AzMİU-da Azərbaycan Türkiyə ali məktəblərinin rəhbərlərinin iştirakı ilə dəyirmi masa keçirilib

 

Azərbaycan Memarlıq İnşaat Universitetində (AzMİU) ölkəmizin aparıcı ali təhsil müəssisələrinin rəhbərləri Türkiyənin nüfuzlu İstanbul Texniki Universitetinin (İTU) nümayəndə heyətinin iştirakı ilə dəyirmi masa keçirilib.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, dəyirmi masada İTU-nun rektoru, professor Mehmet Karacanınİstanbul Texniki Universiteti nümunəsində XXI əsrdə universitetlərin dünəni, bu günü sabahımövzusunda məruzəsi ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tədbiri giriş sözü ilə açan AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova ölkənin aparıcı ali təhsil müəssisələrinin rəhbərlərinin türkiyəli qonaqların iştirak etdikləri görüşün əhəmiyyətini vurğulayıb, həmkarlarını İTU-nun təcrübəsini öyrənməyə dəvət edib.

Sonra məruzə ilə çıxış edən Mehmet Karaca müasir dünyanın tələblərinə uyğun olaraq hazırda təhsilin forma məzmununun dəyişdiyini, yeni biznes strukturlarının yaradılması ideyasının ortaya çıxdığını, təhsilalanların biznes ideyalarının gerçəkləşməsi üçün startap layihələrinin əhəmiyyətini vurğulayıb. Rektor İTU-da yaradılan texnoparkın fəaliyyətindən danışıb, universitet-sənaye işbirliyinin əməkdaşlığının faydalı nəticələrini qeyd edib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov, Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov, Azərbaycan Dövlət Neft Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı digərləri ölkəmizdə startap hərəkatının geniş vüsət aldığını, gənclərin bu sahəyə marağının artdığını bildirib, ali təhsil ocaqlarında texnoparkların yaradılmasnda ortaya çıxan çətinliklərdən danışıblar.

Müzakirələrdə Mehmet Karaca texnopark ənənəsinin öyrənilməsində Azərbaycan universitetlərinə dəstək göstərməyə hazır olduğunu bildirib, rektorları ali məktəb təmsilçilərini İTU Texnoparkının fəaliyyətini izləmək təcrübəsini öyrənmək üçün Türkiyəyə dəvət edib.

Yeni Azərbaycan.- 2019.- 24 aprel.- S.7