Bakıda bərk məişət tullantılarının
yığılması, daşınması
və çeşidlənməsinin
idarə olunması konsepsiyası hazırlanır
Bakı Şəhər İcra
Hakimiyyətinin sifarişinə
əsasən Böyük
Britaniyanın tanınmış
Mott MacDonald şirkəti tərəfindən
Bakı şəhərində
bərk məişət
tullantılarının yığılması,
daşınması və
çeşidlənməsinin idarə olunması konsepsiyası hazırlanır.
AZƏRTAC xəbər verir ki, bununla
əlaqədar şirkətin
nümayəndələri növbəti
dəfə paytaxtımıza
gəliblər. Onların
apardıqları araşdırmaların
nəticələri konsepsiyanın
hazırlanmasında əsas
götürülüb.
Mott MacDonald
şirkətinin rəhbərlərinin
bildirdiyinə görə,
Bakı mürəkkəb
landşafta, küləkli
hava şəraitinə
və böyük əraziyə malik olmasına baxmayaraq, şəhərin sanitar təmizliyi normal səviyyədədir. Buna baxmayaraq
Bakı Şəhər
İcra Hakimiyyəti tərəfindən paytaxtda
bərk məişət
tullantılarının yığılması,
daşınması və
çeşidlənməsinin idarə olunması ilə bağlı islahatların aparılması
üçün bu sahədə böyük təcrübəsi olan Mott MacDonald şirkətinə müraciət
olunub və onun mütəxəssisləri
yeni islahatlar konsepsiyasının hazırlanmasına
başlayıblar. Əsas
məqsəd paytaxt Bakı şəhərində
bərk məişət
tullantılarının yığılması,
daşınması və
çeşidlənməsinin idarə olunması işlərini aparıcı
Avropa dövlətlərinin
paytaxtları və iri şəhərləri səviyyəsinə
çatdırmaq, paytaxtımızı
gözəl məkana
çevirməkdir.
Konsepsiya çərçivəsində
artıq 3 aya yaxındır ki, Bakı şəhərində
işlər gedir, 4 rayonda (Səbail, Nərimanov, Yasamal və Nəsimi) məişət tullantıları
üçün yeni müasir konteynerlər qoyulub. Dünəndən isə daha 3 rayona (Binəqədi, Nizami və Xətai) bu konteynerlərin verilməsinə
başlanılıb.
Həyata keçirilən
işlər çərçivəsində
Bakı Şəhər
İcra Hakimiyyəti tərəfindən həmin
şirkətin təqdim
etdiyi layihə əsasında Monitorinq Mərkəzi yaradılıb.
Mərkəzdə işçi
qrup tərəfindən
konsepsiyanın hazırlanması
və həyata keçirilməsi ilə bağlı nəzərdə
tutulan işlərin görülməsi üçün
ən müasir şərait yaradılıb.
Bakı Şəhər İcra
Hakimiyyəti tərəfindən
yaradılmış Monitorinq
Mərkəzində Mott
MacDonald şirkəti
rəhbərliyinin səlahiyyətli
nümayəndəsi, Bakı
şəhərində bərk
məişət tullantılarının
yığılması, daşınması
və çeşidlənməsinin
idarə olunması üzrə islahatlar konsepsiyasının rəhbəri Martin Saymon mətbuat nümayəndələrinə konsepsiya barədə geniş məlumat verib. O deyib: “2018-ci ildə bizi Bakıda tullantı idarəetməsi xidmətlərinin
qiymətləndirilməsi üçün
dəvət etmişdilər.
Məqsəd tərəfimizdən potensial təkmilləşdirilmə
metodları təklif edərək tullantıların
idarə edilməsi sisteminin inkişafı üçün lazım olan məlumat bazasını əldə
etməyə kömək
edəcək pilot araşdırmalar layihəsini
hazırlamaq idi.
Bu da öz növbəsində,
genişmiqyaslı tullantıların
idarə edilməsi sistemində inkişaf əldə etməyə kömək olacaqdı. Şirkətimiz tullantıların
yenidən emalını
araşdırmaq üçün
böyük məmnuniyyətlə
Bakı şəhər
İcra Hakimiyyəti ilə ikinci dəfə əməkdaşlıq
etməyə razılıq verib. Bu araşdırmaların nəticələri Bakı
şəhərində tətbiq
olunaraq XXI əsrin müasir tullantı idarə etməsi sistemini yaradacaq.
Bakıda
hər il təxminən 1,5 milyon ton tullantı yaranır. Bu rəqəm
Bakı şəhəri
genişlənib inkişaf
etdikcə daha da artacaq. Tullantıların düzgün yığılması,
emalı və çeşidlənməsi vacib
şərtdir. Tullantıların çoxu şəhərkənarı
poliqonlara aparılır.
Buna baxmayaraq, tullantıların Balaxanıda
yerləşən tullantı
çeşidlənməsi və onlardan enerji əldəetmə zavodlarına göndərilməsi
ilə bu işdə inkişaf əldə edilib.
Bizim ilkin araşdırmalarımız
onu göstərdi ki, Bakıda tullantı menecmenti sistemini təkmilləşdirmək
vacibdir ki, bu böyüyən və inkişaf edən şəhəri müasir xidmətlərlə
təmin etsin, həm ətraf mühitə, həm də iqtisadi inkişafa müsbət təsir göstərsin. Turizm sahəsində inkişaf
edən, müxtəlif
beynəlxalq tədbirlər
keçirən, Bakı
Ağ Şəhər
kimi innovativ layihələrə imza atan bir şəhər
kimi, Bakıda yüksək səviyyəli
tullantı idarə edilməsi sisteminin əldə edilməsi zəruriliyi yaranıb.
Bakı Şəhər
İcra Hakimiyyəti sakinlər üçün
tullantıların yığılması,
çeşidlənməsi və idarə edilməsi sisteminin təkmilləşdirilməsində maraqlıdır və bizim Mott MacDonald
şirkəti olaraq rolumuz bu hədəfin
əldə edilməsində
dəstək olmaqdır.
Biz yeni
tullantı konteynerləri
və nəqliyyat vasitələri daxil olmaqla, yeni tullantı
yığılması sistemlərini
tətbiq etmək fikrindəyik. Bununla bərabər, Bakı sakinlərini də tullantıları emal oluna bilən və emal oluna
bilməyən tullantılara
bölməsinə həvəsləndirməyə
çalışırıq. Bu, böyük miqdarda tullantıların poliqondan kənarlaşdırılmasına
kömək edəcək.
Son bir neçə ay ərzində, nəzərəçarpacaq
dərəcədə inkişaf
əldə edilib. Yeni konteynerlər əldə edilib və sakinlərin bildirdiyinə görə,
bu, əvvəlki konteynerlərə nisbətən
böyük dəyişiklikdir
və daha çox yeni konteynerlərin qoyulması
işləri görülür.
Yeni pilot
araşdırmaların bir
hissəsi kimi, tullantı araşdırmaları
keçirmək zəruri
məsələdir və
bu Monitorinq Mərkəzi sırf bu məqsədlə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yaradılıb.
Bu Mərkəz bu günə qədər gördüyüm
ən mükəmməl
müəssisələrdən biridir və bizə işimizi daha yaxşı yerinə yetirməyə kömək edir, işçi heyəti üçün tam müasir şərait yaradılıb.
İlkin araşdırmalar
üçün Nərimanov
rayonu seçilib. Belə ki, bu
rayon həm şəhərin mərkəzində
yerləşir, həm
də şəhərkənarı
əraziləri əhatə
edir. Buna görə də Nərimanov rayonu ümumilikdə Bakı şəhərini təmsil
edən ərazi kimi sınaqlar üçün münasib
rayon kimi seçilib.
Mən hazırladığımız pilot layihələrin uğurla tətbiqinə inanıram. Ümid edirəm ki, Bakı sakinləri də şüşə,
kağız, karton tullantılarını, plastik
və dəmir içki qablarını çeşidləyib emal oluna bilən tullantılar üçün
gətirilmiş yeni konteynerlərə ataraq Şəhər İcra Hakimiyyətinə kömək olacaqlar. Biz 20-30 faizlik tullantı diversiyası əldə etməyi hədəf qoymuşuq. Bu layihə uğurla nəticələnəcəyi təqdirdə
ətraf mühit üçün böyük
müsbət təsirlər,
həm də Bakı şəhəri üçün iqtisadi faydalar verəcək, regiondakı digər şəhərlər üçün
də gələcəkdə
başlanğıc nöqtəsi
olacaq”.
Yeni Azərbaycan.-
2019.- 18 aprel.- S.7.