Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi elan olunub

 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti Heydər Əliyev Fondu Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi elan edib.

AZƏRTAC xəbər verir ki, heykəlinİçərişəhərmetrostansiyası yaxınlığındakı meydançada (İstiqlaliyyət küçəsi) ucaldılması nəzərdə tutulur.

Ərizə eskizlər iyunun 30-dək təqdim edilməlidir.

Müsabiqədə iştirakın şərtlər:

*Müsabiqədə landşaft memarlığı, bağça-park şəhər heykəltəraşlığı sahələrində işləyən peşəkar heykəltəraşlar iştirak edə bilərlər.

*Namizədlər müsabiqədə iştirak etmək üçün müəyyən olunmuş nümunə üzrə ərizə təqdim etməlidirlər. Ərizə bilavasitə namizəd tərəfindən doldurulur. Ərizənin bütün bəndlərinin doldurulması mütləqdir. Müsabiqədə iştirak üçün yalnız müəllifliyi şəxsən namizədə aid olan eskizlər qəbul edilir.

*Namizədlər tərəfindən göndərilmiş sənəd materiallar geri qaytarılmır onlar üçün ödəniş edilmir. Müəllif hüquqlarının pozulmasına (plagiata) görə məsuliyyəti müsabiqəyə müvafiq materialları göndərən şəxs daşıyır.

*Müəllif ərizə nəzərdən keçirilməsi üçün yaradıcılıq ideyasının ən azı iki eskizini (maketini) təqdim etməklə (elektron şəkildə təqdim etmək mümkündür) seçim mərhələsinin iştirakçısı olur. İştirak üçün ərizə eskizləri (maketləri) Heydər Əliyev Mərkəzinə (Bakı şəhəri, Heydər Əliyev prospekti, 1) təqdim etmək ya elektron poçt vasitəsilə contest@heydar-aliyev-foundation.org ünvanına göndərmək lazımdır.

*Müsabiqənin təşkilat komitəsi verilmiş ərizə eskizlər arasından bir qalibi müəyyənləşdirir. Müsabiqə iştirakçılarının seçimi aşağıdakı meyarlar üzrə həyata keçirilir: mövzuya uyğunluq, müəllif mülahizəsinin icra edilmə səviyyəsinin peşəkarlığı, təqdim edilmiş kompozisiyanın materialın emal texnologiyasına uyğunluğu.

Hər bir heykəl həm ayrılıqda bir müəllif, həm həmmüəlliflər tərəfindən hazırlana bilər. Həmmüəlliflərin sayı 3 nəfərdən artıq olmamalıdır.

Heykəlin ucaldılması müəllifin ya onun müvəkkili olan şəxsin bilavasitə müşahidəsi altında, müsabiqənin təşkilatçısı tərəfindən seçilmiş yerdə həyata keçiriləcəkdir.

Müsabiqənin münsiflər heyətinə - mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Azərbaycan Memarlar İttifaqının sədri, Əməkdar memar Elbay Qasımzadə, Mədəniyyət Nazirliyinin incəsənət şöbəsinin müdiri İsmayıl Hüseynov, Heydər Əliyev Fondunun incəsənət məsələləri üzrə eksperti, Əməkdar incəsənət xadimi Emin Məmmədov, Heydər Əliyev Mərkəzinin departament direktoru, Əməkdar incəsənət xadimi Məhəbbət Mehdiyeva, Xalq rəssamı, heykəltəraş, professor Akif Əsgərov, AMEA-nın Memarlıq İncəsənət İnstitutunun memarlıq abidələrinin qorunması bərpası problemləri şöbəsinin müdiri, memarlıq üzrə fəlsəfə doktoru Rahibə Əliyeva Mədəniyyət Nazirliyinin təsviri dekorativ sənət sektorunun müdiri, sənətşünas Qalib Qasımov daxildir.

 

 

 Yeni Azərbaycan.- 2019.- 26 aprel.- S.7.