Azərbaycanda yol infrastruktur
layihələri uğurla
icra olunur
Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi iqtisadi siyasət Azərbaycanı
regionun davamlı inkişaf edən, məqsədlərinə doğru
inamla irəliləyən
dövlətinə çevirib. Dövlət
başçısının rəhbərliyi altında
son illər ölkədə
işsizlik probleminin həlli, yeni sosial infrastruktur obyektlərinin - təhsil,
mədəniyyət, səhiyyə,
rabitə müəssisələrinin
istifadəyə verilməsi,
yeni yolların, su, qaz, elektrik,
rabitə xətlərinin
çəkilişi aparılan
işlərin uğurlarından
xəbər verir. Bu kontekstdə ölkəmizdə
regional inkişafa xidmət
edən proqramların
həyata keçirilməsi,
sənayeləşmə prosesinin
sürətləndirilməsi də diqqət mərkəzindədir.
Xarici investisiyaların
daha çox qeyri-neft sektoruna, regionların inkişafına
yönəldilməsi, əlverişli
sahibkarlıq və münbit biznes mühitinin təmin edilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyasının əsas
xətti kimi diqqəti çəkir. Yeni neft strategiyası çərçivəsində böyük iqtisadi-siyasi dividendlərə yol açan qlobal enerji və kommunikasiya layihələrinin
reallaşdırılması, qeyri-neft sektoruna diqqətin artırılması
hesabına iqtisadi inkişafdakı dinamizmin neftdən asılılıq
dərəcəsinin azaldılması,
regionların tarazlı
və davamlı inkişafı, yeni müəssisələrin yaradılması,
bölgələrin tarixi
məşğulluq ənənələrinin
bərpası yolu ilə yeni iş
yerlərinin açılması,
əhalinin sosial müdafiə tədbirlərinin
gücləndirilməsi ötən
14 ildə cənab İlham Əliyevin hökumət qarşısında
müəyyənləşdirdiyi mühüm vəzifələrdən
olub.
Dövlət başçısının
2014-cü il 27 fevral tarixli sərəncamı ilə
təsdiq edilən “Azərbaycan Respublikası
regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət
Proqramı” respublikanın
regionlarının, o cümlədən
qeyri-neft sektorunun inkişafı sahəsində
2004-cü ildən başlanmış
tədbirlərin uğurlu
davamına təminat yaradır. Dövlət proqramı ölkədə
makroiqtisadi sabitliyin təmin olunması, sahibkarlıq fəaliyyətinin
genişləndirilməsi, yeni
müəssisə və
iş yerlərinin yaradılması, əhalinin
rifah halının daha da yaxşılaşdırılması
kimi prioritetləri özündə ehtiva edir. Regionların sosial-iqtisadi inkişafı
sahəsində həyata
keçirilən siyasət
ölkənin makroiqtisadi
göstəricilərinin sürətlə
yaxşılaşmasına səbəb olmuşdur.
Bölgələrdə sahibkarılığın inkişafı bu sahədə aparılan işlərin uğurlarından
xəbər verir.
Regionların qeyri-proporsional inkişafının
qarşısının alınması,
infrastrukturun yeniləşdirilməsi,
mövcud problemlərin
aradan qaldırılması
məqsədilə ötən
dövrdə imzalanmış
sənədlərin icra
vəziyyəti ilə
tanış olmaq, sıravi insanlarla birbaşa ünsiyyət quraraq mövcud çətinliklər barədə
informasiyaları ilkin mənbədən almaq üçün vaxtaşırı
Azərbaycanın müxtəlif
rayonlarına təşkil
edilən səfərlər
cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin mühüm
cəhətlərindən biri
kimi diqqət çəkir. Vətəndaşlarla
birbaşa təmasa üstünlük verən,
özünəməxsus təmkin
və həssaslıqla
onların problemlərini
dinləyən, bu problemlərin dərhal həlli üçün qəti tapşırıqlar
verən cənab
İlham Əliyevin bu addımları ictimaiyyət
tərəfindən yüksək
qiymətləndirilir, xalqın
öz Prezidentinə olan inamını, etimadını daha da artırır.
Prezident İlham Əliyevin bu günlərdə Gədəbəy, Şəmkir,
Samux rayonlarına səfəri də mühüm sosial obyektlərin açılışı
ilə əlamətdar
oldu. Azərbaycanın regionlarında son illər yol infrastrukturunun inkişafı
istiqamətində məqsədyönlü
tədbirlər həyata
keçirilir. Avtomobil yollarının
tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artır.
Hazırda respublikanın yol
infrastrukturunun yenidən
qurulması və təkmilləşdirilməsi ilə
bağlı dövlət
büdcəsi vəsaiti
hesabına irimiqyaslı
layihələr uğurla
icra olunur. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən
indi diqqət regionlarda kənd və qəsəbələri
birləşdirən, həmçinin
yaşayış məntəqələrinin
daxili yollarının
təmirinə və yenidən qurulmasına yönəldilib.
Ölkə rəhbərinin Samux rayonuna səfəri çərçivəsində Zazalı-”İmamzadə” kompleksi - Gəncə avtomobil yolunun açılışında iştirakı
deyilənlərə əyani
misaldır. Uzunluğu 19 kilometrdən çox olan bu yolun
tikilməsi Gəncə
şəhərinin şimal
hissəsindən keçən
əlavə dairəvi
avtomobil yolu rolunu oynayaraq Samux, Şəmkir, Tovuz, Qazax, Gürcüstan
ilə dövlət sərhədi istiqamətində
və əksinə hərəkət edən nəqliyyat vasitələrinin
Gəncə şəhərinin
mərkəzinə daxil
olmadan yük və sərnişin daşımasını təmin
etməyə imkan verəcək. Eyni zamanda, bu yol
vasitəsilə əsrlərdən
bəri Azərbaycanın
müxtəlif bölgələrindən,
eləcə də başqa ölkələrdən
gələn müsəlmanların
ziyarətgahı olan,
Gəncədəki VIII əsrə
aid tarixi-memarlıq abidəsi
kimi qorunan “İmamzadə” dini-mədəniyyət
kompleksinə ziyarətçilərin
rahat gediş-gəlişi
təmin ediləcək.
Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun açılışı da bu
səfərə təsadüf
etdi. 23 min nəfər əhalinin yaşadığı
və 11 yaşayış
məntəqəsini birləşdirərək
yük və sərnişin daşımasını
xeyli yaxşılaşdırmağa
imkan verən bu yolun tikintisi
Prezident İlham Əliyevin 2014-cü ildə
imzaladığı müvafiq
sərəncama əsasən
həyata keçirilib.
Şəmkir-Yeni Göyçə-Dağ Cəyir
avtomobil yolunun istifadəyə verilməsi
də orada yaşayan insanlar tərəfindən yüksək
qarşılanıb. Bu yolun tikintisinə Azərbaycan Respublikası
Prezidentinin 2014-cü ildə
imzaladığı sərəncama
əsasən başlanılıb.
Yol 5 min nəfər əhalinin yaşadığı 7 kəndi
birləşdirir. Avtomobil yolu
texnoloji ardıcıllığa
riayət edilməklə
və yüksək keyfiyyətlə inşa edilib. Ümumi uzunluğu 31 kilometr
olan Şəmkir-Yeni Göyçə-Dağ Cəyir
avtomobil yolunun istifadəyə verilməsi
ümumilikdə rayonun
sosial-iqtisadi inkişafına
müsbət təsir
edəcək, yük və sərnişin daşınmasının yaxşılaşmasına
imkan yaradacaq. Gədəbəy rayonunda Qızıltorpaq-Ağbaşlar
avtomobil yolu da istismara verilib.
7 min əhalinin yaşadığı
və beş
yaşayış məntəqəsini
birləşdirən Novosaratovka-Çobankənd-Novoivanovka
kəndlərarası avtomobil
yolunun tikintisi də başa çatıb. Doqquz kilometr uzunluğu
olan bu yol
dördüncü texniki
dərəcəlidir və
iki hərəkət zolaqlıdır. İnşası başa çatmış
yollardan biri də Qarıkənd-Miskinli-Çalburun
avtomobil yoludur. Uzunluğu 16
kilometr olan bu yol da iki
hərəkət zolaqlıdır.
Kənd əhalisi artıq müasir standartlara uyğun yoldan istifadə edəcək.
Qeyri-neft
sektorunun və sahibkarlığın inkişafı,
yeni müəssisələrin
işə salınması
istiqamətində həyata
keçirilən sistemli
tədbirlər əmək
qabiliyyətli əhalinin
iqtisadi fəallığının
yüksəlməsinə gətirib
çıxarır.
Prezident İlham Əliyevin adı çəkilən
rayonlara səfəri bölgələrimizin davamlı
inkişaf etdiyini və sosial-iqtisadi layihələrin uğurla
icra edildiyini bir daha təsdiqlədi. Azərbaycan Prezidentinin
fəaliyyətinin əsas
qayəsi xalqa və dövlətə sədaqətli xidmət prinsipi üzərində qurulmuşdur. Əminliklə demək olar ki, Azərbaycan xalqını xoşbəxt
gələcəyə aparan
bu siyasət bundan sonra da uğurla davam etdiriləcək, respublikamız
cənab İlham Əliyevin rəhbərliyi
altında öz inkişaf tempini sürətləndirəcək və qabaqcıl dövlətlər arasında
layiqli yerini tutacaq.
Nardar Bayramlı
Yeni Azərbaycan.- 2019.- 31 avqust .-
S. 6.