Heydər Əliyev Mərkəzində türkiyəli tarixçi İlbər Ortaylının mühazirəsi olub

 

Heydər Əliyev Mərkəzində türkiyəli tarixçi, professor İlbər OrtaylınınQafqaz tariximövzusunda mühazirəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, professor İlbər Ortaylı Avropa qitəsinin mühüm regionu olan Qafqaz ərazisində qədim dövrdə yaradılmış dövlətlər, burada yaşayan yerli əhali, eləcə müxtəlif dövrlərdə əraziyə pənah gətirmiş, köçürülmüş tayfalar, etnik qruplar haqqında məlumat verib, eramızdan əvvəl mövcud olmuş Urartu dövlətinə dair erməni iddialarına qarşı tutarlı faktlarını diqqətə çatdırıb.

Mühazirəçi qeyd edib ki, istər Azərbaycan, istər Türkiyə ərazisində müxtəlif vaxtlarda həm sığınacaq axtaran xalqlar, həm işğalçı dövlətlərin ərazisindən gələn xalqların nümayəndələri məskunlaşıb. Təsadüfi deyil ki, müasir dövrdə hər iki dövlət qaçqın qəbul edir. İstər Azərbaycan, istərsə Türkiyə ərazisində özəlliyini qoruyub saxlamış etnik qruplara rast gəlmək mümkündür. Ermənilər isə Qafqaza əsasən XVIII-XIX əsrlərdə köçürülüb.

Tarixçi alim çoxmillətli Qafqazda oğuz türkcəsinin geniş yayıldığını bildirib, əlifbanın bir neçə dəfə dəyişməsi məsələsinə aydınlıq gətirib, Mirzə Fətəli Axundzadənin əlifba islahatı layihəsini, türk dilinə məxsus səslərin ərəb qrafikası ilə yazmağın mümkünsüzlüyünü qeyd edib. O, Mahmud KaşğarininDivani lüğət-it-türkəsərinin türklərin qədim dili, tarixi mədəniyyəti haqqında məlumat verən dəyərli mənbə olduğunu söyləyib.

Türkiyəli professor Qafqazın müsəlmanlaşması məsələsinə aydınlıq gətirərkən, türklərə İslam dininin qılınc gücünə qəbul etdirilməsi barədə fikirlərin yanlış olduğunu, insanların bu dini zaman-zaman könüllü qəbul etdiklərini bildirib.

Qafqaz bizim üçün bir tarixdir”, - deyən tarixçi alim Qafqazda səlcuqlar hakimiyyətini, XIX əsrdə Rusiya işğalına - 1828-ci il Türkmənçay müqaviləsinə qədər Azərbaycan dövlətlərinin hakimiyyətinin olduğunu, bu gün isə Qafqazda Azərbaycan Respublikasının mövqeyini vurğulayıb.

Dünyada eyni dili danışanlar eyni yerdə yaşamasalar da, mənən, ruhən birdir”, - deyən professor İlbər Ortaylı Ulu Öndər Heydər Əliyevin Azərbaycan Türkiyə haqqındaBir millət, iki dövlətmüdrik kəlamını xatırladıb.

Qeyd edilib ki, Nizami Gəncəvi farsca yazsa da, türk idi. İranda yaşayan Məmmədhüseyn Şəhriyarın Azərbaycan dilində yazdığıHeydərbabaya salampoeması onun mənən xalqına bağlılığını, onunla həmrəyliyini göstərir. Biz bir mədəniyyətik. Bu mədəniyyətin içində rənglər var, əsasında isə türklərin tarixi dayanır.

Mühazirəni Türkiyənin Azərbaycandakı səfiri, Milli Məclisin deputatları, tarixçi alimlər, ziyalılar, tələbələr, ictimaiyyət nümayəndələri dinləyiblər.

Türkiyəli professor tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

İlbər Ortaylı 1947-ci ildə anadan olub. Ankara Universitetinin siyasi biliklər fakültəsini dil, tarix, coğrafiya fakültəsinin tarix bölməsini bitirib. Magistr təhsilini Çikaqo Universitetində alıb. 1974-cü ildə doktorluq dissertasiyası müdafiə edib, 1979-cu ildə dosent, 1989-u ildə isə professor olub. Vyana, Berlin, Paris, Prinston, Moskva, Roma, Sofiya, Kembric, Oksford Tunis universitetlərində dərs deyib, seminarlar aparıb. Türkiyənin bir sıra televiziya kanallarında müxtəlif proqramlar hazırlayıb.

2005-2012-ci illərdə Topqapı Saray Muzeyinin rəhbəri olub. Bir çox elmi məqalələrin müəllifidir.

Yeni Azərbaycan.- 2019.- 16 aprel.- S.7.