Əli Əhmədov Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

 

Əli Əhmədov: Azərbaycanla Türkiyənin dostluğu qardaşlığı sarsılmazdır

Fevralın 19-da Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan Əli Əhmədov iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. Azərbaycanla Türkiyə arasında dostluq qardaşlıq əlaqələrinin əhəmiyyətinə toxunan YAP Sədrinin müavini bu əlaqələrin Ümummilli liderimiz Heydər ƏliyevinBir millət, iki dövlətfəlsəfəsi əsasında inkişaf etdiyini vurğulayıb.

Türkiyə Azərbaycan vətəndaşlarının ən çox səfər etdiyi ölkədir. Türkiyədən gələn hər bir qonaq Azərbaycan üçün əzizdir. Eyni hissləri biz Türkiyəyə gedəndə yaşayırıq”, - deyən Əli Əhmədov bildirib ki, Türkiyə daim inkişaf edir, güclənir nəinki regionun, bütövlükdə dünyanın çox güclü dövlətlərindən birinə çevrilib. “Yerləşdiyi regionda narahatlıqlar olsa da, Türkiyə öz əhalisinin sabit durumda yaşamasını təmin edir. Türkiyənin inkişaf etməsi güclənməsi bizi çox sevindirir qürurlandırır. Çünki biz bir millətin iki dövlətiyik. Eyni zamanda, bu gün Azərbaycan da dinamik inkişaf edir. Son 15 ildə Azərbaycan möhtəşəm nailiyyətlərə imza atıb. Ölkəmiz bütün sahələr üzrə mühüm nailiyyətlər qazanıb, müasirləşib, yeniləşib, eləcə regionun liderinə çevrilib”, - deyən Baş nazirin müavini qeyd edib ki, Azərbaycanla Türkiyənin həyata keçirdiyi birgə iqtisadi, enerji layihələri hər iki qardaş dövlətin gücünü daha da artırır. Onun fikrincə, münasibətlərin inkişafında hər iki ölkənin liderinin xüsusi rolu var.

Azərbaycanla Türkiyənin beynəlxalq müstəvidə bir-birinə hər zaman ciddi dəstək verdiyini deyən Əli Əhmədov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli prosesində Türkiyə Azərbaycanın mövqeyini birmənalı şəkildə dəstəkləyir bu mövqe xalqımız tərəfindən yüksək qiymətləndirilir. Onun fikrincə, qarşımızda duran əsas vəzifələrimizdən biri iki ölkə arasında mövcud münasibətləri daha da inkişaf etdirərək xalqlarımızı bundan sonra da irəli aparmaqdır. YAP Sədrinin müavini Türkiyədə qarşıdan gələn bələdiyyə seçkilərinin yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib.

Əli Əhmədov deyib ki, Azərbaycanla Türkiyənin dostluğu qardaşlığı sarsılmazdır bunu heç bir qüvvə poza bilməz.

Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Azərbaycana səfər etməkdən məmnunluğunu bildirib. O qeyd edib ki, Türkiyə Azərbaycanın münasibətləri möhkəm təməllərə əsaslanır. Şamil Ayrım Azərbaycanın uğurlarının Türkiyədə böyük sevinclə qarşılandığını deyib. O, hər iki ölkənin inkişafının əhəmiyyətini vurğulayaraq xalqlarımız üçün böyük faydasını diqqətə çatdırıb. Nümayəndə heyətinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüyünü deyən dostluq qrupunun rəhbəri qeyd edib ki, ölkələrimizin liderləri qarşılıqlı əlaqələrin daha da inkişafına böyük önəm verirlər. O, Türkiyə Azərbaycan parlamentləri arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində işlərin davam etdirildiyini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, görüşdə YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Azərbaycan-Türkiyə Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Milli Məclisin İqtisadi siyasət, sənaye sahibkarlıq komitsinin sərd müavini Ağalar Vəliyev, Milli Məclisin Hüquq siyasəti dövlət quruculuğu komitəsinin sədr müavini Məlahət İbrahimqızı, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev Türkiyənin ölkəmizdəki fövqəladə səlahiyyətli səfiri Erkan Özoral, Konya deputatı, Dostluq qrupunun rəhbərinin müavini Orhan Erdem, Ərzurum deputatı, qrupun üzvü İbrahim Aydemir, Qars deputatı, qrupun üzvü Yunus Kılıç, İstanbul deputatı, qrupun üzvü Tunay Kaynarca, Qaziantep deputatı, qrupun üzvü Mehmet Erdoğan, Iğdır deputatı, qrupun üzvü Yaşar Karadağ TBMM əməkdaşı Türkey Yener iştirak ediblər.

Nardar BAYRAMLI

Yeni Azərbaycan.- 2019.- 20 fevral.- S.4.