Azərbaycanın Birinci vitse-prezidenti
Mehriban Əliyeva Bakıdakı 1 nömrəli
körpələr evinin
sakinləri ilə görüşüb
Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyeva fevralın 11-də
Bakının Nəsimi
rayonundakı 1 nömrəli
körpələr evində
olub.
AZƏRTAC xəbər verir ki, körpələr
evinin baş həkimi əvəzi Simuzər Topçubaşova
Birinci vitse-prezidentə
məlumat verib. Bildirilib ki, hazırda burada 3 yaşadək 13 uşaq var.
Birinci vitse-prezident Mehriban
Əliyeva valideyn himayəsindən məhrum
olan uşaqlara daim diqqətlə yanaşır, onların gələcəkdə fiziki
və mənəvi cəhətdən sağlam,
dünya görüşlü,
bilikli, savadlı yetişməsi üçün
mühüm layihələrə
imza atır. Heydər Əliyev Fondunun prezidentinin Nəsimi rayonundakı körpələr
evini növbəti dəfə ziyarət etməsi Mehriban xanım Əliyevanın buranın sakinlərinə
nə dərəcədə
həssaslıqla yanaşdığını,
onlarla mütəmadi olaraq maraqlandığını
bir daha nümayiş etdirir.
Mehriban xanım Əliyevanın rəhbərlik
etdiyi Heydər Əliyev Fondunun fəaliyyətində yeni
körpələr evi,
uşaq bağçalarının
inşası, mövcud
olanların isə yenidən qurulması əsas yer tutur.
Bütün bunlar sübut
edir ki, Fond gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinin ən
yüksək səviyyədə
təşkili istiqamətində
Azərbaycan dövlətinin
həyata keçirdiyi
siyasətə mühüm
töhfələr verir.
Heydər Əliyev Fondu
valideyn himayəsindən
məhrum olan uşaqların sosial məsələlərinin həlli,
sağlamlığının qorunması, bu həssas qrupa daxil olanların vətənpərvər, savadlı
şəxsiyyət kimi
yetişməsi istiqamətində
indiyədək bir çox vacib layihələr icra edib.
Qeyd edək ki,
1930-cu ildə tikilən
bu bina uzun
illər təmir edilmədiyinə görə
yararsız hala düşmüşdü. Heydər
Əliyev Fondunun təşəbbüsü ilə
körpələr evində
ilk dəfə 2005-ci ildə, daha sonra 2014-cü ildə əsaslı təmir və yenidənqurma işləri aparılıb.
2015-ci il mayın
10-da Fondun prezidenti Mehriban Əliyevanın iştirakı ilə körpələr evinin açılışı olub.
Binadakı yataq, tibbi müayinə, laboratoriya, fiziki tərbiyə otaqları zəruri avadanlıq və inventarla təchiz edilib.
Körpələr evinin sakinlərinə Heydər Əliyev Fondunun hədiyyələri
təqdim edilib.
Yeni Azərbaycan.-
2019.- 12 fevral.-S 2