Gürcüstanın Milli Muzeyində “İrəvan xanlığı”
kitabının təqdimat
mərasimi keçirilib
Tbilisidə, Gürcüstan Milli Muzeyində “İrəvan xanlığı” kitabının
təqdimat mərasimi
keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan,
rus və ingilis dillərində nəşr olunan kitabın müəllifi Gürcüstan Milli Muzeyinin baş kuratoru, tarixçi alim, professor Eldar Nadiradzedir.
Kitabın təqdimatı
müəllifin 70 illik
yubileyi çərçivəsində
muzeyin direktoru, professor David Lordkipanidzenin təşəbbüsü
ilə təşkil olunub.
Nəşrdə İrəvan xanlığının
tarixi və hökmdarları, İrəvan
qalası uğrunda döyüşlər, xanlığın
Azərbaycan tarixindəki
rolu barədə ətraflı məlumatlar,
eləcə də Gürcüstanın Milli Muzeyində qorunub saxlanan və İrəvan xanlığının
tarixini əks etdirən fotolar, rəsmlər və nadir eksponatların fotoşəkilləri
əksini tapıb. Kitabda AZƏRTAC-ın fotoları da yer alıb.
Tarixçi alim
Eldar Nadiradze bildirib ki, “İrəvan
xanlığı” nəşri
onun Azərbaycanla bağlı üçüncü
kitabıdır. Bu kitab üzərində üç il iş aparıb. “Kitabda əksini tapan materiallar tarixi həqiqətlərdir”,
- deyən müəllif
nəşrin işıq
üzü görməsində
əməyi keçən
hər kəsə minnətdarlığını ifadə edib.
Professor David Lordkipanidze,
Azərbaycanın Gürcüstandakı
səfiri Dursun Həsənov, Gürcüstan
Azərbaycanlıları Milli
Konqresinin sədri Əli Babayev, Azərbaycan Milli Elmlər Akademiyasının
(AMEA) Hüquq və İnsan Haqları İnstitutunun böyük
elmi işçisi, Qafqaz Tarixi Mərkəzinin
direktoru Rizvan Hüseynov və başqaları çıxış edərək
müəllifi yubileyi
münasibətilə təbrik
edib, onun yaradıcılığının, elmi araşdırmalarının
əsas istiqamətlərindən
söz açıblar.
Qeyd olunub
ki, bu ilin
may ayında Bakıda, Heydər Əliyev Mərkəzində
“İrəvan xanlığı”
kitabının təqdimatı
olub. Minlərlə insan bu kitabla
tanış olub ondan istifadə edir.
Bildirilib ki,
Qafqazın tarixini dərindən araşdıran
müəllifin kitabları,
elmi məqalələri
tarixçi alimlər,
siyasətçilər və
tələbələr üçün
etibarlı mənbədir.
Çıxışlarda Heydər Əliyev
Fondunun və Prezident Administrasiyasının
sektor müdiri Fuad Axundovun Gürcüstan Milli Muzeyi ilə əməkdaşlıq çərçivəsində
İrəvan xanlığının
tarixi və irsinin tədqiqi, geniş yayılması üzrə birgə layihənin həyata keçirilməsindəki mühüm
töhfələri xüsusi qeyd olunub.
Qafqaz Tarixi Mərkəzinin
direktoru Rizvan Hüseynov deyib ki, çoxillik əməkdaşlığın nəticəsi olaraq professor Eldar Nadiradzenin belə bir kitab hazırlayıb
çap etdirməsi Azərbaycan və Gürcüstan alimlərinin,
tarixçilərinin sıx
əməkdaşlığının daha bir nümunəsidir.
O, birgə əməkdaşlığa
görə Gürcüstan
Milli Muzeyinin rəhbərliyinə minnətdarlıq
edib. Bildirib ki, tarixçi alimlərimizin birgə əməkdaşlığı nəticəsində biz daha böyük araşdırmalar apararaq indiyədək ictimaiyyətə
məlum olmayan tarixi faktları ortaya çıxaracaq və ictimaiyyətə təqdim edə biləcəyik. R.Hüseynov
birgə əməkdaşlığın
bundan sonra da uğurla davam etdiriləcəyinə
ümidvar olduğunu bildirib.
“İrəvan xanlığı” kitabının
gürcü dilinə
tərcümə olunaraq
nəşr edilməsinin
nəzərdə tutulduğunu
qeyd edən mərkəzin direktoru deyib: “Gürcüstanın
Milli Muzeyinin arxivində Azərbaycanın
tarixinə aid zəngin materiallar var. Aktuallığı nəzərə alınaraq
ilk kitab İrəvan xanlığına
həsr olundu. Tədqiqatlar davam etdirilir və Azərbaycanın digər
xanlıqları barədə
də kitablar hazırlanacaq”.
Kitabın təqdimat
mərasimində Azərbaycanın
Gürcüstandakı səfirliyinin
əməkdaşları, gürcü
elm xadimləri və tarixçilər iştirak ediblər.
Yeni Azərbaycan.- 2019.- 14 dekabr.-
S.5