KİV-lərin
maliyyələşməsi ilə bağlı yeni şərtlər media qurumlarının fəaliyyətinin müasir
dövrün tələblərinə
uyğunlaşdırılmasına xidmət edir
KİVDF-nin maliyyələşmə
şərtlərində dəyişikliklər
çap mediasına paralel olaraq internet media resurslarının da inkişafı üçün
dövlət dəstəyi
mexanizmlərinin tətbiqinə
geniş imkanlar açıb
Azərbaycanda mətbuatın, ümumiyyətlə,
kütləvi informasiya
vasitələrinin (KİV) hazırkı inkişafını
şərtləndirən əsas
amillər dövlətin
bu sahəyə yüksək səviyyəli
diqqəti və media nümayəndələrinin
söz, fikir və özünüifadə
azadlığından sərbəst
surətdə istifadə etməsi
üçün hüquqi
əsasların, həmçinin
əlverişli şəraitin
mövcud olmasıdır.
Ölkəmizdə söz,
fikir və özünüifadə azadlığı
konstitusion əsasda təsbit edilib, hər bir yazılı
və elektron KİV özünün hüquq və azadlıqlarından
sərbəst surətdə
istifadə edə bilir. Məhz bu amil Azərbaycan
mətbuatının inkişafına
fundamental töhfələr
verməklə yanaşı,
sözügedən sahədə
əsaslı keyfiyyət
dəyişikliklərinin meydana
gəlməsini şərtləndirib.
Ölkəmizdə KİV-in
inkişafı üçün
müvafiq qanun və qərarların qəbul olunması, strateji xarakterli addımların atılması mövcud hüquqi əsasları gücləndirir, media təsisatının funksionallığının
artmasına səbəb
olur.
Ümumiyyətlə, ötən dövr ərzində mətbuatın
inkişafı üçün
çoxsaylı tədbirlər
görülüb, əhəmiyyətli
nəticələr əldə
edilib. Bu kontekstdə həm hüquqi əsaslar, həm də Azərbaycan mətbuatının
maddi-texniki bazası daha da gücləndirilib.
Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli
“Azərbaycan Respublikasında
kütləvi informasiya
vasitələrinə birdəfəlik
maliyyə yardımı
göstərilməsi haqqında”
Sərəncamı, eyni
zamanda, KİV-lərin
“Azərbaycan” nəşriyyatına
olan borclarının tamamilə ləğv edilməsi bu baxımdan xüsusi vurğulanmalıdır.
Məlum olduğu kimi, Ulu öndər
Heydər Əliyevin göstərişi ilə
qəzetlərin “Azərbaycan”
nəşriyyatına olan
borcları dondurulmuşdu.
Sonrakı illərdə
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə
məlum borcların ləğv edilməsi mətbuatın maddi problemlərinin aradan qaldırılması istiqamətində
atılmış tarixi
bir addım idi. Bundan başqa,
Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli Sərəncamı
ilə “Azərbaycan Respublikasında kütləvi
informasiya vasitələrinin
inkişafına dövlət
dəstəyi Konsepsiyası”
təsdiq edildi. Məhz bu Konsepsiyada mətbuatın inkişafını
təmin edəcək,
Azərbaycan dövlətinin
və xalqının maraqlarına xidmət edəcək əsaslar öz əksini tapdı. Konsepsiyanın qəbulu və Prezident İlham Əliyevin 3 aprel 2009-cu il tarixli Sərəncamı
ilə Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına
Dövlət Dəstəyi
Fondunun (KİVDF) yaradılması
müstəqil Azərbaycan
mətbuatının inkişaf
tarixində növbəti
dönüş mərhələsi
kimi dəyərləndirilməlidir.
Onu da xüsusi
vurğulamaq lazımdır
ki, yarandığı
vaxtdan KİVDF-yə ayrılan dövlət vəsaiti bir daha Azərbaycan dövlətinin mediaya yüksək diqqət və qayğı göstərdiyini təsdiqlədi.
Yeri gəlmişkən, Prezident yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi
Fondu qəzet bazarının inkişafına
təkan vermək, mətbuatın əhatə
dairəsini genişləndirmək,
onun məzmun baxımından keyfiyyətini
yüksəltmək, texniki
tərtibatının müasir
standartlara uyğunlaşdırılmasını
təmin etmək və s. məqsədilə
maliyyələşmə şərtlərində
dəyişikliklər edib.
Ekspertlər çap mediasının
məzmun və forma baxımından daha da təkmilləşdirilməsi,
fəaliyyətinin yeni
dövrün tələblərinə
uyğun qurulması baxımından təklif olunan dəyişikliklərin
mühüm əhəmiyyətə
malik olduğunu bildirirlər.
Bunlarla yanaşı,
KİVDF-nin həmçinin
internet medianı maliyyələşdirməsi və
ilkin mərhələdə
prioritet istiqamət olaraq internet qəzetlərə maliyyə
ayrılması məsələsi
də aktuallıq kəsb edir. Yəni ictimai fikirə təsir göstərən elektron media qurumlarına maliyyə ayrıla bilər. Qeyd edək ki, fevralın
11-də keçirilən Azərbaycan
Mətbuat Şurasının
İdarə Heyətinin
iclasında da internet media resurslarının maliyyələşməsi
məsələsi diqqət
mərkəzində olub.
Bildirilib
ki, hazırda ictimai fikir daha
çox internet üzərindən yayımlanan
media vasitələri ilə formalaşır, bu proses Azərbaycanda
da sürətlə gedir. İnternet medianın malik olduğu resursların dövlətin və cəmiyyətin mənafeləri
baxımından uzlaşdırılmasına
ciddi ehtiyac var. Buna görə də mediaya dövlət dəstəyi məsələsində
prinsipial məqamlardan
biri də məhz onlayn KİV-lərin maliyyələşməsidir.
Qeyd olunub ki, bununla bağlı
qarşıda duran başlıca vəzifələrdən
biri internet medianın özünə
hüquqi münasibətlər
sistemində yer tutmasıdır. Bəzi qanunlarda ayrı-ayrı
müddəalar yer alsa da, məsələ
ümumi xarakter daşıyır, internet medianın təşkilati-hüquqi
forması müəyyənləşdirilməmiş
qalır. İclasda bu məsələnin tezliklə həllini tapması üçün
müvafiq qurumlara müraciət olunmasının
zəruriliyi diqqətə
çatdırılıb.
Vurğulanıb ki, Mətbuat Şurasının
mövcud istiqamətdə
hazırladığı təkliflər
sırasında internet
media ilə bağlı ayrıca qanunun olması da şərtdir.
Bütövlükdə,
KİV-lərin maliyyələşməsi
ilə bağlı yeni şərtlər media qurumlarının fəaliyyətinin müasir
dövrün tələblərinə
uyğunlaşdırılmasına xidmət edir. Eyni zamanda, KİVDF-nin maliyyələşmə
şərtlərində dəyişikliklər
çap mediasına paralel olaraq internet media resurslarının da inkişafı üçün
dövlət dəstəyi
mexanizmlərinin tətbiqinə
geniş imkanlar yaradır.
Nurlan QƏLƏNDƏRLİ
Yeni Azərbaycan.-
2019.- 13 fevral.- S.7.