“Azərbaycan Sərhəd Mühafizəsi
- 100 il” sənədli
filminin təqdimatı
olub
Azərbaycan Sərhəd Mühafizəsinin
100 illik yubileyinə həsr olunmuş bayram tədbirləri davam edir.
Dövlət Sərhəd Xidmətinin
(DSX) mətbuat mərkəzindən
AZƏRTAC-a bildiriblər ki,
yubiley münasibətilə
Azərbaycan kino sənətinin canlı əfsanəsi, Xalq artisti, kino¬rejissor Eldar Quliyev “Azərbaycan Sərhəd Mühafizəsi - 100 il” adlı sənədli film çəkib. Film Azərbaycan sərhədçilərinin bir
əsrlik tarixini əhatə edir.
Dövlət Sərhəd Xidmətinin aparatında sənədli
filmin təqdimatı keçirilib.
Zamanında dahi öndər
Heydər Əliyevin, hazırda isə Azərbaycan Respublikasının
Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində dövlət
sərhədlərinin etibarlı
mühafizəsində əldə
olunmuş xidməti nailiyyətlərdən, Azərbaycan
sərhədçilərinin
gündəlik fədakar
xidmətindən bəhs
edən sənədli
film böyük maraqla izlənilib.
Filmin nümayişindən
sonra Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev kinorejissor Eldar Quliyevi “Azərbaycan Sərhəd Mühafizəsinin
100 illiyi (1919-2019)” yubiley
medalı ilə təltif edib, filmin yaradıcı heyətinə minnətdarlığını
bildirib.
Yeni Azərbaycan.-
2019.- 17 avqust.- S. 3