Birinci vitse-prezident Mehriban
Əliyeva Bakının
Xətai rayonunda yeni inşa olunmuş 6 saylı uşaq bağçasının
açılışında iştirak edib
Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyeva fevralın 1-də
Daxili İşlər
Nazirliyinin Bakı şəhərinin Xətai
rayonunda yeni inşa olunmuş 6 saylı uşaq bağçasının açılışında
iştirak edib.
AZƏRTAC xəbər verir ki, Birinci
vitse-prezident uşaq bağçasının rəmzi
açılışını bildirən lenti kəsib.
Daxili işlər naziri
Ramil Usubov məktəbəqədər təhsil
ocağında yaradılan
şəraitlə tanış
olan Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verib ki, 6 saylı
uşaq bağçasının
inşasına 2017-ci ilin
dekabrında başlanılıb.
Əsasən əlahiddə
çevik polis alayında çalışanların
övladları üçün nəzərdə
tutulan məktəbəqədər
təhsil müəssisəsində
4-ü Azərbaycandilli, 3-ü isə rusdilli bölmə olmaqla 7 qrup fəaliyyət göstərəcək. Burada
balacalara ingilis dili də öyrədiləcək.
Uşaq bağçasında bir yaş yarımdan beş yaşadək 140 uşağın təlim-tərbiyəsi
ilə 46 nəfərdən
ibarət peşəkar
heyət məşğul
olacaq. Şahmat, rəsm dərnəklərinin
də fəaliyyət
göstərəcəyi ikimərtəbəli
məktəbəqədər
təhsil müəssisəsinin
otaqları və dəhlizləri uşaqların
sevimli nağıl qəhrəmanlarının şəkilləri
ilə bəzədilib,
qrup otaqları zəruri inventarlarla, mebel dəstləri ilə təchiz edilib. Bir sözlə,
uşaq bağçasının
əsas binasının
planlaşdırma quruluşu
uşaqlarla aparılan
təlim-tərbiyə işlərinin
məzmununa uyğun həll olunub.
Binada təhlükəsizlik
məsələləri də
ən yüksək səviyyədə həll
edilib. Belə ki, videomüşahidə,
yanğınxəbərverici, həmçinin qeydiyyata giriş-çıxış sistemləri
quraşdırılıb. Uşaq
bağçasında akt
və idman zalları, geniş yeməkxana da tikilib. Bağça azyaşlı sakinlərin
zövqünə uyğun
qurulub, onların rahatlığını, istirahətini
və ilkin biliklərə yiyələnməsini
təmin edəcək.
Gələcəyimiz olan uşaqların
təlim-tərbiyəsinin ən
yüksək səviyyədə
təşkili, onların
sağlamlığının qorunması və vətənpərvər, savadlı
şəxsiyyət kimi
yetişməsi istiqamətində
Azərbaycan dövləti
çox mühüm layihələr həyata keçirir. Ölkəmizdə məktəbəqədər
tərbiyə müəssisələri
yenidən qurulur, müasir uşaq müəssisələrinin inşası
davam edir. Bu gün uşaq bağçalarında yaradılan
şərait uşaqların
təlim-tərbiyəsi ilə
yüksək səviyyədə
məşğul olmağa
imkan verir, həmçinin onların
bilikli və zəngin dünyagörüşünə
malik bir vətəndaş kimi böyüməsində əhəmiyyətli
rol oynayır.
Altı saylı
uşaq bağçasının
yerləşdiyi ərazidə
və ətrafda genişmiqyaslı abadlıq-quruculuq
işləri görülüb,
müxtəlif çiçək
və gül kolları, ağaclar əkilib, işıqlandırılma
işləri yerinə
yetirilib. Burada balacaların istirahəti üçün oyun və idman avadanlığı
quraşdırılıb. Bir
sözlə, müəssisədə
balacaların vaxtlarını
maraqlı və səmərəli keçirmələri
üçün hərtərəfli
imkanlar yaradılıb.
Yeni inşa
edilən bağça
ilə tanış olan Birinci vitse-prezident
Mehriban Əliyeva məktəbəqədər təhsil
müəssisəsinin işinə
uğurlar arzulayıb.
Birinci vitse-prezident
Mehriban Əliyeva uşaqlarla xatirə şəkli çəkdirib.
Yeni Azərbaycan.-
2019.- 2 fevral.- S.6.