Vüqar Rəhimzadə: Yeni
şərtlər medianın
fəaliyyətinə müsbət
təsirini göstərəcək
“Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun qəzetlərin maliyyələşməsi
üçün açıqladığı
yeni şərtlər
ədalətli, düzgün
və zamanında verilmiş qərardır.
Təbii ki, burada söhbət qəzetlərin bağlanması
və ya onların çapına hansısa məhdudiyyətlərin
qoyulmasından getmir. Yeni şərtlər qəzetlərin inkişafına,
tərtibat baxımından
yenilənməsinə təsir
edəcək, medianın
çoxşaxəli fəaliyyətinə
öz müsbət təsirini göstərəcək”.
Bu sözləri
AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
Vüqar Rəhimzadənin
sözlərinə görə,
yeni şərtlər
çərçivəsində çap mediasının yüksək səviyyədə
yenidən formalaşması
nəzərdə tutulub,
paralel olaraq elektron medianın dəstəklənməsi gündəmə
gəlib: “Həm
KİVDF-nin Müşahidə
Şurasında, həm
də Mətbuat Şurasının İdarə
Heyətində aparılan
müzakirələr zamanı
bu məsələlər
nəzərdən keçirilib.
Onlayn mediaya maliyyə ayrılması məsələsi gündəmdədir.
Bu mənada ictimai fikrə təsir göstərən
elektron media qurumlarına maliyyə ayrıla bilər. Çox güman ki, bu qərar
reallaşacaq. Sözsüz
ki, KİVDF-nin bu qərarını alqışlamaq lazımdır.
Ümumilikdə bu istiqamətdə atılan
addımlar medianın
inkişafına stimul
verəcək. Qəzetlər
artıq abunə kampaniyalarına başlayıblar.
Hesab edirəm ki, bu, müsbət
haldır. Bütün
bunlar şübhəsiz,
qəzetlərin tirajının
yüksəlməsinə, oxunaqlılığının
artmasına xidmət göstərən amillərdir.
Hansısa qəzetin tirajı azdırsa, o da gələcəkdə,
necə deyərlər,
yaşamaq üçün
fəaliyyətini, rəqabət
qabiliyyətini gücləndirəcək”.
“İki sahil”
qəzetinin baş redaktoru vurğulayıb ki, Azərbaycanda reklam bazarının inkişaf etdirilməsi media üçün böyük önəm kəsb edir: “Mətbuatın maddi durumunun daha da yaxşılaşdırılması
üçün bir sıra elan və reklamların
KİV-də cəmləşməsinə
nail olmaq önəmlidir. Bununla bağlı müzakirələr
gedir, sistematik proqram hazırlanması istiqamətində iş aparılır. Hesab edirəm ki, reklam bazarının inkişaf etdirilməsi
KİV-in inkişafına
öz müsbət təsirini göstərə
bilər”.
Yeni Azərbaycan.-
2019.- 13 fevral.- S.6.