Masallıda “Milli aktyorluq məktəbi” mövzusunda keçirilən
mühazirə maraqla qarşılanıb
Aprelin 19-da Masallı şəhəri “ASAN həyat”
kompleksindəki Heydər
Əliyev İncəsənət
Məktəbində Heydər
Əliyev Mərkəzi
və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı
ilə “Milli aktyorluq məktəbi” mövzusunda mühazirə
keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə
Azərbaycan Dövlət
Mədəniyyət və
İncəsənət Universitetinin
“Musiqili teatr aktyoru” kafedrasının müdiri, professor, “Şöhrət” ordenli, Xalq artisti İlham
Namiq Kamalın mövzu ilə bağlı məruzəsi
dinlənilib.
Dünyanın zəngin tarixi-mədəniyyət irsinə
malik olan Azərbaycanın meydan teatrının iki mindən çox yaşı olduğunu vurğulayan məruzəçi
mərasim, şənlik,
əyləncəli səhnə
oyun tamaşalarının
böyük bir qisminin bu günə
qədər gəlib çıxdığını, Kosa, Keçəl, keçi kimi meydan teatrı
personajlarının bu
gün də tamaşaçıların sevimli
obrazları olduğunu
bildirib.
Qeyd edilib ki,
Azərbaycan milli peşəkar teatrı
1873-cü il martın
10-da Bakıda Mirzə
Fətəli Axundzadənin
“Lənkəran xanının
vəziri” komediyasının
tamaşası ilə
təşəkkül tapıb.
Bu tarixdən başlayaraq Naxçıvan,
Gəncə, Şamaxı,
Şuşa, Şəki,
Lənkəran, Ağdam,
Quba və Füzulidə peşəkar
teatrlar yaradılıb.
Bu teatrlarda “Müsəlman artistləri
dəstəsi”, “Nicat”,
“Səfa”, “İbrat” və neçə-neçə
belə truppalar fəaliyyət göstərib.
Həmin truppalarda, sözün həqiqi mənasında, fədakar
sənət vurğunları
çalışıblar. Bu sənətkarlardan
Abbas Mirzə Şərifzadə, Sidqi Ruhulla, Mərziyə Davudova, Cahangir Zeynalov, Ülvi Rəcəb, Mirzə Ağayev, Mövsüm Sənani, Hökumə Qurbanova, Ağahüseyn Cavadov, Barat Şəkinskaya, Əliağa
Ağayev, Nəsibə
Zeynalova, Ağasadıq
Gəraybəyli və
başqalarının adları
Azərbaycanın teatr
salnaməsinə
qızıl hərflərlə
yazılıb.
Diqqətə çatdırılıb
ki, bu gün
Azərbaycanda geniş
teatr şəbəkəsi
fəaliyyət göstərir.
Onların böyük
əksəriyyətinə dövlət
statusu verilib. Milli teatrla yanaşı,
Bakıda rus, Qaxda gürcü, Qusarda ləzgi teatrları da fəaliyyət göstərir.
Bu günlərdə Akademik Milli Dram Teatrı ilə yanaşı, dövlət tərəfindən
Musiqili və Rus Dram teatrlarına
da akademik status verilib. Teatrlarda minlərlə aktyor, aktrisa, rejissor, teatr rəssamı, bəstəkar
və digər yaradıcı peşə
sahibləri çalışırlar.
Burada yetişən dünya şöhrətli
sənətkarlar bu gün xalqımızın
mənəvi sərvəti
sayılırlar.
Tədbirdə Xalq artisti
İlham Namiq Kamalın çəkildiyi
filmlərdən, eyni zamanda, mühazirə Xalq artisti Nəsibə
Zeynalovanın ad günü ərəfəsinə
təsadüf etdiyindən
Nəsibə Zeynalovanın
“Qayınana” filmində,
“Mozalan” telejurnalında
rol aldığı səhnələrdən fraqmentlər
nümayiş etdirilib.

Yeni Azərbaycan.-
2019.- 20 aprel.- S.3