ADU-daHeydər Əliyev jurnalistikamızmövzusunda tədbir keçirilib

 

Aprelin 18-də Azərbaycan Dillər Universitetində (ADU) Filologiya jurnalistika fakültəsinin Virtual jurnalistika kafedrasının təşkilatçılığı iləHeydər Əliyev jurnalistikamızmövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan kafedranın müdiri Nərgiz Qurbanlı Ümummilli Lider Heydər Əliyevin xatirəsini əziz tutmağın, Onun fəaliyyəti ilə tələbələri yaxından tanış etməyin mənəvi borc olduğunu söyləyib. O, Ulu Öndər Heydər Əliyevin 2002-ci ildəJurnalistlərin dostumükafatına layiq görüldüyünü xatırladıb. Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanın siyasi rəhbərliyinə qayıdışından sonra ölkə mətbuatında yeni səhifənin açıldığını deyən kafedra müdiri 1998-ci ildə senzuranın ləğv olunduğunu bildirib. Senzuranın ləğvinin azad mətbuatın inkişafında mühüm addımlardan biri olduğunu deyən N.Qurbanlı Ümummilli Liderin jurnalistlərlə səmimi münasibətindən söz açıb.

Tədbirdə Heydər Əliyevin jurnalistlərlə münasibətini əks etdirən videoçarx nümayiş olunub.

Daha sonra jurnalistika ixtisasında təhsil alan tələbələrinİki sahilqəzetinin baş redaktoru, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə Əməkdar jurnalist, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Aran ilə müsahibələrinin videogörüntüləri təqdim olunub.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor, “Yeni Azərbaycanqəzetinin baş redaktoru Hikmət Babaoğlu Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının milli əfsanəsi olduğunu deyib. O, Heydər Əliyevin yalnız siyasi xadim deyil, həmçinin Azərbaycan xalqı üçün dəyər olduğunu söyləyib. Millət vəkili Ulu Öndərin fəaliyyətindən keçən qızıl xətlərdən birinin Onun milli mətbuata, jurnalistikaya verdiyi qiymət olduğunu diqqətə çatdırıb. Ulu Öndərin bu sahənin inkişafı istiqamətində xidmətlərindən bəhs edən Hikmət Babaoğlu ölkə jurnalistikasından da söz açıb.

ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan elminin, ədəbiyyatının, dilçiliyinin, mətbuatının inkişafındakı misilsiz xidmətlərindən danışıb, müasir jurnalistikanın qarşısında duran vacib məsələlərə toxunub.

Sonda tələbələrin sualları cavablandırılıb.

 

Yenin Azərbaycan.- 2019.- 19 aprel.- S.6