Azərbaycanda “ASAN xidmətöz coğrafiyasını genişləndirir

 

Prezident İlham Əliyev: “ASAN xidmət”in vətəndaşlar tərəfindən bəyənilmə əmsalı 99,4 faizdir. Yəni bu, onu göstərir ki, xidmət, doğrudan da, böyük nailiyyətdir, ictimai xidmətlər sahəsində böyük dəyişikliklərə gətirib çıxarıb

Müasirləşməni strateji hədəf kimi müəyyənləşdirən Azərbaycan vətəndaşlara göstərilən ictimai xidmətlərin keyfiyyətini əlçatanlığını daha da artırmağı hədəfləyib. Ölkəmizin qarşıya belə bir hədəf qoyması isə heç təsadüfi deyil. Xidmət sektoru, demək olar ki, hər bir vətəndaşın çox tez-tez üz tutduğu bir sahədir. Bir vaxtlar xidmət sektorunda vətəndaşların bu ya digər çətinliklərlə rastlaşdıqları isə hələ yaddaşlardan silinməyib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 5-də Şamaxıda “ASAN Həyatkompleksinin açılışından sonra kompleksin əməkdaşları ilə keçirdiyi görüşdəki çıxışında da bildirildiyi kimi, bürokratiya, süründürməçilik, korrupsiya, rüşvətxorluq xidmət sektorunun əsas problemləri idi. Prezident İlham Əliyevin təşəbbüsü ilə respublikamızda “ASAN xidmət”in fəaliyyətə başlamasından sonra artıq bu sahədə tam şəffaflıq təmin edilib. Vətəndaşlar “ASAN xidmətmərkəzlərində onlara göstərilən xidmətlərin yüksək səviyyəsindən, operativliyin şəffaflığın təmin olunmasından, neqativ halların aradan qaldırılmasından məmnundurlar. Bəhs olunan görüşdəki çıxışında “ASAN xidmət”in vətəndaşlar tərəfindən bəyənilmə əmsalının kifayət qədər yüksək olduğunu nəzərə çatdıran Prezident İlham Əliyev vurğulayıb: “Şadam ki, “ASAN xidmət”in vətəndaşlar tərəfindən bəyənilmə əmsalı 99,4 faizdir. Yəni bu, onu göstərir ki, xidmət, doğrudan da, böyük nailiyyətdir, ictimai xidmətlər sahəsində böyük dəyişikliklərə gətirib çıxarıb”.

Hazırda “ASAN xidmətmərkəzləri 350-yə yaxın xidmət portfelinə malikdir

“ASAN xidmət”in yaşı elə çox deyil. Ölkəmizdə dövlət başçısının müvafiq Fərmanı əsasında yeddi il bundan əvvəl - 2012-ci il iyulun 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılıb onun tabeliyində olan “ASAN xidmətmərkəzləri fəaliyyətə başlayıb. “ASAN xidmətvətəndaşlara dövlət xidmətlərinin göstərilməsində müasir çağırışlara yüksək səviyyədə cavab verən istitusional qurumdur. Dövlət idarəçiliyi sahəsində islahatların tərkib hissəsi kimi yaradılan “ASAN xidmət”in respublikamızda yüksək populyarlıq qazanması üçün böyük zaman kəsiyi lazım gəlmədi. Bakıda pilot layihə kimi əsası qoyulan “ASAN xidmətmərkəzləri çox qısa bir müddətdə özünü doğrultdu ölkəmizdə bu şəbəkənin coğrafiyası genişlənməyə başladı. Şamaxıda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən “ASAN Həyatölkəmizdə yaradılan sayca 16-cı mərkəzdir. Daha 4 mərkəzin isə yaxın vaxtlarda istifadəyə verilməsi gözlənilir. Belə ki, Kürdəmir, Ağcabədi, Tovuz mərkəzlərində bütün işlər tamamlanıb, Balakən mərkəzi isə gələn il istifadəyə veriləcək. Perspektivdə Bakıda “ASAN xidmətmərkəzlərinin sayı artırılacaq. İndiyədək paytaxtımızda 5 belə mərkəz istifadəyə verilib. Son vaxtlarda həmin mərkəzlərdə növbələrin yarandığı nəzərə alınaraq daha iki mərkəzin açılması qərara alınıb. Eyni zamanda, Sumqayıt Gəncə şəhərlərinin hər birində ikinci mərkəzlər açılacaq. Bundan başqa, artıq xeyli vaxtdır ki, respublikamızda vətəndaşlara səyyar xidmətlər göstərilir. Belə ki, 10-dan çox avtobus, eləcə “ASAN qatardaim ölkəmizin regionlarını dolaşır. Beləliklə, demək olar ki, respublikamızın hər bir yeri nümunəvi xidmətlə əhatə olunub. Bu günədək ölkə üzrə “ASAN xidmətmərkəzlərinə daxil olan müraciətlərin sayı 35 milyona yaxındır. “ASAN xidmətfəaliyyətə başladığı dövrə nisbətən xidmətlərin sayını 12 dəfə genişləndirib. Prezident İlham Əliyev vurğulayıb ki, “ASAN xidmət”in funksiyalarının genişləndirilməsi buna olan tələbatla bağlıdır. Xidmətlərin sayı artır, artıq 320-dən çox xidmət göstərilir. ABAD Mərkəzlərinin fəaliyyətini nəzərə alsaq, artıq bu rəqəm 350-yə çatır. Bu da onu göstərir ki, biz son illərdə ASAN-ın funksiyalarını böyük dərəcədə genişləndirə bilmişik buna ehtiyac var idi. Çünki “ASAN xidmət”də işlər yüksək dərəcədə düzgün qurulur. Problemli sahələrin bir çoxu da “ASAN xidmət”in əhatəsinə daxil edilib. Beləliklə, artan xidmətlər xidmətlərin keyfiyyəti göstərir ki, biz düzgün yoldayıq. Çünki biz başlayanda xidmətlərin sayı təqribən 20-30 ətrafında idi”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Hazırda “ASAN xidmətmərkəzlərinə daxil olan müraciətlər arasında şəxsiyyət vəsiqələrinin alınması dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, notariat fəaliyyəti, eləcə miqrasiya əmlak məsələləri ilə bağlı olan xidmətlər üstünlük təşkil edir. Bütövlükdə 12 müxtəlif dövlət qurumu ayrı-ayrı özəl şirkətlər “ASAN xidmət”ə inteqrasiya olunublar.

“ASAN xidmətmərkəzləri üçün xarakterik cəhət ondan ibarətdir ki, burada əsasən gənclər çalışırlar. Ölkəmizdə getdikcə daha geniş vüsət alan könüllülük hərəkatı da məhz “ASAN xidmətmərkəzlərindən başlayıb. Müsbət təcrübə qısa müddətdə geniş yayılıb. Böyük könüllülər ordusu respublikamızın uğurla ev sahibliyi etdiyi birinci Avropa IV İslam Həmrəyliyi Oyunlarının, eləcə bir sıra digər beynəlxalq tədbirlərin keçirilməsinə fəal dəstək verib. Hazırda bir sıra dövlət qurumlarının fəaliyyətində könüllülər yaxından iştirak edirlər. Könüllü kimi əmək fəaliyyətinə başlayan gənclər yaxşı təcrübə toplayır, müsbət vərdişlər, ünsiyyət bacarığı qazanırlar ki, bu da sonradan onların karyera qurmalarına, müxtəlif vəzifələrə irəli çəkilmələrinə müsbət təsir göstərir.

Artıq “ASAN xidmətƏfqanıstanda fəaliyyət göstərir daha bir neçə ölkədə açılması gözlənilir

Azərbaycan brendi olan “ASAN xidmət”ə beynəlxalq miqyasda böyük maraq var. Qürur hissi ilə vurğulaya bilərik ki, qurumun fəaliyyəti Avropa İttifaqı, Avropa Parlamenti, Böyük Britaniya parlamenti tərəfindən, həmçinin Fransa, Almaniya digər ölkələrdə yüksək qiymətləndirilir. Özünəməxsus hüquqi strukturu olan bu model bir çox beynəlxalq əməkdaşlar ekspertlər tərəfindən təqdirəlayiq hesab olunub. Artıq Azərbaycanın “ASAN xidmətmodeli əsasında Əfqanıstanda dövlət xidmətlərinin göstərilməsi sahəsində eyniadlı qurum təsis edilib. Bundan başqa, İtaliya, Koreya Respublikası, Fransa, İndoneziya, Monteneqro İSESKO təşkilatı ilə əməkdaşlığa dair Anlaşma memorandumları imzalanıb. 2014-cü ildə “ASAN xidmət” İSO 9001:2008 OHSAS 18001:2007 standartları üzrə beynəlxalq dərəcəli sertifikatlara layiq görülüb. “ASAN xidməthəmçinin Britaniya Əməyin Mühafizəsi Şurası tərəfindən beynəlxalq müsabiqənin qalibi olub. “ASAN xidmət” 2015-ci il BMT-ninDövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsikateqoriyasında 1-ci yerə layiq görülərək xüsusi mükafat diplomla təltif olunub. Prezident İlham Əliyev dünyada “ASAN xidmətmodelinə marağın getdikcə artdığına diqqət çəkərək vurğulayıb: “ASAN bizim intellektual məhsulumuzdur. Mən çox şadam ki, Azərbaycan intellektual məhsul icad edir bunu ixrac edir. İntellektual məhsulun, xidmətlərin ixracı hesab edirəm ki, bizim gələcək fəaliyyətimizdə çox böyük diqqətə layiq olmalıdır. “Bakutelsərgisində mənə edilən təqdimatlar göstərir ki, biz artıq xidmətləri, o cümlədən peyk xidmətlərini, innovasiyalarla bağlı olan xidmətləri ixrac edirik. “ASAN xidmətmərkəzi artıq Əfqanıstanda fəaliyyət göstərir bir neçə ölkə ilə bizim artıq anlaşma memorandumlarımız sazişlər imzalanıbdır. ASAN dünyada öz fəaliyyətini genişləndirir bizim gələcəkdə bir çox ölkələrlə əməkdaşlığımız mümkündür. Əsas şərtimiz ondan ibarətdir ki, Azərbaycanda göstərilən xidmət orada da göstərilsin, çünki bu, bizim brendimizdir mərkəzin adı da bütün ölkələrdə ASAN olmalıdır”.

Yeri gəlmişkən, Azərbaycanda dövlət xidmətlərinin çox təkmil yüksək səviyyədə həyata keçirildiyi Birləşmiş Millətlər Təşkilatı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə 2019-cu ilin iyun ayında Bakıda baş tutan BMT-nin Dövlət Xidmətləri Forumunda da xüsusi vurğulanıb. Dünyanın 190-dan çox ölkəsindən 500-dən artıq nümayəndənin iştirak etdiyi belə bir mötəbər forumun Bakıda keçirilməsi Azərbaycanın təcrübəsinin dünyada böyük maraqla izlənildiyini bir daha təsdiqləyir.

Mübariz ABDULLAYEV

Yeni Azərbaycan.- 2019.- 14 dekabr.- S.3