Azərbaycanlı rəssamın əsərləri
Türkiyədə sərgilənir
Türkiyənin İzmir şəhərində
Azərbaycan-Türkiyə birgə
rəsm sərgisi açılıb. Konak bələdiyyəsi
tərəfindən Türkan
Saylan Mədəniyyət
Mərkəzinin Sənət
Qalereyasında təşkil
olunan tədbirdə azərbaycanlı rəssam
Gülnarə Muxtarova
Pamuk və türk rəssam Ahmet Rüştü Doğanın əsərləri
sərgilənib. 11-19 aprel
tarixlərində keçirilən tədbirə ümumilikdə 32 rəsm
əsəri təqdim
olunub. Türk dünyasının qardaşlıq
tablolarının da yer aldığı ekspozisiyada müxtəlif mövzulu sənət əsərlərini görmək
mümkündür. Belə
ki, azərbaycanlı rəssamın 17 əsərində
“Xocalı soyqırımı”,
“Çanaqqala döyüşü”,
“Ananın duası”, “Qardaşlıq”, “Bakının
təsviri”, “Azərbaycan”,
türk rəssamın
isə 15 əsərində
sosial qeyri-bərabərlik
mövzuları yer alıb.
Rəssam Gülnarə Muxtarova
Pamuk tədbirin əsas məqsədinin Azərbaycanı Türkiyədə,
eləcə də dünyada daha geniş tanıtmaqdan ibarət olduğunu bildirib. İki ölkə arasındakı
qardaşlıq münasibətlərinin
yaradıcı nəslə
ilham qaynağı olduğunu vurğulayan fırça ustasının
sözlərinə
görə, belə tədbirlər ölkəmizlə
Türkiyə arasındakı
mədəni əlaqələrin
daha da genişlənməsində
körpü rolunu oynayır.
Qeyd edək
ki, bu, azərbaycanlı
rəssamın Türkiyədə
keçirilən ilk sərgisi deyil. 7 il ərzində G.Muxtarovanın əsərləri
müxtəlif sərgilərdə
nümayiş olunub. Həmçinin azərbaycanlı
rəssam bir sıra mükafatlarla təltif olunub. Onun əsərlərinin bu ilin sonunda
Belçikada da sərgilənməsi planlaşdırılır.
MÜŞFİQƏ
Yeni Azərbaycan.-
2019.- 16 aprel.- S.7