ADA Universitetində 44 ölkənin milli mədəniyyət nümunələri
sərgilənib
Aprelin 18-də ADA Universitetinin Tələbə Mərkəzində
təşkil olunmuş
sərgidə əcnəbi
tələbələr və
xarici dövlətlərin
səfirlikləri stendlər
quraraq ölkələrinin
milli mədəniyyətlərini,
kulinariyasını, incəsənət
nümunələrini nümayiş
etdiriblər.
AZƏRTAC xəbər verir ki, sərgi
VIII Beynəlxalq Festival
çərçivəsində təşkil olunub. Artıq ənənəyə
çevrilmiş festivalda
bu il 44 ölkə və Avropa İttifaqının
Azərbaycandakı nümayəndəliyi
iştirak edib.
ADA Universitetinin prorektoru Fariz İsmayılzadə hazırda
bu ali təhsil
ocağında 40 ölkədən
yüzə yaxın xarici tələbənin təhsil aldığını
deyib. Qeyd edib ki, onların
bir hissəsi Xarici İşlər Nazirliyi tərəfindən
maliyyələşdirilən Əlimərdan bəy Topçubaşov adına
beynəlxalq təqaüd
proqramını qazananlardır.
Bugünkü festivalda xarici
dövlətlərin ölkəmizdə
akkreditə olunmuş
səfirliklərinin nümayəndələri,
beynəlxalq təşkilatların
əməkdaşları, habelə
azərbaycanlı və
əcnəbi tələbələr
iştirak edirlər. Əvvəlki festivallarla müqayisədə bu festivalda daha çox qonaq iştirak edir.
Yeni Azərbaycan.-
2019.- 19 aprel.- S.5