-
Mərakeş qəzetində Ümummilli
Lider Heydər Əliyev haqqında məqalə dərc edilib
Mərakeşin “Əl-İslah və Ət-Tənmiyə” qəzetində
“Prezident Heydər Əliyev... Azərbaycan tarixində canlı xatirə” sərlövhəli
məqalə dərc olunub.
AZƏRTAC xəbər
verir ki, məqalənin müəllifi,
qəzetin baş redaktoru Əhməd Mitçu əvvəlcə
dekabrın 12-də Azərbaycanın
Mərakeşdəki səfirliyində
Ümummilli Lider Heydər Əliyevin vəfatının 16-cı ildönümünə
həsr olunan anım mərasimindən söz açır.
Bildirilir ki, səfirlikdə
Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən kitablardan ibarət sərgi təşkil olunub. Ölkəmizin Mərakeşdəki
səfiri Oktay Qurbanov anım mərasimdə çıxış
edərək, müasir
Azərbaycanın banisi
Heydər Əliyevin dövlət və xalq qarşısındakı
əvəzsiz xidmətlərindən
danışıb. Qeyd edib
ki, Azərbaycan Prezidenti İlham Əliyev və Mərakeş Kralı VI Məhəmmədin rəhbərlikləri
ilə ölkələrimizin
dostluq münasibətləri
xalqlarımızın mənafelərinə
uyğun olaraq müxtəlif sahələrdə
uğurla inkişaf etdirilir.
Müəllif qeyd edir ki, Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu
30 ildən artıq bir dövrü, ölkənin bütün
sahələrdə yenidən
dirçəlişi Heydər
Əliyevin adı ilə bağlıdır.
Ümummilli Lider Azərbaycanın suverenliyinin,
müstəqilliyinin möhkəmləndirilməsini,
ərazi bütövlüyünün bərpasını,
ölkənin iqtisadi dirçəlişi üçün
zəmin yaradılmasını
özünün dövlətçilik
strategiyasının əsas
istiqamətləri kimi
müəyyənləşdirmişdi.
Mərakeş-Azərbaycan münasibətlərinə toxunan Əhməd Mitçu 1994-cü ilin dekabrında Kasablanka şəhərində keçirilən
VII İslam Zirvə Görüşü çərçivəsində
Ümummilli Lider Heydər Əliyev və Kral II Həsənin görüşü
ilə ikitərəfli
əlaqələrin təməlinin
qoyulduğunu və perspektivlərinin müəyyənləşdirildiyini vurğulayıb.
Məqalədə Ümummilli Liderin layiqli davamçısı
Prezident İlham Əliyevin rəhbərliyi
ilə son illərdə Azərbaycanda
aparılan mütərəqqi
islahatlar və əldə olunan nailiyyətlər barədə
də məlumat verilir.
Oxucular, həmçinin Qoşulmama Hərəkatının
Bakıda keçirilən
XVIII Zirvə Görüşünün,
2019-2022-ci illərdə Azərbaycanın
bu təşkilata sədrliyinin, habelə bu ilin noyabrında
Prezident İlham Əliyevin iştirakı ilə Türkiyədə
TANAP qaz kəmərinin
Avropa ilə birləşən hissəsinin
açılışının
mühüm geosiyasi əhəmiyyəti barədə
məlumatlandırılır.
Diqqətə çatdırılır ki,
Prezident İlham Əliyevin düşünülmüş
və uzaqgörən
siyasəti nəticəsində
qazanılmış nailiyyətlər
Azərbaycanın etibarlı
tərəfdaş olduğunu
göstərir.
Məqalənin sonunda Ulu Öndər
Heydər Əliyevin gördüyü böyük
işlərlə Azərbaycan
xalqının qəlbində
əbədi yaşayacağı
vurğulanır.
Yeni Azərbaycan.-
2019.- 19 dekabr.- S.7