BakıdaDini ideoloji təhlükəsizlikmövzusunda seminar-müşavirə keçirilib

 

Yanvarın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə BakıdaDini ideoloji təhlükəsizlikmövzusunda seminar-müşavirə keçirilib.

AZƏRTAC xəbər verir ki, seminar-müşavirəni açan Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov tədbirin aktual mövzuya həsr edildiyini bildirib. Dini radikalizmin cəmiyyətdə yaratdığı fəsadlara toxunan İcra Hakimiyyətinin başçısı ona rəvac verən təhdidlərin qarşısının alınmasının vacibliyini diqqətə çatdırıb. O, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini mühitdə cərəyan edən mənfi tendensiyaların qarşısının alınması, radikalizmlə mübarizənin səmərəliliyinin artırılması məqsədilə həyata keçirdiyi tədbirlərin önəminə toxunaraq bu sahədəki maarifləndirmə işlərinin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət idarəçiliyi xalqımızın milli maraqlarına tam uyğun müstəqil siyasət prinsipləri günümüzdə daha da təkmilləşmiş formada tətbiq edilir. Azərbaycan güclü dünyəvi dövlət prinsipləri ilə yanaşı, dini-mənəvi dəyərləri qoruyan islamofobiya amilinə qarşı ciddi mübarizə aparan ölkədir. Respublikada milli-mənəvi dəyərlərimizə söykənən sağlam dini təməllər üzərində formalaşdırılmış nümunəvi dövlət-din modeli mövcuddur. DQİDK-nın sədr müavini qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən uzaqgörənliklə həyata keçirilən, balanslı, qarşılıqlı maraqlara söykənərək reallaşdırılan, milli dövlətçilik ənənələrimizin qətiyyətlə müdafiə edildiyi siyasi kurs Azərbaycanı inkişaf etdirməklə yanaşı, həm ölkəmizi sivilizasiyalararası mədəniyyətin multimədəni harmoniyanın təminatçısı kimi tanıdıb.

Səyavuş Heydərov Azərbaycanın bu uğurlarını gözü götürməyən bəzi xarici dairələrin mövcud olduğunu, onlar tərəfindən ölkəmizə yad dini ideologiyaların idxal olunmasına cəhdlər edildiyini vurğulayıb. Əlavə edib ki, istənilən ölkədə dini radikalizm və ekstremizmin əhatə dairəsinin genişlənməsi ictimai milli təhlükəsizlik risklərini artıra bilər. Onun sözlərinə görə, hətta bəzən müəyyən xarici siyasi dairələrin radikallardan istifadə etməsi bəzi ölkələrdə fərqli məzhəb mənsubları arasında qarşıdurma yaratmaq üçün süni şəraitin formalaşdırılması ictimai təhlükəsizlik baxımından ciddi təhdiddir. Bunu Yaxın Şərq təcrübəsi orada hazırda davam edən proseslər bir daha açıq şəkildə göstərir.

Azərbaycanın beynəlxalq güc mərkəzlərinin maraqlarının nəinki kəsişdiyi, hətta toqquşduğu coğrafi mövqedə yerləşdiyini bildirən S.Heydərov təəssüflə vurğulayıb ki, müxtəlif vaxtlarda radikal müxalif qüvvələri etnik dini amildən istifadə etməyə cəhd ediblər. Diqqətə çatdırıb ki, ölkəmizdə dini kimlik-milli kimlik qarşıdurması yaratmağa, məzhəbçilik toxumları səpərək xurafat radikalizmi alovlandırmağa, tolerantlığımızı sarsıtmağa, milli həmrəyliyimizi pozmağa, dünyəvi dövlət prinsiplərini zəiflətmək kimi istəklərə uğursuz cəhdlərə bu gün rast gəlinir. O, ölkəmizdə dini durumun sabit olduğunu, hüquq-mühafizə təhlükəsizlik orqanlarının yorulmaz fəaliyyəti nəticəsində sabitlik əmin-amanlığın yüksək səviyyədə təmin edildiyini deyib. Müharibə şəraitində olan ölkə üçün milli təhlükəsizlik, dini-ideoloji sabitliyin prioritet məsələ olduğunu qeyd edən sədr müavini mövcud təhlükə, təhdidlərin qarşısının alınması üçün sistemli geniş formada maarifləndirmə tədbirlərinin keçirildiyini bildirib. Səyavuş Heydərov çıxışının sonunda hər bir vətəndaşı dindən öz siyasi məqsədləri üçün istifadə edənlərə qarşı diqqətli olmağa, populist vədlərə aldanmamağa, dövlətçiliyə yönəlmiş hərəkətlərin iştirakçısına çevrilməməyə, dövlətin beynəlxalq nüfuzuna xələl gətirməməyə çağırıb.

Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm dini məsələlər şöbəsinin əməkdaşı Pənah Cahangirov deyib ki, Azərbaycanda dini sahədə elə bir problem yoxdur, yalnız bəzi uğursuz cəhdlər müşahidə olunur. Radikalizmin bizim xalqımıza məxsus bir anlayış olmadığını bildirən P.Cahangirov vurğulayıb ki, tariximizə nəzər salsaq görərik ki, azərbaycanlılar heç bir vaxt dini qarşıdurmalarda iştirak etməyiblər. O əlavə edib ki, biz müxtəlif imperiyaların tərkibində olarkən dilimizi, ənənələrimizi, dinimizi qoruyub saxlamışıq.

Daha sonra Baş Prokurorluğun nümayəndəsi Rauf Məmmədov, Daxili İşlər Nazirliyinin əməkdaşı Oqtay Tağıyev, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Rahib Babayev çıxışlarında milli təhlükəsizliyə əsas təhdidlər, dini radikalizmə qarşı mübarizənin hüquqi əsasları, eləcə bu istiqamətdə aparılan maarifləndirmə tədbirlərinin önəmindən danışıblar.

Yeni Azərbaycan.- 2019.- 1 fevral.- S.6