Cəlal Paşayevin
“Bir gəncin manifesti” əsəri gürcü dilinə tərcümə olunub
Görkəmli alim, yazıçı və pedaqoq, XX əsr Azərbaycan elminin, ədəbiyyatının,
təhsilinin inkişafında
misilsiz xidmətlər
göstərmiş Mir
Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri gürcü dilinə tərcümə olunub.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan
aləmi” Mədəniyyət
Mərkəzinin təşkilatçılığı
ilə tərcümə
olunmuş kitab ədibin ad günü ərəfəsində
gürcü oxuculara təqdim ediləcək.
Mədəniyyət mərkəzinin sədr müavini Sevil Yusifova deyib ki, kitabı gürcü dilinə tərcümə etməkdə
məqsəd gürcü
oxucuları görkəmli
ədəbiyyatşünas-alim Mir Cəlal Paşayevin yaradıcılığı
ilə tanış etməkdir.
“Ümid edirik
ki, bu kitab
Gürcüstanda maraqla
qarşılanacaq və
gürcü oxucular tərəfindən çox
seviləcək”, - deyə
Sevil Yusifova vurğulayıb.
Sevil Yusifova
deyib ki, Mərkəz bu yolla həm də Azərbaycan ilə Gürcüstan arasında mədəni, ədəbi əlaqələri
inkişaf etdirmək niyyətindədir. Bu məqsədlə gələcəkdə
Azərbaycan və gürcü ədiblərinin,
elm adamlarının əsərlərinin də
qarşılıqlı olaraq
hər iki dilə tərcümə edilməsi nəzərdə
tutulur.
Yeni Azərbaycan.-
2019.- 19 aprel.- S.3.