Musa Quliyev: Prezident İlham Əliyev növbəti dəfə on minlərlə ailəni sevindirdi
Azərbaycan Respublikası Prezidentinin
“Bəzi çoxmənzilli
binaların istismarına
icazə verilməsinin
sadələşdirilməsi haqqında” Fərmanı vətəndaşlarımızın mənzil və yaşayış şəraitinin
yaxşılaşmasına o, cümlədən sosial rifahının inkişafına
təsir edəcək.
Fərmandan da göründüyü kimi,
uzun müddətdir vətəndaşların mənzillərin
sənədləşdirilməsində üzləşdikləri problem
aradan qaldırılacaq.
Bu fikirləri
AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev deyib.
Deputat qeyd
edib ki, bəzi çoxmənzilli
binaların sakinləri
kommunal xidmətlərdən
istifadədə çətinliklərlə
üzləşirdilər. Prezidentin
imzaladığı Fərman
əsasında vətəndaşlar
qaz, su, işıq problemindən tam azad olacaqlar.
Fərmanda müvafiq dövlət qurumlarına
tapşırıqlar verilib.
Heç bir əngəl olmadan bəzi çoxmənzilli
binaların sənədləşdirilməsi
işi həyata keçiriləcək. Vətəndaşların
vaxt itkisi ilə üzləşməməsi
üçün sənədlərin
hazırlanması prosesi
elektron qaydada aparılacaq. Bununla da Prezident İlham
Əliyev daha bir “çoxillik həllolunmaz problem”ə son qoydu. Dövlətimizin
başçısı növbəti
dəfə on minlərlə ailəni sevindirdi.
Vətəndaşların mənzil şəraitinin
yaxşılaşdırılmasının
daim Prezident İlham Əliyevin diqqət mərkəzində
olduğunu deyən deputat əlavə edib ki, məcburi
köçkünlər, şəhid
ailələri və əlillər üçün
on minlərlə mənzillər tikilib istismara verilib. Bundan başqa, sosial evlər layihəsi uğurla həyata keçirilir ki, bu da
xeyli sayda gənc ailənin mənzil sahibi olmasına yol açır. Prezidentin bugünkü Fərmanı
olduqca böyük əhəmiyyətə malikdir.
Bu, inqilabi bir qərardır.
Yeni Azərbaycan.-
2019.-20 fevral.- S.4