Heydər Əliyev Mərkəzində “Qaratoxmaq
qadın” monotamaşası
nümayiş etdirilib
Heydər Əliyev
Mərkəzində dahi
rus şairi Aleksandr Puşkinin eyniadlı mistik povestinin motivləri əsasında Rusiyanın
Xalq artisti Yevgeni Knyazevin “Qaratoxmaq qadın” monotamaşası təqdim
olunub.
AZƏRTAC xəbər verir ki, tamaşadan
əvvəl Yevgeni Knyazev jurnalistlərlə söhbətində öz
fikirlərini bölüşüb:
“Aleksandr Sergeyeviç
Puşkinin yaradıcılığı
rus ədəbiyyatında
müstəsna yerə
malikdir. O, rus dilinin formalaşmasında böyük
rol oynayıb. Bu il dahi şairin 220 illiyi qeyd edilir. Mən Bakıya
gəlmək və Heydər Əliyev Mərkəzində çıxış
etməklə bağlı
dəvəti məmnuniyyətlə
qəbul etdim. Azərbaycanda iki dəfə
olmuşam. Bu müddətdə Bakı
heyrətamiz dərəcədə
dəyişib. Dünən bulvar
boyu sahildə gəzişirdim. Şəhərin gözəlliyindən zövq
alırdım. Mənim çoxlu
azərbaycanlı dostlarım
var və sevinirəm ki, Rusiya və Azərbaycanı bu cür isti dostluq
əlaqələri birləşdirir”.
Sonra “Qaratoxmaq
qadın” monotamaşasının
nümayişi olub. Yevgeni Knyazev
böyük məharətlə
Geman, Liza və qrafinya obrazlarını canlandırıb. Artistin çıxışı
bakılı tamaşaçılar
tərəfindən böyük
maraqla qarşılanıb.
Qeyd edək
ki, Yevgeni Knyazev tanınmış teatr və kino
aktyorudur. O, teatr məktəbində təhsilini
başa vurduqdan sonra Moskvada Y.Vaxtanqov adına
Teatrda fəaliyyətə
başlayıb, 1996-cı ildə
isə bu teatrda “Qaratoxmaq qadın” tamaşasında
German rolunu ifa edib. Həmin əsər Pyotr
Fomenko tərəfindən
səhnələşdirilib. Bir neçə ildən sonra aktyor səhnədə
tərəf müqabillərindən
imtina edir və təkcə German rolunu deyil, həmçinin
Liza və qrafinya obrazlarını da canlandıraraq
“Qaratoxmaq qadın” tamaşasını tək
yaradır.
Y.Knyazevin minimum dekorasiyadan istifadə olunduğu tamaşada parlaq ifa tərzi,
öz qəhrəmanlarını
məharətlə canlandırması
tamaşaçılara Aleksandr
Puşkin yaradıcılığının
sehrli aləminə nüfuz etmək imkanı verir.
Aktyor Y.Vaxtanqov adına
Teatrın səhnəsində
onlarla obraza səhnə həyatı bəxş edib, eyni zamanda, bir
sıra başqa teatrlarla da əməkdaşlıq
edib. O, kinoda ilk dəfə 1983-cü ildə
çəkilib və
“Gecikmiş məhəbbət”
filmində epizodik rolda oynayıb.
Y.Knyazev sonralar filmlərdə baş rolları ifa edib, həmçinin
ekran əsərlərində
tarixi obrazları canlandırıb, 2000-ci illərdə
isə seriallarda çəkilməyə başlayıb. Aktyor Volf Messinq, İosif
Stalin, Lev Trotski, Boris Pasternak kimi tarixi şəxsiyyətlərin
obrazlarını məharətlə
canlandırıb. O, teatrda
və kinoda oynadığı rollarla böyük tamaşaçı
sevgisi qazanıb.
Yeni Azərbaycan.- 2019.- 18 aprel.- S.7.