güclənən sosial
təminat sisteminin əhatə etdiyi əhali qruplarından biri də uşaqlardır.
Ölkəmizdə bir
sıra sosial müavinət növü
var ki, məhz
uşaqların sosial müdafiəsinə yönəlib.
Hazırda sağlamlıq imkanları
məhdud 18 yaşadək
uşaqlar, şəhid
ailələrinin və
müharibə əlillərinin,
beşdən çox
uşağı olan qadınların, müddətli
həqiqi hərbi xidmət qulluqçularının
uşaqları, valideyn
himayəsindən məhrum
olmuş uşaqlar aylıq sosial müavinətlə təmin
edilirlər. Həmçinin
aztəminatlı ailələrin
1 yaşadək uşaqlarına
aylıq sosial müavinət, yeni doğulan uşaqlara görə isə birdəfəlik müavinət
ödənilir. Ailə başçısını
itirmiş ailələrə
də aylıq sosial müavinət və ya əmək
pensiyası ödənilir
ki, həmin ailələrin üzvlərinin
böyük əksəriyyətini,
habelə ünvanlı
sosial yardım alan ailələrin üzvlərinin 50 faizdən
çoxunu uşaqlar təşkil edir.
Dövlət başçısının 25 fevral 2019-cu il tarixli Sərəncamı bu istiqamətdə növbəti və əhəmiyyətli addımın
atılmasına imkan verib. Belə ki, Sərəncama
əsasən, aprelin
1-dən sağlamlıq imkanları
məhdud 18 yaşadək
uşaqlar üçün
müavinətin məbləği
82 manatdan 150 manata çatdırılmaqla, həmin
uşaqlara qulluq edənlər üçün
də Prezidentin aylıq təqaüdü
təsis edilib. Eyni zamanda, Sərəncamla beşdən çox uşağı olan qadınların hər uşağına görə
müavinət 33 manatdan
55 manata, müddətli
həqiqi hərbi xidmət qulluqçularının
uşaqları üçün
hər uşağa görə müavinət
68 manatdan 100 manata, uşaqların qəyyumları üçün
müavinət 61 manatdan
100 manata, ailə başçısını itirməyə
görə müavinət
hər ailə üzvü üçün
68 manatdan 80 manata, yeni doğulan uşaqlara görə birdəfəlik müavinət
109 manatdan 200 manata çatdırılıb. Bütün bunlar dövlətimizin uğurlu
sosial siyasətinin ifadəsidir
Yeni Azərbaycan.-
2019.- 12 aprel.- S.9