Bakıda Beynəlxalq
Miqrant Günü qeyd edilib
Dekabrın 18-də Muzey Mərkəzində Azərbaycan Dövlət Miqrasiya Xidmətinin və Beynəlxalq Miqrasiya Təşkilatının
(BMqT) ölkəmizdəki
nümayəndəliyinin birgə
təşkilatçılığı ilə Beynəlxalq Miqrant Gününə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə
müxtəlif dövlət
qurumlarının, Azərbaycanda
akkreditə olunmuş
diplomatik korpusun, universitetlərin, QHT-lərin,
həmçinin BMT agentliklərinin
nümayəndələri iştirak
ediblər.
Dövlət Miqrasiya Xidmətinin
rəis müavini Pərviz Musayev tədbirdə çıxış
edərək bildirib ki, tarixboyu inkişaf
edən miqrasiya prosesləri bu gün dünyanın müxtəlif regionlarında
baş verən siyasi və hərbi münaqişələr
nəticəsində rekord
həddə çatıb.
Qlobal səviyyədə
aparılmış hesablamalara
əsasən, 2019-cu ildə
dünyada beynəlxalq
miqrantların sayı
272 milyona yaxınlaşıb.
Onların üçdəikisini
əməkçi miqrantlar
təşkil edirlər.
Bu rəqəmin ilbəil artmasına, eləcə də əvvəllər verilmiş
proqnozlardan daha yüksək olmasına baxmayaraq, miqrantlar dünya əhalisinin yalnız 3,5 faizini təşkil edir.
Xidmət rəisinin müavini
deyib ki, bu gün bütün
dünyada cərəyan
edən qloballaşma fonunda Azərbaycan regionda gedən miqrasiya proseslərinə təsir etmək, ölkə ərazisinə
miqrasiya axınlarını
nəzarətdə saxlamaq
və respublikamızda
miqrasiya proseslərini
yerli qanunvericiliyə uyğun idarə etmək və tənzimləmək
üçün fəal
miqrasiya siyasəti yeridir. Son illər ölkəmizin
sürətli sosial-iqtisadi
inkişafı, respublikanın
siyasi sabitliyi, eləcə də miqrantların hüquq və azadlıqlarının
qorunması sahəsində
görülən işlər
nəticəsində Azərbaycan
Respublikası əmək
miqrasiyası baxımından
təyinat ölkədən
mənşə ölkəsinə
çevrilib. Respublikamıza
əmək fəaliyyəti
ilə məşğul
olmaq üçün
gələn miqrantların
hüquqlarının müdafiəsi
ölkə rəhbərliyi
tərəfindən daim
diqqət mərkəzində
saxlanılır. Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə miqrasiya, o cümlədən
əmək miqrasiyası
sahəsində qanunvericilikdə
və siyasətdə
bir sıra nəzərə çarpacaq
islahatlar aparılıb.
Həyata keçirilən islahatların əsas məqsədi miqrantların
hüquqlarının tam
təmin edilməsi və miqrasiyanın tənzimlənməsi zamanı
meydana çıxa biləcək mümkün
mənfi təsirlərin
qarşısının alınmasıdır.
P.Musayev miqrantların, xüsusilə
qaçqın və məcburi köçkünlərin
problemlərinin həllində
dünya ölkələrinin
həmrəylik nümayiş
etdirmələrinin və
bu istiqamətdə birgə səylərin gücləndirilməsinin vacibliyini
diqqətə çatdırıb.
Tədbirdə BMqT-nin Azərbaycandakı
nümayəndəliyinin rəhbəri
Vladimir Qyorqiyev bildirib ki, sayı
ildən-ilə artmaqda
olan miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi
baxımından 2000-ci ildən
etibarən dekabrın
18-də dünyada qeyd
olunan Beynəlxalq Miqrant Günü mühüm əhəmiyyət daşıyır.
Təhlükəsiz, nizamlı
və tənzimlənən
miqrasiya hər kəsin marağına xidmət edir.
BMT-nin Azərbaycandakı
rezident əlaqələndiricisi
Qulam İshaqzai diqqətə çatdırıb
ki, BMT-nin qurumları bu sahədə Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq
edir. Birgə icra olunan layihələr
nəticəsində Azərbaycanın
müvafiq dövlət
qurumlarının miqrasiya
və sərhəd idarəçiliyi üzrə
potensialları artırılıb.
Cəmiyyətin diqqətinin
miqrantların problemlərinə
yönəldilməsi və
məlumatlandırılması baxımından Beynəlxalq
Miqrant Günü böyük əhəmiyyət
daşıyır.
İnsan Hüquqları üzrə
Müvəkkil (Ombudsman)
Səbinə Əliyeva
müasir dövrdə
miqrasiya proseslərinin
tənzimlənməsi və
inkişaf xüsusiyyətlərindən,
o cümlədən Azərbaycanın
bu sahədəki müsbət təcrübəsindən,
ölkəmizdə Ombudsman
institutunun miqrantların
hüquqlarının təbliği, təmini və müdafiəsi sahəsindəki fəaliyyətindən
danışıb. Qeyd edib
ki, bu əhali
qrupunun vəziyyəti,
ehtiyacları, problemləri
və müraciətləri
araşdırılaraq təhlil
olunur, qazanılan nəticələr üzrə
qanunvericiliyin təkmilləşdirilməsi,
bu sahədə əhaliyə göstərilən
xidmətlərin və
məlumat bazasının
keyfiyyət səviyyəsinin
artırılması, dövlət
siyasətinin ölkəmizin
tərəfdar çıxdığı
beynəlxalq sənədlərə
uyğunluğunun təmin
olunması ilə əlaqədar innovativ yanaşmalar tətbiq edilməklə aidiyyəti
dövlət qurumları
ilə səmərəli
əməkdaşlıq həyata
keçirilir.
Ombudsman bildirib
ki, ölkə daxilində olan miqrantlarla yanaşı, respublikamızın sərhədlərindən
kənarda məskunlaşmış
Azərbaycan Respublikası
vətəndaşlarının vəziyyəti də daim diqqətdə saxlanılır. Bu məqsədlə DMX, xarici dövlətlərin
ombudsmanları, o cümlədən
həmin ölkələrin
Azərbaycandakı və
ölkəmizin xarici dövlətlərdə diplomatik
nümayəndəlikləri ilə yaradılmış
əməkdaşlıq əlaqələrindən
geniş istifadə olunur. Xarici ölkələrdə yaşayan və işləyən soydaşlarımızın
üzləşdikləri problemlərin
həlli, qanuni miqrasiyanın təbliği
məqsədilə yerlərdə
görüş və
məsləhətləşmələr keçirilir, qeyri-müəyyən
vəziyyətdə yaşayan
şəxslərin statusları
leqallaşdırılır,
bu istiqamətdə müvafiq addımlar atılır.
Sonra Azərbaycan
Türkiyə İş
Adamları Birliyinin rəhbəri Cemal Yangın ölkəmizdəki
miqrant həyatı barədə şəxsi təcrübəsini tədbir
iştirakçıları ilə bölüşüb.
Tədbirdə Beynəlxalq Miqrasiya Təşkilatının Qlobal
Miqrasiya Filmləri Festivalının iştirakçısı
olan və myanmalı yeniyetmə miqrantın həyatına
dair film nümayiş etdirilib.
Tədbir çərçivəsində
ölkədə və
xaricdə yaşayan miqrantlara dair videoçarxlar və fotoşəkillərdən ibarət
stend nümayiş olunub.
Yeni Azərbaycan.-
2019.- 19 dekabr.- S.5