Bakıda “Azərbaycan
və Türkiyə universitetləri: təhsil,
elm, texnologiya” konfransı keçirilir
Dekabrın 18-də Azərbaycan Texniki Universitetində (AzTU) bu ali
təhsil müəssisəsi,
Təhsil Nazirliyi və Türkiyə Respublikası Ali Təhsil Standartları İdarəsinin təşkilatçılığı
ilə “Azərbaycan və Türkiyə universitetləri: təhsil,
elm, texnologiya” 1-ci beynəlxalq elmi-praktiki konfransı öz işinə başlayıb.
Tədbir iştirakçıları
əvvəlcə universitetin
foyesində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Konfrans Azərbaycanın
və Türkiyənin
dövlət himnlərinin
səsləndirilməsi ilə
başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbiri
giriş sözü ilə açan AzTU-nun rektoru, professor Vilayət Vəliyev konfransın əhəmiyyətini vurğulayıb.
Rektor qeyd edib ki,
konfransın məqsədi
Azərbaycan və Türkiyə universitetlərinin
təhsil, elm, texnologiya sahələrindəki
aktual problemlərini müzakirə etmək, perspektivlərini müəyyənləşdirmək
və bu sahələrdə aparılan
elmi-tədqiqat işlərini
ümumiləşdirməkdən ibarətdir.
Müasir dövrdə
elm və texnikanın inkişafından
danışan rektor Azərbaycan və Türkiyə Universitetləri
Assosiasiyasının yaradılması
təklifi ilə çıxış edib.
Bildirib ki, Assosiasiyanın yaradılması
qardaş ölkələrin
universitetləri arasında
əlaqələrin inkişafında
mühüm rol oynaya bilər.
Təhsil Nazirliyinin Beynəlxalq
əlaqələr şöbəsinin
müdiri Nicat Məmmədli Azərbaycan
Prezidentinin ötən
il imzaladığı
“2019-2023-cü illər üçün
Azərbaycan Respublikasında
ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması
üzrə Dövlət
Proqramı” əsasında
Türkiyə universitetləri
ilə geniş əlaqələrin yarandığını bildirib.
O qeyd edib ki, məhz həmin
proqrama uyğun olaraq, növbəti tədris ilindən Azərbaycan vətəndaşları
ikili diplom proqramları əsasında
təhsil alacaqlar. Hazırda dünyanın 500 ən yaxşı universitetində
Azərbaycan vətəndaşlarının
dövlət hesabına
doktorantura təhsili aldıqlarını diqqətə
çatdıran şöbə
müdiri bunun gələcəkdə dünya
ali məktəblərinin
təcrübəsinin ölkəmizdə
tətbiq olunması istiqamətində mühüm addım olduğunu vurğulayıb.
O, AzTU-nun rektorunun Azərbaycan-Türkiyə Universitetləri
Assosiasiyasının yaradılması
təşəbbüsünü müsbət qiymətləndirib
və bu istiqamətdə işlərin
davam etdirilməsinin vacibliyini söyləyib.
Təhsil Nazirliyi
yanında İctimai Şuranın sədri Şahlar Əsgərov Azərbaycan-Türkiyə universitetlərinin
birliyinin iki ölkənin təhsil və elminə böyük töhfələr
verəcəyini vurğulayıb.
Tədbirdə çıxış edən
türkiyəli qonaqlar
konfransın əhəmiyyətindən
danışıb və
iki ölkənin universitetləri arasında
əlaqələrin daha
da inkişaf etdirilməsi ilə bağlı təkliflər
səsləndiriblər.
İşini bölmə iclasları ilə davam etdirən konfrans dekabrın 20-də yekunlaşacaq.
Yeni Azərbaycan.-
2019.- 19 dekabr.- S.5