Moskvada Elmira AxundovanınHeydər Əliyev. Şəxsiyyət Zamanroman-tədqiqatının təqdimatı olub

 

Moskvada, Rusiya Dövlət Kitabxanasının Şərq Ədəbiyyatı Mərkəzində tanınmış yazıçı-publisist, Xalq yazıçısı, Azərbaycanın Əməkdar jurnalisti Elmira Axundovanın üç cilddəHeydər Əliyev. Şəxsiyyət Zamanroman-tədqiqatının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, üçcildlik Heydər Əliyev Fondunun Ümumdünya Dağ Yəhudiləri Konqresinin dəstəyi iləKanon-plyusnəşriyyatında çapdan çıxıb. Kitablarda aztanınan faktlar, dərin təhlil müəllif şərhləri ilə müşayiət olunan eksklüziv informasiya toplanıb. Birinci kitab Heydər Əliyevin uşaqlıq gənclik illərinə, təhlükəsizlik orqanlarında fəaliyyətinə, habelə 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyi dövrünə həsr olunub. İkinci kitabda Heydər Əliyevin Y.Andropov, K.Çernenko M.Qorbaçovla qarşılıqlı münasibətləri, Kreml intriqalarının sirləri, Qorbaçovun yenidənqurmasının başlanması sonu, Heydər Əliyevin istefasının əsl səbəbləri barədə faktlar yer alıb. E.Axundova tədqiqatın üçüncü kitabında Heydər Əliyevin Vətənə qayıdışından yazır. Bu kitab Azərbaycanda müharibəni dayandırmağın, ölkəni parçalanmaqdan xilas etməyin, Ermənistanla atəşkəs əldə edilməsinin, ölkənin böhrandan çıxarılmasının iqtisadi inkişafının təmin edilməsinin hansı səylərlə başa gəlməsi haqqındadır.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxışında Ümummilli Lider Heydər Əliyevin həyatının Moskvada SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi dövründən danışaraq deyib: “O, Moskvada SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işləyəndə təqribən 30 nazirliyə kuratorluq edib. Bu isə çox böyük məsuliyyət idi. Fəlakətlər, faciələr baş verəndə Onu dövlət komissiyalarının Sədri təyin edirdilər. Odessada mənə danışıblar ki, Heydər Əlirza oğluAdmiral Naximovteploxodunda batmış hər bir insanın ailəsi ilə görüşüb çoxsaylı insan tələfatına səbəb olmuş bu irimiqyaslı qəzanın nəticələrini ləğv etmək üçün böyük işlər görüb”.

Səfir qeyd edib ki, Heydər Əliyevin 1960-cı illərin sonu - 1970-ci illərdə Azərbaycana rəhbərliyi dövründə ölkəmiz dünyaya çoxlu sayda tanınmış yazıçı, rəssam, şair, bəstəkar, artist bəxş edib. Onlar Heydər Əliyevin qayğısı sayəsində formalaşıblar.

Kitabların müəllifi Elmira Axundova Ümummilli Lider Heydər Əliyevlə şəxsi görüşləri ilə bağlı xatirələrini bölüşərək qeyd edib ki, Heydər Əliyevlə birinci dəfəLiteraturnaya qazeta”nın tapşırığı ilə Naxçıvanda görüşüb. O deyib: “Mən Ondansabiqlərrubrikası üçün müsahibə götürməyə getmişdim. O, mənə heyrətamiz mətləblərdən danışdı. Bu, Sovet İttifaqının dağılmasından bir il əvvəl olmuşdu. Mənə demişdi ki, ittifaq dağılacaq, Qorbaçov ölkəni heçsizliyə aparır. İttifaq dağılandan sonra Heydər Əliyev Dövlət Fövqəladə Vəziyyət Komitəsini dəstəkləmədi, 46 deputat arasında müstəqilliyə birinci səs verdi, Naxçıvanda üçrəngli bayrağımızı yüksəltdi. E.Axundova vurğulayıb ki, Heydər Əliyev bir çox keyfiyyətləri özündə cəmləmişdi: O, yaxşı natiq, səbirli dinləyici, uzaqgörən siyasətçi idi. “Onun başlıca keyfiyyəti, şübhəsiz ki, Azərbaycana məhəbbət idi. O, Azərbaycanı həyatından çox sevirdi Azərbaycanı Onun Azərbaycana məhəbbəti dirçəltdi”, - deyən E.Axundova sonda bildirib ki, hazırdaZərifə Heydər. Əbədi məhəbbət”, “Tanıdığımız tanımadığımız Əliyevkitabları üzərində işləyir.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi öz çıxışında deyib: “Heydər Əliyev böyük insan kimi qəlbimdə əbədi məskən salıb. Bu insan ruhən mənə çox yaxın idi, çünki vətənpərvər, güclü ağıllı idi. Belə insanlar həm cəmiyyəti, həm dünyanı hərəkətə gətirir tarixdə qalırlar”. Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı münasibətlərdən danışan rektor qeyd edib ki, əgər Heydər Əliyev bütün bunları görsəydi, gülümsəyərək deyərdi: “Belə olmalıdır, bu, mənim xoşuma gəlir”.

Azərbaycan diplomatı, ictimai xadim, Azərbaycan mühacirəti tarixinin tədqiqatçısı Ramiz Abutalıbov Fransada Azərbaycan Xalq Cümhuriyyəti üzvlərinin məzarlarının bərpa edilməsinə Heydər Əliyevin kömək etməsi tarixindən danışaraq deyib: “Mühacir tanışım Qədir Süleymanov Fransada mənə azərbaycanlıların dəfn olunduğu qəbiristanı göstərdi. Birinci respublikanın nazirlərindən birinin məzarı bərbad vəziyyətdə idi. Mən Heydər Əliyevə müraciət etdim. Dərhal səfirliyə göstəriş verildi tanınmış azərbaycanlının məzarı bərpa olundu. Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev Fondu sayəsində hazırda Fransada AXC-nin yeddi xadiminin məzarı tamamilə bərpa olunub”.

RF Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı Dövlət Xidməti Akademiyasının Dövlət Xidməti İdarəçiliyi İnstitutunun professoru Nizami Məmmədov xatırladıb ki, sovet dövründə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan gənclərindən ibarət böyük bir qrup Moskvaya təhsil almağa göndərilib. O deyib: “Mən bu gənclər arasında Moskvaya oxumağa gəldim. Təhsilim başa çatandan sonra mənə qalıb Fəlsəfə İnstitutunda işləməyi təklif etdilər. Heydər Əliyev Moskvaya gələndə bütün tələbələri, aspirantları Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə toplayaraq problemlərlə maraqlanırdı. O, Öz çıxışlarında deyirdi ki, biz Vətənə qayıtmalıyıq respublikaya faydalı olmalıyıq. Ona yaxınlaşıb dedim ki, mənə Moskvada qalmaq təklif olunub. O isə belə cavab verdi: “Əlbəttə, siz qalmalısınız, biliklərinizi təkmilləşdirməlisiniz, amma həmişə Azərbaycan barədə düşünməlisiniz”.

SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində Heydər Əliyevin keçmiş köməkçisi Vladimir Uxov 1986-cı ildəAdmiral Naximovsərnişin paroxodunun qəzaya uğramasından danışaraq deyib ki, dəhşətli faciədə Ukraynanın 15 vilayətinin, Rusiyanın 10 vilayətinin, habelə Belarus, Litva, Moldova, Özbəkistan sakinləri doğma yaxınlarını itirmişdilər, 423 cəsəd tanınmış, 65 adam itkin düşmüşdü. O vaxt faciənin səbəblərinin araşdırılması üzrə hökumət komissiyasına Heydər Əliyevin başçılıq etdiyini vurğulayan V.Uxov deyib:Heydər Əliyev müsahibələrindən birində demişdi: “Naximov”un qəzası məni ürəyimdən vurdu”. Bu faciəli hadisə həqiqətən Ona güclü təsir göstərmişdi”.

Dövlət Dumasının deputatı Dmitri Savelyev qeyd edib ki, böyük siyasi xadimin xatirəsinə həsr olunmuş gecədə çıxış etmək onun üçün böyük şərəfdir. Deputat deyib: “Azərbaycan Heydər Əliyevin öz idrakı, siyasi dühası ilə yaratdığı ölkədir. O, hadisələri xalqın istəyinə uyğun dəyişirdi. Azərbaycanın bəxti gətirib ki, bütün hadisələr parçalanmağa, işğala, dağılmağa doğru gedəndə Heydər Əliyev rəhbərliyə qayıdıb”.

Tez-tez Azərbaycanda olduğunu xatırladan D.Savelyev vurğulayıb: “Onun zəhmətinin bəhrələrini, hazırkı Prezident İlham Əliyevin Onun işini necə davam etdirdiyini görürəm. İki güclü şəxsiyyət - Vladimir Putin İlham Əliyev dövlətlərimizi gələcəyə aparırlar”.

 

Yeni Azərbaycan.- 2019.- 14 dekabr.- S. 4