Dövlət İdarəçilik Akademiyası Türkiyə ilə əməkdaşlıq əlaqələrini genişləndirir

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) ilə Türkiyənin Xaricdəki Türklər Əqrəba İcmaları İdarəsi arasında əməkdaşlıq protokolu imzalanıb. AZƏRTAC xəbər verir ki, sənəd DİA-nın rektoru, akademik Urxan Ələkbərov Türkiyənin Xaricdəki Türklər Əqrəba İcmaları İdarəsinin sədri Abdullah Eren tərəfindən Ankarada imzalanıb.

Tərəflər əməkdaşlığın qarşılıqlı olaraq böyük fayda gətirəcəyinə əmin olduqlarını bildiriblər.

DİA-nın elmi-təşkilat beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Rəcəb Rəhimli imzalanma mərasimində iştirak edib.

 

Yeni Azərbaycan.- 2019.- 19 aprel.- S.4.