Gəncliyin səsifestivalının açılış mərasimi olub

 

Fevralın 1-də Beynəlxalq Muğam Mərkəzində Gənclər Günü münasibətilə Mədəniyyət Nazirliyi tərəfindən ənənəvi olaraq keçirilənGəncliyin səsifestivalının açılışı olub.

AZƏRTAC xəbər verir ki, festival Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə reallaşıb.

Əvvəlcə tədbir iştirakçıları mərkəzin foyesində açılan əl işlərindən ibarət sərgiyə baxıblar.

Açılış mərasimində mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək hər il ənənəvi olaraq keçirilən festivalın əhəmiyyətindən danışıb.

Nazir bildirib ki, 1996-cı ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə respublika gənclərinin birinci forumunun çağırılması, 1997-ci ildə isə fevralın 2-nin Azərbaycan Gəncləri Günü elan edilməsi Ulu öndərin gənclərə gəncliyə göstərdiyi diqqət qayğının bariz nümunəsidir. Həmin vaxtdan etibarən hər il bu tarix Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur.

Ölkəmizdə Gənclər Günü ilə bağlı hər il silsilə tədbirlərin təşkil olunması, müxtəlif sahələrdə yüksək nailiyyət qazanmış gənclərin xüsusi mükafatlarla təltif edilməsi, habelə istedadlı gənclərin beynəlxalq müsabiqələrdə, konfrans-seminarlarda iştirakının təmin edilməsi dövlətimiz tərəfindən dəstəklənir, bu istiqamətdə Dövlət proqramları həyata keçirilir.

Sevindirici haldır ki, yaradıcı gənclərin fəaliyyəti diqqətdən kənarda qalmır. Mədəniyyət Nazirliyinin tabeliyindəki yaradıcı təşkilatlarda gənclərin fəaliyyətinə xüsusi önəm verilir. Müxtəlif müsabiqələr, təqdimatlar, yeni layihələr həyata keçirilir. Son illər yeni bir ənənə formalaşıb, bu da öz innovativ yanaşmaları ilə seçilən gənclərin fəaliyyətidir. Mədəniyyət sahəsində çalışan gənclərin “ASAN xidmət”lə əməkdaşlıq etməsinə köməklik göstəririk. Məhz bunun nəticəsində bir neçə ildir ki, “ASAN xidmət”lə birgəGəncliyin səsifestivalını reallaşdırırıq”, - deyə Ə.Qarayev söyləyib.

Azərbaycanda gənclər siyasətinin dövlətin daim diqqət mərkəzində olduğunu deyən nazir qeyd edib ki, bu gün ölkəmizdə 125 istedadlı gənc dövlət başçısının xüsusi təqaüdünə layiq görülüb, onlar bu vəsaitlə öz yaradıcı imkanlarını daha da inkişaf etdirirlər. Bu gənclər sırasında beynəlxalq müsabiqələr laureatları, xarici ölkələrdə təhsilini davam etdirən gənclər var.

Bildirib ki, “Gəncliyin səsifestivalı gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik bacarıqlarının, əldə etdiyi nailiyyətlərin dəstəklənməsi, yeni simaların aşkar olunması məqsədi daşıyır. Festival çərçivəsində mədəniyyətin müxtəlif sahələri üzrə peşəkar həvəskar gənclərin iştirakı ilə konsertlərin, görüşlərin tamaşaların premyerasının keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev vurğulayıb ki, bugünkü tədbir dövlət rəhbərliyinin həyata keçirdiyi gənclər siyasətinin bariz nümunəsidir. Bildirib ki, artıq üç ildir bu festival Mədəniyyət Nazirliyi ilə birgə təşkil edilir: “Ulu öndər Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət cəmiyyətin mühüm vəzifəsi hesab edib. Ulu öndərin əsasını qoyduğu gənclər siyasəti bu gün uğurla davam etdirilir”.

Ü.Mehdiyev, festivalın gənclərin potensialını üzə çıxarmasında əhəmiyyətini vurğulayıb uğurla davam edəcəyinə əminliyini ifadə edib.

Diqqətə çatdırıb ki, fevralın 5-dək davam edəcək festivalın paytaxtla yanaşı, Sumqayıt Abşeron şəhərlərində, Quba, İmişli Masallı rayonlarında keçirilməsi nəzərdə tutulur.

Sonra ötən il uğurlu fəaliyyətinə görə bir qrup istedadlı gənc mükafatlandırılıb.

Tədbir konsert proqramı ilə davam edib.

Yeni Azərbaycan.- 2019.- 2 fevral.- S.10