Azərbaycandakı diplomatik nümayəndəliklərin rəhbərləri Şamaxıya səfər ediblər

 

Xarici ölkələrin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin rəhbərləri Prezident Administrasiyasının, Xarici İşlər Nazirliyinin Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə aprelin 19-da Şamaxı rayonuna səfər ediblər.

Səfərin məqsədi Şamaxı rayonunun sosial iqtisadi inkişafı, rayonda aparılan abadlıq-quruculuq işləri, o cümlədən turizm infrastrukturu ilə yaxından tanış olmaqdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər çərçivəsində qonaqlar əvvəlcə Şamaxının qədim yaşayış məskənlərindən olan Dəmirçi kəndinə gəliblər. Burada onları rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov qarşılayıb. Qısa görüşdən sonra diplomatik nümayəndəliklərin rəhbərləri kənddə arxeoloji muzeydə, sənətkarlıq emalatxanasında, habelə məsciddə olublar. Onlara kənddə aparılan arxeoloji tədqiqatlar, III əsrə aid aşkar olunan qəbirlər, yerli ustalar tərəfindən hazırlanan sənət nümunələri haqqında, eləcə həyata keçirilən yenidənqurma, tikinti-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Sonra qonaqlar Şamaxı Astrofizika Rəsədxanasına gəlib, aparılan elmi tədqiqat işləri ilə maraqlanıblar.

Diplomatik korpusun rəhbərləri Şamaxı şəhəri Səttar Bəhlulzadə küçəsində Vüqar Teyfurova məxsus evdə olublar. Qeyd edək ki, bu ev fevralın 5-6-da baş verən zəlzələ nəticəsində yararsız vəziyyətə düşmüşdü. Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən operativ tədbirlər nəticəsində rayonda zəlzələdən zərərçəkən digər evlər kimi Vüqar Teyfurovun evi yenidən tikilib. Rayon İcra Hakimiyyətin başçısı Tahir Məmmədov qonaqlara zəlzələnin nəticələri, vətəndaşlara dəyən zərərin aradan qaldırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

Sonra diplomatik korpusun rəhbərləri Azərbaycanın Şərq memarlığının nadir incilərindən biri, bütövlükdə Cənubi Qafqazda Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan, 743-cü ildə inşa edilən Şamaxı Cümə məscidinə gəlib, onun tarixi barədə maraqlanıblar.

Bildirilib ki, 1918-ci ildə silahlı erməni daşnak dəstələri tərəfindən törədilən mart qırğınları zamanı Şamaxıda da qanlı soyqırımı aktı həyata keçirilib. Ən böyük qırğın Cümə məscidində baş verib. Şamaxılıların Allah evi kimi məscidə sığındığını görən ermənilər burada yanğın törədərək təqribən 1700 günahsız insanı qətlə yetiriblər.

Diqqətə çatdırılıb ki, Şamaxı Cümə məscidi Heydər Əliyev FondununTolerantlığın ünvanı - Azərbaycanlayihəsi çərçivəsində əsaslı təmir olunub. Bərpa yenidənqurma işlərinə 2010-cu ilin martında başlanılıb. 2013-cü il mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məscidin açılış mərasimində iştirak edib.

Qonaqların sonuncu səfəri Meysəri şərab zavodu olub. Burada onlar zavodun fəaliyyəti, istehsal prosesləri barədə məlumatlandırılıblar.

Şamaxıya səfərdən aldığı təəssüratı AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşən Braziliyanın ölkəmizdəki səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz deyib: “Bu səfər Azərbaycan tarixini mədəniyyətini öyrənmək baxımından çox əhəmiyyətlidir. Şamaxıya ilk dəfədir gəlirəm. İndi mənim bu bölgə barədə çox gözəl təəssüratlarım var. Bu yerlər çox səfalıdır. İnsanları da qonaqpərvərdir. Dəmirçi kəndində mətbəxinizin zənginliyinin bir daha şahidi oldum”.

 

Yeni Azərbaycan.- 2019.- 20 aprel.- S.3