“Kaspi” Təhsil
Mərkəzi aprel döyüşçülərinin xatirəsini yad edib
Dünən “Kaspi” Tədris Mərkəzinin təşkilatçılığı
ilə aprel döyüşçülərinin xatirəsi anılıb.
SİA-nın məlumatına
görə, ədəbi-bədii
gecə Azərbaycan Dövlət Musiqili Teatrında keçirilib. Tədbirdə dövlət
rəsmiləri, millət
vəkilləri, aprel döyüşçülərinin ailə üzvləri iştirak ediblər.
Qeyd edək
ki, səhnələşdirilən
tamaşalar “Kaspi” Tədris Mərkəzinin şagirdləri tərəfindən
məharətlə icra
edilib. Dərin vətənpərvərlik ruhuna
köklənmiş tədbirdə
bir-birindən maraqlı
və təsirli tamaşalar göstərilib.
Şagirdlərin rol aldıqları səhnələr
tamaşaçılar tərəfindən
alqışlarla qarşılanıb.
Sonda “Kaspi”
Təhsil Mərkəzinin
rəhbəri Sona Vəliyeva çıxış
edərək aprel döyüşlərinin əhəmiyyətindən
danışıb. O, şəhid
olmuş əsgərlərin
ailə üzvlərinə
üz tutaraq şəhid olan qəhrəman əsgərlərimizin
heç bir zaman unudulmayacaqlarını
bildirib: “Mən topraqlarımızın tezliklə
azad olunacağına əminəm. Biz şəhidlərin ruhu qarşısında baş
əyirik. Bütün
şəhid ailələri
bilməlidir ki, biz hər zaman
qəhrəman şəhidlərimizi
qəlbimizdə, xatirələrimizdə
yaşadacağıq”.
Yeni Azərbaycan.-
2019.- 16 aprel.- S.7.