Masallıda Xalq yazıçısı Elmira Axundovanın yeni kitablarının təqdimatı keçirilib

 

Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində Milli Məclisin deputatı, görkəmli publisist, “Şöhrətordenli Xalq yazıçısı Elmira AxundovanınBizim tanıdığımız Elmira...” (rus dilində) Həmkarlarımla üz-üzəkitablarının təqdimatı keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Mərkəzin foyesində Elmira Axundovanın kitablarının sərgisi ilə tanış olub, onun jurnalistlik fəaliyyətinin müəyyən məqamlarını yaradıcılığını əks etdirən videoçarxa baxıblar.

CBC nəşriyyatında çap olunmuşBizim tanıdığımız Elmira...” adlı kitabda Xalq yazıçısının yaradıcılığına həsr edilmiş məqalə esselər toplanıb. Burada son 15 ildə mətbuatda Elmira Axundova haqqında dərc edilmiş ən maraqlı materiallar yer alır. “Həmkarlarımla üz-üzəkitabı isə yazıçı-publisistin müxtəlif mətbu elektron KİV-lərə verdiyi müsahibələrdən ibarətdir. Müəllif həmin müsahibələrdə jurnalist həmkarları ilə müxtəlif mövzularda - uşaqlıq illəri, ailəsi, valideynləri, ilk məhəbbət, maraqlı gözlənilməzliklərlə dolu həyatının müxtəlif epizodları barədə səmimi söhbət açıb.

Elmira Axundovanın yeni kitablarının təqdimat mərasimində çıxış edən Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov rayon sakinləri adından görkəmli yazıçı-publisisti yüksək fəxri ada - Xalq yazıçısı adına layiq görülməsi yazdığı monumental kitabların işıq üzü görməsi münasibətilə təbrik edərək, ona xoş arzularını bildirib. Qeyd edib ki, həmyerliləri onun yaradıcılığını diqqətlə izləyirlər. Xüsusən Ümummilli lider Heydər Əliyev haqqında yazdığı kitablar böyük maraqla oxunur.

Mərasimdə çıxış edən Masallı rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, Prezident təqaüdçüsü, “Tərəqqimedallı Şirvan Əbilov, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, “Şöhrətordenli yazıçı-dramaturq Natiq Rəsulzadə, MasallınınYeni həyatqəzetinin əməkdaşı Akif Ağayev, “Regional hüquqi iqtisadi maarifləndirməİctimai Birliyinin sədri Arzu Bağırova başqaları Elmira Axundovanın yeni kitablarının məziyyətlərindən danışıb, ona yeni yaradıcılıq uğurları arzulayıblar. Qeyd olunub ki, o, yüksək peşəkarlığı fəal vətəndaş mövqeyi ilə seçilən yazıçı-publisistdir.

Xalq yazıçısı Elmira Axundova tədbirin təşkilatçılarına onun ünvanına səsləndirilmiş xoş sözlərə görə minnətdarlığını ifadə edərək deyib: “Mən çox xoşbəxt insanam. Tale elə gətirib ki, Azərbaycanın tanınmış simaları ilə dostluq etmişəm. Ötən əsrin 90-cı illərində dünya şöhrətli siyasi xadim, böyük şəxsiyyət Heydər Əliyevlə ünsiyyətdə olmaq, Ondan müsahibələr almaq mənə nəsib olub. Öz Vətənimi həyatımdan da çox sevirəm. Mənə uğur gətirən bəlkə budur”.

Yaradıcılıq prosesində insanların ona həmişə dəstək olduğunu qeyd edən Elmira Axundova Qarabağ haqqında da monumental kitab yazmaq istəyini dilə gətirib.

Sonda rayonun incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.

Yeni Azərbaycan.- 2109.- 13 fevral.- S.5.