Cocuq Mərcanlıda
Aqrar elm günü keçirilib
Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yaz-tarla işlərinin başlaması
ilə əlaqədar
Aqrar elm günü keçirilib.
AZƏRTAC-ın
bölgə müxbiri
xəbər verir ki, Kənd Təsərrüfatı
Nazirliyi Aqrar Elm və İnnovasiya
Mərkəzinin təşkilatçılığı
ilə keçirilən
maarifləndirmə tədbirində
elmi tədqiqat institutlarının əməkdaşları,
Füzuli Dövlət
Aqrar İnformasiya Mərkəzinin nümayəndələri və Cocuq Mərcanlı sakinləri iştirak ediblər.
Əvvəlcə Cocuq Mərcanlı kənd tam orta
məktəbinə gələn
qonaqlar sinif otaqlarını, fənn kabinetlərini gəzib, şagirdlərdə aqrar sahəyə maraq oyatmaq məqsədilə söhbət aparıblar. Məktəbə kənd təsərrüfatına aid
kitablar və metodiki vəsaitlər hədiyyə olunub.
Alim və
mütəxəssislər sonra
kənddəki istixana
və arıxanalara baxış keçirib, kənd sakinlərinə yaz-qulluq işləri və arıçılıqla
bağlı məsləhətlər
veriblər. Görüş
zamanı kənd sakinlərinin fikirləri dinlənilib, qaldırılan
məsələlər aidiyyəti
dövlət qurumlarına
yönəldilməsi üçün
qeydiyyata alınıb.
Sakinlərin mineral gübrələr, torpaqların aqrokimyəvi
analizi, taxıl sortları, kənd təsərrüfatı bitkilərinin
becərilməsi ilə
bağlı sualları
cavablandırılıb. Diqqətə
çatdırılıb ki,
yaxın günlərdə
kəndin əkin sahəsində mütərəqqi
metod əsasında çiyid səpini həyata keçiriləcək.
Yeni Azərbaycan.-
209.- 18 aprel.- S.7.