Prezident İlham Əliyev: Azərbaycan dövləti
hər zaman Azərbaycan vətəndaşının
yanındadır
Dövlət başçısının təbii fəlakət baş verən bölgələrə səfərləri
çərçivəsində yerli ictimaiyyətin nümayəndələri ilə
çoxsaylı görüşlər
keçirməsi, vətəndaşları
narahat edən bütün məsələlərə
böyük həssaslıqla yanaşması
təqdirəlayiq nümunə
kimi diqqəti cəlb edir
Dünya iqtisadiyyatına uğurla
inteqrasiya edən və yüksək beynəlxalq nüfuza malik olan Azərbaycan
dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir.
Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu
siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirilməsi nəticəsində Azərbaycan
ötən müddət ərzində
möhtəşəm nailiyyətlər
qazanıb, ölkəmizin
qarşısında yeni
perspektivlər açılıb.
Azərbaycanın inkişafının,
əldə etdiyi nailiyyətlərin əsasında
uğurla, uzaqgörənliklə
reallaşdırılan praqmatik
daxili və xarici siyasət kursu dayanır.
Ümumiyyətlə, milli inkişaf
modelinin uğurla tətbiq olunması və hədəflənən
nəticələrin əldə
edilməsi, siyasi, hüquqi və sosial-iqtisadi islahatların
davamlı olaraq həyata keçirilməsi,
ölkəmizin beynəlxalq
münasibətlər sisteminin
nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsi və digər nailiyyətlər
müasir müstəqil
Azərbaycanın gerçəkliklərini
təşkil edir. Bütövlükdə, Prezident
İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, prinsipial,
milli maraqlara əsaslanan siyasət nəticəsində Azərbaycan
güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilib.
Digər tərəfdən, Azərbaycanda dövlət
siyasətinin çox
mühüm tərkib
hissəsini sosial siyasət təşkil edir. Ölkəmizdə səmərəli sosial siyasət həyata keçirilir, vətəndaşlar
yüksək dövlət
qayğısı ilə
əhatə olunublar.
Bu istiqamətdə mütəmadi olaraq Fərman və sərəncamlar imzalanır,
müvafiq qərarlar qəbul olunur.
Ölkəmizdə həyata keçirilən
dövlət siyasətinin
mərkəzində Azərbaycan
vətəndaşı dayanır
Ümumiyyətlə, Azərbaycan dövləti
hər zaman öz vətəndaşlarının
yanındadır. Bunu göstərən çoxsaylı
nümunələr mövcuddur.
Bu kontekstdə bir məqama toxunmaq məqsədəmüvafiq
olar. Məlum olduğu kimi, cari il fevralın
5-də və 6-da baş
vermiş zəlzələlər
Şamaxı, İsmayıllı
və Ağsu rayonlarında bir sıra fəsadlar törədib. Belə ki, baş verən
zəlzələlər nəticəsində
çox sayda fərdi ev qəzalı
vəziyyətə düşüb,
bir sıra sosial təyinatlı tikililərə və infrastruktur obyektlərinə
ziyan dəyib. Prezident İlham Əliyevin imzaladığı müvafiq
Sərəncama əsasən
hər üç rayonda təbii fəlakətin nəticələrini
aradan qaldırmaq üçün intensiv şəkildə tikinti və təmir-bərpa işləri həyata keçirilib və proses davam edir.
Ümumiyyətlə, Azərbaycanın
dövlət başçısı
təbii fəlakət
zonasında görülən
işləri ciddi nəzarətdə saxlayır.
Elə bu günlərdə Prezident
İlham Əliyevin Şamaxıda zəlzələ
nəticəsində ziyan
çəkmiş ailələr
üçün yeni inşa edilmiş binada yaradılmış şəraitlə tanış
olması da deyilənlərin bariz sübutudur.
Ümumiyyətlə, Azərbaycanın dövlət başçısının
bəhs olunan son səfərləri respublikamızda uğurla reallaşdırılan dövlət
siyasətinin bilavasitə
cəmiyyətdən gələn
sosial sifarişlər
əsasında formalaşdığını
və onun əsas qayəsinin vətəndaşların arzu və istəklərinin
həyata keçirilməsi,
üzləşdikləri çətinliklərin
operativ qaydada aradan qaldırılması
olduğunu bir daha nümayiş etdirir. Yeri gəlmişkən, Şamaxıda zəlzələ
nəticəsində ziyan
çəkmiş ailələr
üçün yeni inşa edilmiş binada yaradılmış şəraitlə tanışlıq
zamanı dövlətimizin
başçısı bu
məqamlara toxunub. 10 ay ərzində bütün fərdi evlərin tikildiyini, təmir olunduğunu qeyd edən Prezident İlham Əliyev “İndi, düzdür, bəzilərinin
tikintisi davam edir. Hündürmərtəbəli,
174 mənzilli üç
bina, o cümlədən
bu bina. Təkcə Şamaxı rayonunda yox, Ağsuda, İsmayıllıda
da böyük işlər görülübdür.
Bütün bunları
biz dövlətin vəsaiti hesabına etdik. Bir daha
göstərdik ki, Azərbaycan dövləti
hər zaman Azərbaycan vətəndaşının
yanındadır”, - deyə
bildirib.
Doğrudur, dünyada
inkişaf etmiş ölkələrin təcrübəsinə
nəzər saldıqda
bu cür problemlərin dövlət
tərəfindən həll
olunmadığının şahidi
oluruq. Amma Azərbaycan dövləti
Prezident İlham Əliyevin siyasi iradəsi və humanist təşəbbüsü
əsasında evsiz qalmış vətəndaşların
sözügedən problemlərini
həll edir, bir daha vətəndaşları
maraqlandıran məsələlərin
həllini tapdığını
nümayiş etdirir.
Dövlətimizin başçısının
qeyd etdiyi kimi: “Biz evsiz-eşiksiz
qalmış insanların
problemlərini həll
etməli idik, bu, bizim borcumuzdur.
Amma onu da bildirməliyəm ki, inkişaf etmiş ölkələrdə
belə deyil. Orada əgər zəlzələ, daşqın
baş verirsə, evlər uçursa, vətəndaş getməlidir
sığorta şirkətinə,
əgər evi sığortalayıbsa. Onda
sığorta şirkəti
baxır, ölçüb-biçir,
vaxt gedir, vətəndaş isə haradasa yaşamalıdır.
Bəzilərinin məsələsi
heç həll olunmur. Amma bizdə
belə deyil. Əvvəlki dövrdə
də zəlzələ
baş verən zaman eyni yanaşma
olub, bu gün də belədir. Bu, dövlətimizin niyyətini,
gücünü göstərir.
Bir də onu göstərir ki, vətəndaşların
problemləri diqqət
mərkəzindədir. Bu
ev yəqin ki, əvvəlki evdən də fərqlənir”.
Prezident İlham Əliyevin
təbii fəlakət
baş verən bölgələrə səfərləri
çərçivəsində yerli ictimaiyyətin nümayəndələri ilə
çoxsaylı görüşlərə,
söhbətlərə qatılması,
sakinlərin özlərinin
problemlərini dilə
gətirmələri, dövlət
başçısının vətəndaşları narahat
edən bütün məsələlərə böyük
həssaslıqla yanaşması
təqdirəlayiq nümunə
kimi diqqəti cəlb edir. Bu, cənab İlham Əliyevin hər bir azərbaycanlının
Prezidenti olduğunu bir daha sübut
edir.
Şamaxı rayonunun kompleks inkişafı dövlət
başçısının diqqətindədir
O da xüsusi qeyd edilməlidir ki, Azərbaycan Prezidentinin siyasi iradəsi əsasında həyata keçirilən sosialyönümlü
iqtisadi siyasət vətəndaşların rifahının
daha da yüksəlməsini,
ölkənin tərəqqisini
təmin etməklə
yanaşı, regionların
sosial-iqtisadi inkişafını
da sürətləndirib. Dövlətimizin
başçısının Şamaxıya bəhs olunan səfəri zamanı müşahidə
edilən reallıqlar
və ifadə olunan fikirlər də bunu təsdiqləyir.
Rayonda infrastrukturun təkmilləşdirilməsi, əhalinin
həyat şəraitinin
daha da yaxşılaşdırılması
istiqamətində həyata
keçirilən tədbirlər
davamlı xarakter daşıyır. Prezident
İlham Əliyev bəhs olunan görüş zamanı deyib: “Şamaxı rayonunun kompleks inkişaf planı artıq təsdiqlənib.
Mənim bir neçə sərəncamım
olmuşdur, həm yolların tikintisi, həm də kommunal texnikanın alınması ilə bağlı. Burada qar yağanda bəzi yollar keçilməz olur. Ona görə kommunal texnika, müasir sərnişin avtobusları, müasir təcili tibbi yardım maşınları
alınacaq. Ondan sonra dayanacaqlar, şəhər təsərrüfatı
tamamilə yenilənəcək.
İstəyirəm biləsiniz
ki, təxminən 4-5 aydan sonra şəhərin
su problemi də tamamilə öz həllini tapacaq. Şamaxıda su problemi artıq
həll olunur”.
Ümumiyyətlə, bütün sahələrdə
müşahidə olunan
dinamik tərəqqi Azərbaycanın bölgələrini
də əhatə edir, regionların sosial-iqtisadi inkişafı
davamlı xarakter alıb. Respublikamızda regionların sosial-iqtisadi
inkişafına dair əvvəlki iki Dövlət Proqramı kimi, 2014-2018-ci illəri əhatə edən sayca üçüncü
proqramın da icrası yüksək səviyyədə təmin
olunub və Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixində imzaladığı növbəti
Fərmanla “Azərbaycan
Respublikası regionlarının
2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı”
təsdiqlənib. Hazırda
müvafiq Dövlət
Proqramı çərçivəsində
müəyyən olunmuş
işlər müvəffəqiyyətlə
davam etdirilir. Bütün bunlar isə, şübhəsiz
ki, regionların sosial-iqtisadi inkişafının
davamlı xarakter daşıdığını göstərir.
Nurlan QƏLƏNDƏRL
Yeni Azərbaycan.-
2019.- 14 dekabr.- S.3