Bakı Kitab Mərkəzində Ümumdünya Kitab Müəlliflik Hüququ Günü qeyd edilib

 

Aprelin 18-də Bakı Kitab Mərkəzində Ümumdünya Kitab Müəlliflik Hüququ Gününə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva 23 aprel - Ümumdünya Kitab Müəlliflik Hüququ Günü münasibətilə bütün kitabsevərləri təbrik edib: Bütün dünyada qeyd oluna bu gün münasibətilə Azərbaycanda da silsilə tədbirlər keçirilir. Ümumdünya Kitab Müəlliflik Hüququ Günü Bakı Kitab Mərkəzində ilk dəfə təşkil olunur mərkəz yeri yaranmasına baxmayaraq qısa zaman ərzində Azərbaycanda kitab işinin təşkilinə təbliğinə böyük töhfələr verib”.

Bu əlamətdar günün belə möhtəşəm məkanda - kitabsevərlərin yeni görüş yerində keçirilməsini mühüm hadisə adlandıran Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri - UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov 23 aprel - Ümumdünya Kitab Müəlliflik Hüququ Gününün tarixi mahiyyəti barədə məlumat verib. Bildirib ki, kitab günü, 1995-ci ildə Parisdə, “BMT-nin Təhsil, Elm Mədəniyyət Məsələləri üzrə Təşkilatı - UNESCO-nun Baş Konfransında qəbul edilmiş qərarla təsdiqlənib, 1996-cı ildən dünyada, 1997-ci ildən isə Azərbaycanda qeyd olunur. Kitab günü kimi 23 aprel tarixinin seçilməsi təsadüfi deyil. Həmin gün dünya ədəbiyyatında simvolik tarix hesab olunur. Belə ki, 23 aprel Uilyam Şekspir, Migel de Servantes İnka Qarsilaso de la Veqa kimi dünya şöhrətli yazıçıların ölüm günüdür.

Hər il olduğu kimi, bu il UNESCO-nun baş direktoru Ümumdünya Kitab Müəlliflik Hüququ Günü ilə bağlı təşkilatın üzv ölkələrinə müraciət ünvanlayıb. Müraciətdə günün əhəmiyyəti, məqsədi barədə məlumat verilib. Hər il UNESCO baş qərargahında dünyanın müxtəlif ölkələrində nəşriyyatların, kitab evlərinin aidiyyəti qurumların iştirakı ilə bu əlamətdar günə həsr olunmuş çoxsaylı tədbirlər keçirilir.

Natiq diqqətə çatdırıb ki, UNESCO Baş konfransı 2001-ci ildə qətnamə qəbul edərək, Ümumdünya Kitab Paytaxtı nominasiyasının təsis edilməsini təsdiq edib. UNESCO Ümumdünya Kitab Paytaxtı nominasiyası çərçivəsində hər il qalib şəhərin elan olunması təşkilatın bu sahəyə verdiyi əhəmiyyətin bariz nümunəsidir.

Ölkə rəhbərliyi tərəfindən kitab irsinin ənənələrinin qorunmasına böyük diqqət qayğı göstərilir. Respublikamızda artıq bir ənənəyə çevrilən kitab sərgilərinin, kitab bayramlarının keçirilməsi, yazıçı şairlərin, mədəniyyət xadimlərinin yubileylərinin dövlət səviyyəsində qeyd olunması, elm, mədəniyyət təhsil sahələrində bir çox beynəlxalq tədbirlərin gerçəkləşməsi bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci il 30 dekabr tarixli Sərəncamına əsasən, dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri ana dilimizə tərcümə edilərək nəşr edilib. Həmçinin, Azərbaycan ədəbiyyatının nümunələri tərcümə edilərək, beynəlxalq kitab sərgilərində yüksək mükafata layiq görülüb.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində müasir infrastruktur yaradılır, yeni kitablar nəşr edilir, qədim əlyazmalar bərpa olunur, tədris sistemində yeni vəsaitlər hazırlanır, beynəlxalq əhəmiyyətli layihələr həyata keçirilir. Ötən il Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Bakı Kitab Mərkəzi bu fəaliyyətin parlaq nümunəsidir. Mərkəz açıldığı vaxtdan ölkəmizin mədəni-ictimai həyatında mühüm yer tutur, çoxsaylı tədbirlərə uğurla ev sahibliyi edir, məşhur şair-yazıçılarla görüşlərə şərait yaradır, gənc nəslin mütaliəyə marağının artırılmasında mühüm rol oynayır”, - deyə Elnur Sultanov vurğulayıb.

Bildirilib ki, cari ilin əvvəlində Nəqliyyat, Rabitə Yüksək Texnologiyalar Nazirliyinin nəzdində UNESCO-nun İnformasiya Hamı üçün (IFAP) Azərbaycan Milli Komitəsi yaradılıb yeni yaradılan Milli Komitənin gələcəkdə bu işə töhfə verəcəyinə əminlik ifadə edilib.

Bu il UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 25 illiyinin qeyd olunduğunu diqqətə çatdıran E.Sultanov deyib ki, UNESCO Azərbaycan Respublikasının müstəqilliyini bərpa etdikdən sonra üzv olduğu ilk beynəlxalq təşkilatlardandır. Təşkilatla əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan ilk addımlardan biri məhz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ildə imzaladığı Sərəncamla UNESCO üzrə Milli Komissiyasının yaradılması olmuşdur.

Fəaliyyət göstərdiyi dövr ərzində UNESCO üzrə Milli Komissiyanın gördüyü işlərə toxunan Elnur Sultanov vurğulayıb ki, Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təhsil, irsin qorunması, mədəni abidələrin bərpası, mədəniyyətlərarası dialoq digər sahələrdə UNESCO xətti ilə çoxşaxəli fəaliyyəti UNESCO dəyərlərinin təşviq edilməsinə böyük töhfə verib: “Ölkəmiz UNESCO ilə mədəniyyət, elm, təhsil, informasiya kommunikasiya sahələrində geniş əməkdaşlıq əlaqələri qurub, UNESCO ailəsinin nüfuzlu üzvünə artıq donor dövlətinə çevrilib. Məhz Mehriban xanım Əliyevanın apardığı məqsədyönlü fəaliyyət nəticəsində, Azərbaycanın 2 maddi 13 qeyri-maddi mədəni irs nümunəsi UNESCO-nun müvafiq siyahılarında yer almaqdadır”.

Diqqətə çatdırılıb ki, görkəmli şəxsiyyətlərimizin əlamətdar hadisələrin yubileylərinin UNESCO çərçivəsində qeyd edilməsi qurumla əlaqələrin yüksək səviyyəsindən xəbər verir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən böyük Azərbaycan şairi mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi, eləcə 2019-cu ilin AzərbaycandaNəsimi ilielan edilməsi ilə əlaqədar müvafiq sərəncamlar imzalanıb. İl ərzində ölkə daxilində xaricində çoxsaylı tədbirlər keçirilməkdədir. Cari ilin sonunda UNESCO-nun baş qərargahında görkəmli mütəfəkkirə həsr olunmuş tədbirin keçirilməsi planlaşdırılır. Belə tədbirlərin keçirilməsi ölməz şairin xatirəsi yaradıcılığına dərin ehtiramın ifadəsidir. Bundan əlavə, bu il, həmçinin Bakı Dövlət Universitetinin 100 illik yubileyinin UNESCO-nun baş qərargahında qeyd edilməsi nəzərdə tutulur.

Sonda E.Sultanov Heydər Əliyev Fondu, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə hazırlananAzərbaycan sərvətləriadlı kitabı Milli Komissiyanın loqosu olan suveniri Bakı Kitab Mərkəzinə təqdim edib.

Öz növbəsinə Günel Rzayeva da rəhbərlik etdiyi Bakı Kitab Mərkəzinin nəşr etdirdiyi kitabları UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanova verib.

Tədbirdə Əqli Mülkiyyət Agentliyinin aparat rəhbəri Natiq İsayev, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, Əməkdar incəsənət xadimi Natiq Rəsulzadə, Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri Səlim Babullaoğlu Miniatür Kitab Muzeyinin təsisçisi yaradıcısı, Əməkdar mədəniyyət işçisi Zərifə Salahova çıxış edərək ölkəmizdə kitaba olan böyük maraqdan Ümumdünya Kitab Müəlliflik Hüququ Gününün əhəmiyyətimdən söz açıblar.

Tədbir ədəbi-musiqili proqramla davam edib.

 

 Yeni Azərbaycan.- 2019.- 19 aprel.- S.6.