Anti-Azərbaycan dairələrin ölkəmizə qarşı qarayaxma kampaniyası iflasa məhkumdur

 

Milli Məclisin İqtisadi siyasət, sənaye sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyev www.yap.org.az saytına müsahibə verib:

- Ağalar müəllim, dinamik inkişaf yolunda əmin addımlarla irəliləyən Azərbaycanın sosial-iqtisadi sahədə əldə etdiyi nailiyyətlərin əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Azərbaycan mütərəqqi nümunəvi inkişaf modeli yaradıb. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər nəticəsində Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib, ölkəmizin iqtisadi, siyasi, hərbi gücü artıb. Təsadüfi deyil ki, Azərbaycan çoxəsrlik tarixində heç vaxt indiki qədər qüdrətli olmayıb. Son 15 ildə bütün sahələrdə qazanılmış möhtəşəm uğurlar müstəqil Azərbaycanın inkişaf yolunda inamla irəlilədiyini göstərir. Həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticəsi kimi, ötən illər ərzində ölkəmizin valyuta ehtiyatları artıb, müxtəlif sahələri əhatə edən layihələr uğurla reallaşdırılıb, islahatlar davam etdirilib. İqtisadiyyatın diversifikasiyasına nail olmaq üçün həyata keçirilən tədbirlər əldə edilən nailiyyətlər yeni inkişaf perspektivlərinin meydana çıxmasını şərtləndirib. 2004-cü ildən etibarən bütün dünya üzrə ÜDM istehsalının artımında rekord göstərici 3,3 dəfə olmaqla məhz Azərbaycanda qeydə alınıb. Bəhs olunan dövrdə respublikamıza 250 milyard dollar sərmayə yönəldilib, ölkəmizin sənaye potensialı 2,6 dəfə, valyuta ehtiyatları 24 dəfə artıb bu gün 45 milyard dollar təşkil edir. Ölkəmizin inkişaf göstəriciləri müxtəlif beynəlxalq reytinq institutları tərəfindən də yüksək qiymətləndirilir. Dünyada maliyyə-iqtisadi böhranın olduğu şəraitdə Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafının təmin edilməsi, nəzərdə tutulan bütün proqramların, o cümlədən infrastruktur layihələrinin müvəffəqiyyətlə icra olunması təqdirəlayiq hal olaraq dəyərləndirilir.

Ötən müddət ərzində ölkəmizdə həmçinin uğurlu sosial siyasət həyata keçirilib, əhalinin sosial müdafiəsi gücləndirilib, insanların rifahı daha da yaxşılaşıb. Son 15 ildə ölkəmizdə əməkhaqları 7 dəfə, eləcə minimum əməkhaqları 6,5 dəfə artırılıb. Prezident İlham ƏliyevinMinimum aylıq əməkhaqqının artırılması Minimum aylıq əməkhaqqının artırılması haqqındaAzərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” 8 fevral 2019-cu il tarixli Sərəncamı ilə minimum əməkhaqqının artırılması respublikamızda əhalinin rifah səviyyəsinin yaxşılaşdırılması istiqamətində növbəti mühüm addımdır. Sərəncama əsasən, Azərbaycanda minimum əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 50 manat artırılaraq 130 manatdan 180 manata çatdırılır. Ümumiyyətlə, Prezident İlham Əliyevin fəaliyyətinin əsasında duran ali məqsəd - prioritet istiqamət vətəndaşların rifah halının yaxşılaşdırılması, iqtisadi inkişafın güclü sosial siyasətlə tamamlanmasıdır. Hələ 2003-cü ildəMən hər bir azərbaycanlının Prezidenti olacağamdeyən Azərbaycan Prezidenti cənab İlham Əliyev verdiyi bütün vədlərə əməl edərək xalqın rifah halının yaxşılaşmasına, dövlətimizin qüdrətinin artmasına nail oldu, ölkəmizin qarşısında yeni inkişaf üfüqləri açıldı. İndi Azərbaycanın perspektivi parlaq - gələcəyi işıqlıdır, xalqın sabaha inamı güclüdür, ölkəmiz, qeyd etdiyimiz kimi, inkişaf yolunda gələcəyə doğru əmin addımlarla irəliləyir.

- Müstəqil siyasət həyata keçirən yüksək beynəlxalq nüfuza malik olan Azərbaycana qarşı müəyyən qərəzli dairələr, ermənipərəst qüvvələr tərəfindən qarayaxma kampaniyası aparılır. Bu qərəzli kampaniyanın arxasında duran səbəblər nədən ibarətdir?

- Ölkəmizin dinamik inkişafını, müstəqil prinsipial siyasət həyata keçirməsini, milli maraqlarını qorumasını həzm edə bilməyən müəyyən qərəzli mərkəzlər var. Bunlar ermənipərəst mövqedən çıxış edən anti-Azərbaycan dairələrdir. Həmin qüvvələr Azərbaycan əleyhinə çirkin təbliğat, yəni qarayaxma kampaniyası apararaq yanlış ictimai rəy formalaşdırmağa çalışırlar. Bu məqsədlə müxtəlif təşkilatların, transmilli media qurumlarının xidmətlərindən istifadə edərək Azərbaycana təzyiq göstərməyə cəhd edirlər. Bu mənada, son olaraqFreedom Houseadlı təşkilatın hazırladığıDünyada Azadlıq 2019” adlı qərəzli qeyri-obyektivhesabat”da Azərbaycanla bağlı əsassız iddiaların, yalan böhtan xarakterli məlumatların əks olunması ölkəmizə qarşı qarayaxma kampaniyasının tərkib hissəsidir. Bütün azadlıqların təmin edildiyi, demokratik təsisatların mövcud olduğu Azərbaycanın tənqid obyektinə çevrilməsi, işğalçı, anti-demokratik, insan hüquq azadlıqlarının məhdudlaşdırıldığı Ermənistanın isəqismən azadölkə kimi təqdim edilməsi həm paradoksaldır, həm hesabat”ın subyektiv məqamlara söykəndiyini, reallıqları əks etdirmədiyini göstərir. Əslində, “Freedom Housekimi konkret dairələrin sifarişlərini yerinə yetirən təşkilatlar faktiki olaraq ermənipərəst mövqedən çıxış edirlər, Azərbaycan kimi müstəqil siyasət həyata keçirən dövlətləri hədəfə alırlar.

Ölkəmizə qarşı qarayaxma kampaniyasının aparılmasının səbəblərindən biri Azərbaycanın prinsipial xarici siyasət həyata keçirərək öz milli mənafeyini qətiyyətlə müdafiə etməsidir. Bilirsiniz ki, Azərbaycanın yaratdığı yeni reallıqlar Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə tam zəmin formalaşdırıb. Digər tərəfdən, Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə uğurla çatdırılır, erməni lobbisininqara piarkampaniyası iflasa uğradılır. Bununla yanaşı, Azərbaycanın iqtisadi, siyasi hərbi qüdrəti artdığı halda, Ermənistanın regionda təcrid vəziyyəti dərinləşir, işğalçı ölkədə sosial-iqtisadi tənəzzül ictimai-siyasi gərginlik davam edir. Bu ölkənin baş naziri Nikol Paşinyan ötən müddət ərzində sosial-iqtisadi siyasi problemlərin həlli istiqamətində heç bir uğurlu addım ata bilməyib, iqtisadiyyatın inkişaf etdirilməsi ilə bağlı hər hansı plan irəli sürməyib. Təbii ki, bütün bu hallar Ermənistanın yeni siyasi xaosa sürükləndiyini göstərir. Elə bu ölkə mediası da ekspertlərə istinadən yazır ki, Ermənistanda qarşıdakı dövrdə siyasi, iqtisadi böhran dərinləşəcək. Çünki bu ölkə sosial-iqtisadi problemləri aradan qaldırmaq üçün kifayət qədər gücə malik deyil, dərin tənəzzül hakimiyyətlə xalq arasında ciddi qarşıdurmaya zəmin yaradıb. Əlbəttə, bütün bunlar anti-Azərbaycan, ermənipərəst qüvvələr tərəfindən ciddi narahatlıqla qarşılanır. Ona görə həmin dairələr, qeyd etdiyimiz kimi, Azərbaycana qarşı qarayaxma kampaniyası aparırlar. Əlbəttə, anti-Azərbaycan dairələrin ölkəmizə qarşı qarayaxma kampaniyası iflasa məhkumdur, heç bir nəticə verməyəcək.

- Anti-Azərbaycan dairələrin sifarişlərini yerinə yetirən radikal müxalifət dağıdıcı çağırışlar səsləndirir, ictimai rəyi manipulyasiyaya məruz qoymağa çalışır. Bu barədə deyə bilərsiniz?

- Azərbaycanın sabitlik adası adlandırılması təsadüfi xarakter daşımır. Ölkəmizdə möhkəm təməllərə söykənən ictimai-siyasi sabitlik mövcuddur, müxtəlif xalqların nümayəndələri dinc şəraitdə mehriban şəkildə yaşayırlar. Azərbaycan dünyaya nümunəvi tolerantlıq modeli təqdim edib, cəmiyyətimizdə multikultural ənənələr dəyərlər hökm sürür. Ölkəmizin nüfuzlu beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsi Azərbaycanın müsbət imici, ölkəmizdəki dinamik inkişaf ictimai-siyasi sabitliklə əlaqədardır.

Əfsuslar olsun ki, anti-Azərbaycan dairələrin göstərişləri əsasında hərəkət edənbeşinci kolonnümayəndələri, yəni ölkəmizdəki antimilli ünsürlər bu sabitliyin pozulmasının tərəfdarı kimi çıxış edirlər. Azərbaycan cəmiyyətinə yeni, faydalı konstruktiv heç bir ideya təqdim edə bilməyən radikal müxalifət konkret olaraq Azərbaycan əleyhinə məkrli planların tərkib hissəsi kimi çıxış edir. Sosial şəbəkələr vasitəsilə Azərbaycan xalqına təhqirlər ünvanlayan, ictimai rəyi çaşdırmağa çalışan antimilli ünsürlər həmçinin zaman-zamanmitinqşouları vasitəsilə ictimai asayişi pozmağa çalışırlar.

Azərbaycan xalqı bu dağıdıcı ünsürlərin ermənipərəst qüvvələrlə sinxron hərəkət etdiyini anti-Azərbaycan dairələrin sifarişlərini yerinə yetirdiyini yaxşı bilir. Ona görə Azərbaycan ictimaiyyəti radikal müxalifətin milli maraqlara zidd mövqeyini təxribatçı hərəkətlərini qınayır, ciddi etiraz narazılıqla qarşılayır.

Yeni  Azərbaycan.- 2019.- 14 fevral.- S.6.