Bakıda “İnsan inkişafı. Dünyaya inteqrasiya” mövzusunda II beynəlxalq elmi konfrans keçirilir
Aprelin 26-da Azərbaycan Memarlıq və İnşaat Universitetində
(AzMİU) bu ali məktəbin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə təşkil etdiyi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının
96-cı ildönümünə həsr olunmuş “İnsan inkişafı. Dünyaya inteqrasiya” mövzusunda II beynəlxalq elmi konfrans öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, konfrans
iştirakçıları əvvəlcə Heydər
Əliyevin AzMİU-nun
həyətində ucaldılmış
abidəsi önünə
əklil qoyub, xatirəsini ehtiramla anıblar.
Tədbiri açan
universitetin rektoru, professor Gülçöhrə
Məmmədova konfransın
AzMİU-da ikinci dəfə keçirildiyini
qeyd edərək, bunun bir ənənəyə
çevriləcəyini deyib.
Konfransın Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə
həsr edildiyini bildirən rektor bu tədbirin Ümummilli Liderin şəxsiyyətinə dərin
hörmət və ehtiramın təzahürü
olduğunu vurğulayıb.
O, Ulu Öndər Heydər Əliyevin çoxşaxəli, mənalı
ömür yolundan, zəngin dövlətçilik
təcrübəsindən, dövlətimiz və xalqımız qarşısında
misilsiz xidmətlərindən
söz açıb.
Ailə, Qadın
və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
sədri, professor Hicran Hüseynova “Davamlı inkişafda qadınların rolu” mövzusunda məruzə ilə çıxış
edib. O vurğulayıb
ki, gender bərabərliyinin təmin
edilməsi və qadınların səlahiyyətlərinin
genişləndirilməsi bu
gün dövlət siyasətinin mühüm prioritetlərini təşkil
edir. Bu baxımdan ötən
müddətdə qadınların
iştirakçılığının
artırılması üçün
imkanların genişləndirilməsi,
məşğulluq, sağlamlıq,
təhsil və sosial siyasət sahəsində gender bərabərliyinin inkişafı
istiqamətində mühüm
işlər görülüb.
Sonra AzMİU-nun ictimai
fənlər kafedrasının
müdiri Könül
Əliyeva “Firavan, ahəngdar və təhlükəsiz gələcək
üçün dəyişən
iqtisadiyyat və dövlət”, Ümumrusiya
Dövlət Ədliyyə
Universitetinin dosenti Şaraputdin Rəşidov
“Xarici tələbələrin
Rusiya Federasiyasının
ali təhsil müəssisələrində təhsil perspektivi və problemləri” mövzularında məruzələrlə
çıxış ediblər.
Konfrans işini
bölmə iclaslarında
davam etdirib.
Qeyd edək
ki, konfransa 98 məqalə təqdim edilib. İki gün davam
edəcək beynəlxalq
konfransın bölmə
iclaslarında məruzələr
dinləniləcək, müzakirələr
aparılacaq.
Yeni Azərbaycan.- 2019.- 27 aprel.- S.7.